بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
17:61 Mələklərə, "Adəmə səcdə edin!" dediyimizdə, İblisdən başqa hamısı səcdə etdilər. "Palçıqdan yaratdığınamı səcdə edəcəyəmmiş?" dedi.
17:62 "Məndən üstün tutduğun bu şəxsi görürsənmi? Mənə Dirilmə gününə qədər möhlət versən, onun soyunu, çox azı istisna olmaqla sahiplənib pərişan edəcəyəm." dedi.
17:63 (Allah) dedi ki: "Onlardan səni izləyənlər ilə birlikdə get. Tam sizə görə bir cəza olan Cəhənnəmə qədər yolunuz var."
17:64 Onlardan gücün çatdığı kimsələri səsinlə yerindən oynat, onlara qarşı bütün gücünü və adamlarını səfərbər et, paralarının (pullarının) və övladlarının bir bölümünə ortaq ol və onlara ümid ver. Şeytan, onlara ancaq saxta ümidlər verir."
17:65 "Qullarıma gəlincə, sənin onlar üzərində heç bir gücün yoxdur." Qoruyucu olaraq Rəbbin yetər.
17:66 Rəbbiniz, nemətlərini axtarmağınız üçün gəmiləri okeanlarda üzdürəndir. O sizə qarşı Rəhmlidir.
17:67 Okeanda sizə bir sıxıntı toxunarsa, Ondan başqa çağırdıqlarınız yox olar. Fəqət sizi qurtarıb quruya çıxarınca, dönərsiniz (üz döndərərsiniz). İnsan nankordur.
17:68 Sahili üstünüzə çevirib sizi udmasından, yaxud üzərinizə şiddətli bir qasırğa göndərməsindən güvəndəsiniz? Sonra heç bir qoruyucu da tapa bilməzsiniz.
17:69 Sizi təkrar dənizə göndərməyəcəyindən və üstünüzə dağıdıcı bir fırtına salaraq inkarınıza görə sizi boğmayacağından əminsinizmi? Sonra sizin üçün arxanıza düşəcək birini də tapa bilməzsiniz.
17:70 Adəm oğullarına şərəf verdik. Onları quruda və dənizdə daşıdıq. Onları gözəl nemətlərlə bəslədik. Yaratdıqlarımızın bir çoxundan xeyli üstün etdik.
17:71 Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.
17:72 Bu dünyada kor olanlara gəlincə, onlar axirətdə də kordur və yol baxımından da daha çox azğındır.
17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.
17:75 O zaman da həyatın və ölümün əzabını qatbaqat sənə daddırardıq. Sonra Bizə qarşı bir yardımçı da tapa bilməzdin.
17:76 Səni ölkədən çıxarmaq üçün az qala səni zorla qovacaqlar. Belə olsaydı, səndən sonra onlar da çox qalmayacaqlar.
17:77 Səndən öncə göndərdiyimiz bütün elçilər üçün planlaşdırdığımız sistem (sünnət) budur. Sistemimizdə heç bir dəyişiklik görə bilməzsən.
17:78 Günəşin əyilməsindən gecənin qaralmasına qədər namazı qoru. Səhər Quranını da qoru. Səhər vaxtı Quran (oxuması) şahid olunur.
17:79 Bir də əlavə olaraq gecə vaxtı meditasiyada ol ki, Rəbbin səni şərəfli bir məqama yüksəltsin.
17:80 Və de ki: "Rəbbim, məni doğru bir girişlə qəbul et və məni doğru bir çıxışla çıxart. Qatından məni dəstəkləyəcək bir güc ver."