بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
18:81 "İstədik ki, Rəbləri onun yerinə onlara ondan daha təmiz və mərhəmətli birini versin."
18:82 "Divar isə, şəhərdəki iki yetimə aid idi. Divarın altında onlara aid bir xəzinə vardı. Ataları da müttəqi birisi idi. Rəbbin istədi ki, onlar böyüyüb tam güclərinə qovuşduqdan sonra Rəbbindən bir rəhmət olaraq xəzinələrini ortaya çıxarsınlar. Bunları öz iradəmlə etmədim. Bax bunlar, dözə bilmədiyin şeylərin açıqlamasıdır."
18:83 Səndən iki nəsil qədər hökmranlığa sahib olan şəxs haqqında soruşarlar. De ki, "Sizə ondan bir öyüd və xatırlatma nəql edəcəyəm."
18:86 Uzaq qərbə yetişincə günəşi böyük bir okeanda batan gördü və orada bir topluluqla qarşılaşdı. "Ey iki nəsil sahibi, istəyirsən onları cəzalandır, istəyirsən onlarla yaxşı davran," dedik.
18:87 Dedi ki: "Kim haqsızlıq edərsə, onu cəzalandıracağıq. Rəbbinə döndərilincə də ona görülməmiş bir cəza toxunacaqdır."
18:88 "İman edib müttəqi davranana gəlincə, ona gözəl bir mükafat vardır. Onu rahatlıqla təmin edəcəyik."
18:90 Uzaq şərqə yetişincə, günəşi, özlərini günəşdən qoruyacaq heç bir şeyə sahib olmayan bir topluluq üzərinə doğan gördü.
18:93 İki səddin arasına yetişincə, o biri tərəfdə, az qala söz anlamayan bir topluluq gördü.
18:94 Dedilər ki, "Ey İki Nəsilə Sahib Olan (Zül qərneyn), Yəcuc və Məcuc yer üzündə pislik işləyirlər. Bizimlə onların arasında bir maneə qoymağın üçün sənə bir vergi ödəyə bilərikmi?
18:95 Dedi ki, "Rəbbimin mənə verdikləri daha yaxşıdır. Mənə gücünüzlə yardım edin ki, sizinlə onların arasına bir divar qurum."
18:96 "Mənə dəmir kütlələri (parçaları) gətirin!" Hər iki barrikadanın arasını doldurunca, "Üfürün!" dedi. Onu bir atəş halına salınca da, "Gətirin, üstünə ərimiş mis töküm," dedi.
18:98 "Bu, Rəbbimdən bir rəhmətdir," dedi. "Rəbbimin müəyyən etdiyi vaxt gəlincə onu parça-parça edər. Rəbbimin sözü gerçəkdir."
18:99 O gün onları buraxarıq. Dalğalar halında bir-birlərinə girərlər. Boruya üfürülər; hamısını bir araya toplayarıq.