İbrahim - 14:3 Onlar ki, dünya həyatını axirətdən üstün tuturlar, Allahın yolundan azdırırlar və onu əyri göstərmək istəyirlər. Bunlar olduqca (həddən artıq) azmışlardır.
İnkar edənlər insanları necə azdırırlar:
İbrahim/14:3 Onlar ki, dünya həyatını axirətdən üstün tuturlar, Allahın yolundan azdırırlar və onu əyri göstərmək istəyirlər. Bunlar olduqca (həddən artıq) azmışlardır.

Loğman/31:6 İnsanlardan bəzisi var ki, insanları bilgisizcə Allahın yolundan azdırmaq və onu kiçik hesab etmək üçün təməlsiz hədislərə sarılarlar. Onlar üçün alçaldıcı bir əzab vardır.

Ənam/6:119 Sizə nə olur ki, üzərində Allahın ismi xatırlananlardan yemirsiniz? Halbuki məcburi hallar xaricində sizə qadağan edilənləri təfsilatı ilə sizə açıqlamışdır. Bir çoxları, biliyə əsaslanmayan şəxsi fikirləriylə insanları azdırır. Rəbbin həddi aşanları ən yaxşı biləndir.

Sad/38:26 Ey Davud, Biz səni yer üzündə rəhbər etdik. İnsanlar arasında ədalətlə hökm ver, həvəsinə və hisslərinə qapılma, sonra səni Allahın yolundan azdırar. Allahın yolundan azanlara, Hesab Gününü unutduqları üçün çətin bir cəza vardır.

Munafiqun/63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.

Ənam/6:144 Dəvədən iki, inəkdən iki. De ki: "İki erkəyimi haram etdi, iki dişinimi, yoxsa o iki dişinin rəhimlərindəkinimi? Allahın sizə belə əmr etdiyinə şahidmi oldunuz? İnsanları biliksizcə yoldan azdırmaq üçün, yalan uydurub onları Allaha isnad edənlərdən daha zalım kim ola bilər? Allah zalım topluluğu doğru yola yönəltməz."

Həcc/22:8 İnsanlardan bəzisi, bir bilgiyə, bir yol göstəriciyə və aydınladan bir kitaba sahib olmadan Allah haqqında mübahisə edər.
Həcc/22:9 Allahın yolundan azdırmaq üçün təkəbbürlə cəhd edər. Bu dünya həyatında onun üçün rəzillik vardır. Dirilmə günündə də ona yandırıcı əzabı daddırarıq.

Səba/34:31 İnkar edənlər, "Biz nə bu Qurana, nə də ondan öncəkilərə iman etməyəcəyik," dedilər. Zalımları, Rəbləri hüzurunda məhkəmə sırasında bir-birləri ilə söz güləşdirərkən bir görsəydin! (Təhsil, araşdırma, iqtisadi, siyasi və s. yönlərdən) gücsüzləşdirilənlər, təkəbbür göstərmiş olanlara, "Siz olmasaydınız biz iman edən şəxslər olardıq," deyərlər.
Səba/34:32 Təkəbbürlənənlər, gücsüzləşdirilən izləyicilərinə, "Sizə hidayət gəldikdən sonra bizmi sizi yoldan çıxartdıq? Xeyr, siz özünüz günahkarlar idiniz," deyərlər.
Səba/34:33 Gücsüzləşdirilənlər, təkəbbürlənənlərə, "Əsil siz idiniz. Bizim Allaha qarşı nankorluq göstərməmiz və Ona ortaqlar qoşmamız üçün gecə-gündüz planlar qururdunuz." Əzabı gördükləri zaman içlərində peşmançılıq hiss edərlər. İnkar edənlərin boyunlarına zəncirlər vurmuşuq. Yalnız etdiklərinin qarşılığını almırlarmı?

Ali İmran/3:99 De ki, “Kitab əhli, doğruya şahid olduğunuz halda, nə üçün Allahın yolunu dəyişdirməyə çalışaraq iman edənləri sapdırırsınız? Allah etdiyiniz heç bir şeydən xəbərsiz deyildir."
Ali İmran/3:78 Onların bəzisi, kitabda olmayanı kitabdan sanasınız deyə dillərini bükərək kitaba bənzətməyə çalışır və Allah qatından olmadığı halda, "Bu, Allah qatındandır," - deyərlər. Bilə-bilə, Allahın adına yalan danışarlar.

Əhzab/33:67 Deyərlər ki, "Rəbbimiz, sadatlarımıza (seyidlərimizə, ağalarımıza) / şeyxlərimizə və böyüklərimizə tabe olduq; onlar da bizi yoldan çıxartdılar (azdırdılar)."

Tovbə/9:34 Ey iman edənlər, din bilənlərin və din adamlarının çoxu insanların pulunu nahaq yerə yeyərlər və Allahın yolundan azdırırlar. Qızıl və gümüşü yığıb Allah yolunda xərcləməyənlərə ağrılı-acılı bir əzab müjdələ.

Ənfal/8:36 İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.

İbrahim/14:30 Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşdular. De ki: "Bir az əylənin, son yolçuluğunuz atəşə olacaqdır."

İsra/17:73 Başqa bir şeyi uydurub bizə isnad etməyin üçün az qala səni, sənə vəhy etdiyimizdən ayırıb azdıracaqdılar. Bax o zaman səni dost qəbul edəcəkdilər.

Ta ha/20:16 Ona iman etməyib istəyinə uyanlar səni ondan yayındırmasın, sonra başın üstünə yıxılarsan.
Ta ha/20:79 Firon, xalqını azdırdı, doğru yola yönəltmədi.

Zuxruf/43:51 Firon xalqına belə səsləndi: "Ey xalqım, Misirin hökmranlığı və altımda axıb gedən bu çaylar mənə aid deyilmi? Görmürsünüzmü?"
Zuxruf/43:52 "Yaxud mən, bu alçalmış (rəzil) və danışmaqdan aciz olan adamdan daha üstün deyiləmmi?"
Zuxruf/43:53 "Nə üçün ona qızıllardan ibarət bir xəzinə verilmir, yaxud nə üçün yanında işləyəcək mələklər gəlmir?"
Zuxruf/43:54 Beləcə xalqını yanıltdı və onlar da ona uydular. Onlar bayağı insanlar idi.

Ta ha/20:85 (Allah:) "Xalqını, səndən sonra sınağa çəkdik. Samiri onları azdırdı," dedi.
Ta ha/20:88 Onlar üçün, böyürən bir buzov heykəli (düzəldib) çıxartdı. "Bax sizin və Musanın tanrısı budur. Fəqət o (Musa) unutdu," dedilər.
Ta ha/20:96 (Samiri) dedi ki, "Onların görmədiyini gördüm, elçinin təlimindən bir qismini alıb atdım. Belə uyğun gördüm."

Zumər/39:8 İnsana bir pislik toxunanda Rəbbinə yönələrək Onu çağırar. Ona Özündən bir yaxşılıq etdiyində, daha öncə kimə yalvardığını unudar və Onun yolundan azdırmaq üçün Allaha ortaqlar qoşmağa başlayar. De ki, "İnkarınla bir az yaşa, sən atəş əhlindənsən."
Zumər/39:36 Allah quluna yetərli deyilmi? Səni Ondan başqaları ilə qorxudurlar. Allah kimi azdırarsa, ona bir yol göstərən tapılmaz.

Əraf/7:38 "Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.