Yunus - 10:75
Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
Harun:
Saffat/37:114
Biz Musaya və Haruna yaxşılıq etmişdik.
Saffat/37:115
İkisini və xalqlarını o böyük fəlakətdən qurtardıq.
Saffat/37:116
Onlara yardım etdik və üstün gəldilər.
Saffat/37:117
Və o ikisinə açıq-aşkar dərk edilən Kitabı verdik.
Saffat/37:118
Hər ikisini doğru yola yönəltdik.
Saffat/37:119
O ikisinin tarixini sonrakılar üçün qoruduq.
Saffat/37:120
Musaya və Haruna salam (barış) olsun.
Saffat/37:121
Biz, yaxşı davrananları bax belə mükafatlandırırıq.
Saffat/37:122
O ikisi Bizim iman edən qullarımızdandı.
Ənbiya/21:48
Musaya və Haruna Qanunlar Kitabını, müttəqilər üçün bir nuru, bir mesajı verdik.
Məryəm/19:51
Kitabda Musanı xatırla. O özünü tamamilə (Allaha) həsr edən biri idi. Peyğəmbər olan bir elçi idi.
Məryəm/19:52
Ona Tur dağının sağ tərəfindən səsləndik. Danışmaq üçün onu yaxınlaşdırdıq.
Məryəm/19:53
Qatımızdan bir rəhmət olaraq qardaşı Harunu ona peyğəmbər olaraq ərməğan etdik.
Furqan/25:35
Biz Musaya kitabı vermiş və qardaşı Harunu da ona yardımçı olaraq təyin etmişdik.
Ta ha/20:24
"Fironun yanına get, çünki o, azdı."
Ta ha/20:25
"Rəbbim, köksümü aç," dedi.
Ta ha/20:26
"Mənim üçün işimi asanlaşdır."
Ta ha/20:27
"Dilimdəki düyünü həll et."
Ta ha/20:28
"(Ona görə) ki, sözümü anlasınlar."
Ta ha/20:29
"Ailəmdən mənə bir yardımçı ver."
Ta ha/20:30
"Qardaşım Harunu..."
Ta ha/20:31
"Məni onunla dəstəkləyib gücləndir."
Ta ha/20:32
"Bu işimdə onu mənə ortaq et."
Ta ha/20:33
"(Ona görə) ki, Səni daha çox yüksəldək (Uca tutaq)."
Ta ha/20:34
"Səni daha çox xatırlayaq."
Ta ha/20:35
"Sən, əlbəttə bizi Görənsən."
Ta ha/20:36
Dedi ki: "Dilədiyin sənə verildi, Musa!"
Ta ha/20:89
Görmədilərmi ki, o, onlara nə cavab verə bilir, nə də onlara bir zərər və fayda toxundura bilir?
Ta ha/20:90
Harun isə: "Xalqım, onunla sınanırsınız. Rəbbiniz Rəhmandır. Mənə tabe olun və əmrimə itaət edin," deyə onları öncədən xəbərdar etmişdi.
Ta ha/20:91
(Onlar:) "Musa gəlincəyə qədər ona qulluq/xidmət etməyə davam edəcəyik," deyə qarşılıq vermişdilər.
Ta ha/20:92
(Musa) dedi ki, "Harun, sənə mane olan nə idi, onların azdığını gördüyün zaman,"
Ta ha/20:93
"Mənə tabe olmadıqları vaxt? Əmrimə qarşımı gəldin?"
Ta ha/20:94
(Harun) dedi ki: "Anamın oğlu, saqqalımı və başımı çəkmə. 'İsrail oğullarını nə üçün böldün, nə üçün sözümü tutmadın?' deyə mənə acıqlanacağından qorxdum."
Muminun/23:45
Sonra Biz, Musanı və qardaşı Harunu ayələrimizlə və açıq-aşkar bir səlahiyyətlə göndərdik.
Muminun/23:46
Firon və öncü dəstəsinə... Ancaq onlar təkəbbür göstərdilər. Onlar həddini bilməz (utanmaz) bir topluluq olmuşdu.
Muminun/23:47
"O ikisinin xalqı bizə köləlik etdiyi halda, indi biz tutub bizim kimi iki insanamı iman edək?" dedilər.
Muminun/23:48
İkisini yalanladılar və nəticə olaraq məhv edilənlərdən oldular.
Muminun/23:49
Doğrunu taparlar deyə, Musaya Kitabı vermişdik.
Şuəra/26:10
Bir zaman Rəbbin Musaya səslənmişdi: "O zalım camaatın yanına get"
Şuəra/26:11
"Fironun xalqının yanına; dinləyib düzəlməyəcəklərmi?"
Şuəra/26:12
Dedi ki, "Rəbbim, onların məni yalanlamalarından qorxuram."
Şuəra/26:13
"Köksüm daralır, dilim açılmır; qardaşım Harunu göndər."
Şuəra/26:14
"Ayrıca, onların yanında günahkar biriyəm. Qorxuram ki, məni öldürsünlər."
Şuəra/26:15
Dedi ki, "Xeyr, siz ikiniz ayələrimizlə (vəhy və möcüzələrimizlə) gedin. Biz sizinlə birlikdəyik; dinləyirik."
Şuəra/26:16
"İkiniz Fironun yanına gedib deyin ki: "Biz aləmlərin Rəbbinin elçiləriyik!"
Şuəra/26:17
"İsrail oğullarını bizimlə birlikdə göndər."
Şuəra/26:46
Sehrbazlar səcdəyə qapandılar.
Şuəra/26:47
Dedilər, "Aləmlərin Rəbbinə iman etdik,"
Şuəra/26:48
"Musanın və Harunun Rəbbinə..."
Qasas/28:30
Oraya yetişincə (yanan) ağacın olduğu mübarək bölgədə, sağ yamacın kənarından ona səslənildi: "Musa, Mən aləmlərin Rəbbi Allaham."
Qasas/28:31
"Dəyənəyini at!" Onu bir ilan kimi titrəşən görüncə, ardına belə baxmadan dönüb qaçdı. "Musa, (geri) dön, qorxma! Sən güvəndəsən!"
Qasas/28:32
"Əlini qoynuna sal, qüsursuz ağappaq çıxsın. Qorxudan açılan qanadlarını qatlayıb endir. Bu ikisi, Firon və zadəgan dəstəsinə qarşı Rəbbindən iki dəlildir. Onlar yoldan çıxan bir camaat olmuşlar."
Qasas/28:33
(Musa) dedi ki, "Rəbbim, Mən onlardan bir nəfəri öldürmüşdüm. Məni öldürəcəklərindən qorxuram."
Qasas/28:34
"Ayrıca, qardaşım Harun məndən daha yaxşı danışır. Onu mənimlə birlikdə, məni dəstəkləyən bir yardımçı olaraq göndər. Məni yalanlamalarından qorxuram."
Qasas/28:35
(Allah) dedi ki, "Səni bazunu qardaşınla gücləndirəcəyik və ikinizə elə bir səlahiyyət verəcəyik ki, sizə toxuna bilməyəcəklər. Siz ikiniz və sizin ardınızca gedənlər möcüzələrimizlə zəfər qazanacaqsınız."
Bəqərə/2:248
Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının dəlili, sandığın sizə gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musa ilə Harunun xalqının geriyə buraxdığı bir qalıq (qalan bir şey) tapacaqsınız. Onu mələklər daşımaqdadır. İman edirsinizsə bunda sizi razı edəcək bir dəlil var."
Nisa/4:163
Nuha və ondan sonra gələn peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yəquba və soyuna, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etmiş, Davuda da Zəbur vermişdik.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Əraf/7:117
Biz də Musaya "Əsanı at," deyə vəhy etdik. Həqiqətən o, onların uydurduqlarını toplayıb uddu.
Əraf/7:118
Beləcə, gerçək ortaya çıxdı və etdikləri boşa çıxdı.
Əraf/7:119
Bax orada məğlub oldular və alçaldıldılar.
Əraf/7:120
Və sehrbazlar səcdəyə qapandılar.
Əraf/7:121
"Aləmlərin Rəbbinə iman etdik," dedilər,
Əraf/7:122
"Musanın və Harunun Rəbbinə..."
Əraf/7:143
Musa, təyin edilən vaxtda Bizə gəlincə və Rəbbi onunla danışınca, "Rəbbim mənə görün, Sənə baxım," dedi. "Məni görə bilməzsən. Ancaq bu dağa bax; yerində durarsa, o zaman məni görəcəksən," dedi. Rəbbi, dağa görününcə onu parça-parça etdi və bundan sonra Musa özündən getdi. Ayılınca, "Sən Ucasan, Sənə yönəlirəm. Mən iman edənlərin ən öndə olanıyam," dedi.
Əraf/7:144
Dedi ki: "Musa, mesajlarımla və səninlə danışmamla səni xalqın üzərinə seçdim. Sənə verdiklərimi al və şükür edənlərdən ol."
Əraf/7:145
Hər şeyin detallı açıqlaması və öyüd olaraq hər nə varsa Musa üçün lövhələrə yazdıq: "Bu təlimlərə möhkəm sarıl, xalqına da söylə ona ən gözəl şəkildə sarılsınlar. Yoldan çıxmışların son dayanacağını sizə göstərəcəyəm."
Əraf/7:146
Yer üzündə haqsız yerə təkəbbür göstərənləri möcüzələrimdən çevirəcəyəm. Hər cürə möcüzəni görsələr də iman etməzlər. Doğru yolu görsələr onu yol seçməzlər. Amma azğınlıq yolunu görsələr onu yol seçərlər. Çünki onlar ayələrimizi yalanladılar və əhəmiyyət vermədilər.
Əraf/7:147
Ayələrimizi və axirət görüşməsini inkar edənlərin etdikləri boşunadır. Etdikləri əməllərinin qarşılığını almayacaqlarmı?
Əraf/7:148
Musanın xalqı özündən sonra, süs əşyalarından, böyürtüsü olan bir buzov heykəli düzəldib bütləşdirdilər. Onun, danışmaqdan və onlara yol göstərməkdən aciz olduğunu görmədilərmi? Onu mənimsəyərək zalımlardan oldular.
Əraf/7:149
Etdiklərinə peşman olub azmış olduqlarını anlayınca da, "Rəbbimiz bizə acımaz və bizi bağışlamazsa ziyana uğrayanlardan olarıq," dedilər.
Əraf/7:150
Musa, qəzəbli və məyus halda xalqına döndüyü zaman, "Məndən sonra arxamdan necə də pis işlər gördünüz! Rəbbinizin əmrinə dözə bilmədinizmi?" dedi, lövhələri yerə atdı, qardaşının başını tutub özünə doğru çəkdi. (Qardaşı:) "Anamın oğlu, dedi, bu xalq mənim zəifliyimdən faydalandı, az qalmışdı məni öldürəcəkdilər. Üzərimə gələrək düşməni güldürmə, məni bu zalım xalqla eyni tutma."
Əraf/7:151
(Musa) dedi ki: "Rəbbim! Məni və qardaşımı bağışla. Bizə acı. Sən Mərhəmətlilərin ən Mərhəmətlisisən."
Əraf/7:152
Buzovu bütləşdirənlər, Rəblərindən bir qəzəbə və dünya həyatında bir alçaqlığa uğrayacaqdır. İftiraçıları belə cəzalandırırıq.
Yunus/10:75
Sonra onların ardından Musa və Harunu Firona və onun dəstəsinə möcüzələrimizlə göndərdik. Fəqət təkəbbür göstərdilər və günahkar bir topluluq oldular.
Yunus/10:76
Tərəfimizdən onlara gerçək gəlincə, "Bu, açıq-aşkar bir sehrdir," dedilər.
Yunus/10:77
Musa, "Sizə gələn gerçəyi beləmi dəyərləndirirsiniz? Bu bir sehrdirmi? Halbuki sehrbazlar uğur qazana bilməz."
Yunus/10:78
Dedilər: "Sən, yer üzündə böyüklük ikinizə qalsın deyə, atalarımızı üzərində gördüyümüz şeydən bizi çevirmək üçünmü bizə gəldin? Biz sizə əsla iman etməyəcəyik."