Tovbə - 9:37 Müqəddəs ayların yerini dəyişdirmək inkar etməyin irəli nöqtəsidir. İnkar edənlər onunla azdırılırlar. Allahın müqəddəs saydığı ayların sayına uyğun gətirmək məqsədiylə onu bir il halal, bir il də müqəddəs sayarlar. Beləcə, Allahın müqəddəs etdiyi ayların müqəddəsliyini pozarlar. Etdikləri pisliklər, gözlərində gözəl görünür. Allah inkar edən topluluğu doğruya yönəltməz.
Şeytan pisliyi əmr edər:
Bəqərə/2:208 Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.
Bəqərə/2:268 Şeytan sizə fəqirliyi söz verir və pisliyi əmr edir. Allah isə Öz tərəfindən sizin üçün bağışlanma və lütf söz verir. Allah Comərddir, Biləndir.

Maidə/5:90 Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.
Maidə/5:91 Şeytan, sərxoşedicilərlə, qumarla aranıza düşmənçilik və kin salmaq, sizi Allahı xatırlamaqdan və namazdan ayırmaq istəyir. Artıq (bunlardan) əl çəkirsinizmi?

Əraf/7:27 Adəm oğulları, şeytan, ana-atanızın vücudlarını özlərinə göstərmək üçün libaslarını soyunduraraq cənnətdən çıxartdığı kimi sizi də çaşdırmasın. O və qəbiləsi sizin onları görmədiyiniz yerdən sizi görürlər. Biz, şeytanları, iman etməyənlərin dostları etdik.
Əraf/7:200 Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!
Əraf/7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.
Əraf/7:202 (Şeytanlar) qardaşlarını isə azğınlığa sürükləyərlər və bundan heç geri çəkilməzlər.

Muminun/23:97 Və de ki, "Rəbbim, Şeytanların pıçıltılarından (vəsvəsələrindən) Sənə sığınıram."

Nur/24:21 Ey iman edənlər! Şeytanın addımlarını izləməyin. Kim Şeytanın addımlarını izləyərsə, ona həyasızlığı və pisliyi əmr edər. Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç biriniz əbədi olaraq təmizlənə bilməzdi. Ancaq Allah istədiyini təmizləyər. Allah Eşidəndir, Biləndir.

Nəml/27:24 "Onu və xalqını Allahdan başqa günəşə səcdə edərkən gördüm. Şeytan onların işlərini özlərinə süsləmiş və onları yoldan çıxarmış və buna görə doğrunu görə bilmirlər."

Fussilət/41:36 Şeytandan nə zaman pis bir düşüncə zehnini narahat edərsə, Allaha sığın; O, Eşidəndir, Biləndir!

Mucadilə/58:10 (Pis niyyətlə qurulan) gizli qərar toplantıları şeytandandır. Bu yolla iman edənləri incitmək istəyər. Halbuki Allahın izni olmadan onlara heç bir zərər verə bilməz. İman edənlər Allaha güvənsinlər.

Fələq/113:4 "Aravuranların, sözləşmələri (müqavilələri) pozanların şərrindən."

Nas/114:4 "Şərrindən heç kəsin xəbəri olmadan (hiyləgərcəsinə) pıçıldayanların."