بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّح۪يمِ
30:41 İnsanların əlləri ilə işlədikləri üzündən quruda və dənizdə fəlakətlər yayıldı. Beləcə, (pislikdən) dönərlər deyə etdiklərinin bir qismini onlara daddırır.
30:42 De ki, "Yer üzündə gəzib dolaşın, sonra da baxın, öncəkilərin sonunun necə olduğuna." Çoxları ortaq qoşanlar idi.
30:43 Elə isə, Allahdan, geri çevrilməsi mümkün olmayan bir gün gəlmədən öncə özünü ən doğru olan dinə həsr et. O gün şok olarlar.
30:44 Kim inkar edərsə, inkarı öz əleyhinədir. Kimlər də müttəqi davranarlarsa, özlərini gücləndirmiş və inkişaf etdirmiş olarlar.
30:45 Beləcə, iman edənləri və müttəqi davrananları mükafatlandırır. O, inkar edənləri sevməz.
30:46 Sizə rəhmətini daddırmaq, əmri ilə gəmiləri üzdürməsi, lütfünü (ticarət yolu ilə) aramanız və şükür etməyiniz üçün küləkləri müjdəçi olaraq göndərməsi də Onun ayələrindəndir.
30:47 Səndən öncə elçiləri xalqlarına açıq-aşkar dəlillərlə göndərdik. Suç işləyənləri də cəzalandırdıq. İman edənlərə yardım etmək görəvimizdir.
30:48 Allah küləkləri göndərərək buludları sürüyər, onları istədiyi kimi göydə yayıb üst-üstə yığar və sən də onların arasından yağmurun çıxdığını görərsən. Qullarından istədiyinin üzərinə onu yağdırınca dərhal sevinərlər.
30:50 Allahın rəhmətinin məhsullarına bax; ölümündən sonra torpağı necə də dirildir. Bunun kimi ölüləri də dirildəcəkdir. O hər şeyə Gücü Yetəndir.
30:51 Ancaq, O bir fırtına göndərsə və onlar (əkinlərin quruyub) saraldığını görsələr dərhal inkar və nankorluq etməyə başlayarlar.
30:52 Sən nə ölülərə eşitdirə bilərsən, nə də arxa çevirib gedən karlara çağırışı eşitdirə bilərsən.
30:53 Koru da azğınlığından qurtarıb yola gətirə bilməzsən. Sən ancaq ayələrimizə iman edənlərə eşitdirə bilərsən ki, onlar dərhal təslim olarlar.
30:54 Allah sizi zəif olaraq yaratdı, zəiflikdən sonra sizə güc verdi, gücdən sonra zəiflik və ağarmış saçlar verdi. O istədiyini yaradır. O Biləndir, Güclüdür.
30:55 Saat (dünyanın sonu) gerçəkləşdiyi zaman, günahkarlar, (dünyada) ancaq bir saat qaldıqlarına and içərlər. Onlar bax belə yanılırdılar.
30:56 Özlərinə bilgi və inanc verilənlər, "Siz Allahın qayda-qanuna görə, dirilmə gününə qədər qaldınız. Bu, dirilmə günüdür; fəqət siz bilmədiniz," deyəcəklər.
30:57 O gün zalımlara üzrləri bir fayda verməz; özlərini təmizə çıxarmaları da istənilməz.
30:58 Biz bu Quranda, insanlar üçün hər cür örnəyi verdik. Onlara bir möcüzə gətirsən, kafirlər, "Siz yanılanlarsınız," deyəcəklər.
30:60 Elə isə  səbr et. Allahın sözü gerçəkdir. Qəti inanca sahib olmayanlar səni etinasızlığa sürükləməsin.