Bəqərə - 2:140
İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
İbrahim (ə.s):
Bəqərə/2:124
Rəbbi, bir zamanlar İbrahimi bəzi kəlmələrlə sınamış; o da onlara əlavə etmişdi: (Tanrı) "Səni insanlara öndər edəcəyəm," demişdi. "Soyumdan da?..," deyincə, "Zalımlar Mənim sözümə daxil olmaz" buyurmuşdu.
Bəqərə/2:125
Kəbəni insanlar üçün bir diqqət mərkəzi və bir güvənlik yeri etdik. İbrahimin məqamını bir namaz yeri olaraq istifadə edin! “Ziyarətçilər, özünü ibadətə verənlər və əyilib səcdə edənlər üçün ikiniz evimi təmiz saxlayın", deyə İbrahim və İsmaili görəvləndirmişdik.
Bəqərə/2:126
İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.
Bəqərə/2:127
İbrahim, İsmail ilə birlikdə evin (Kəbənin) təməllərini yüksəldir: “Rəbbimiz, bizdən qəbul et, şübhəsiz Sən Eşidənsən, Bilənsən."
Bəqərə/2:130
Özünü aldadandan başqası İbrahimin dinindən üz çevirməz. Onu bu dünyada seçdik, axirətdə də müttəqi kəslərdən olacaq.
Bəqərə/2:132
İbrahim və daha sonra Yəqub bunu övladlarına öyüd-nəsihət etdi: “Övladlarım! Allah sizin üçün bu dini seçdi; müsəlman olaraq ölməyə diqqət edin."
Bəqərə/2:140
İbrahimin, İsmailin, İshaqın, Yəqubun və nəvələrinin Yəhudi və ya Xristian olduğunumu iddia edirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Allahın bildirdiyini gizləyəndən daha zalım kim ola bilər? Allah etdiklərinizdən qafil deyil."
Bəqərə/2:258
Allah özünə hökmdarlıq verdiyi halda, İbrahim ilə Rəbbi haqqında höcətləşən diqqətini çəkmədimi? İbrahim, “Mənim Rəbbim odur ki, dirildir və öldürür," - deyincə, "Mən də dirildir və öldürürəm," - demişdi. İbrahim, “Allah günəşi məşriqdən gətirir. Sən də məğribdən gətirsənə," – deyincə inkarçı adam məəttəl qalmışdı. Allah zalım camaatı doğruya yetişdirməz.
Bəqərə/2:260
İbrahim, “Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər,” - demişdi. "Yoxsa inanmırsan?" - dedi. "Bəli; ancaq qəlbimi gücləndirməsi üçün," - dedi. “Dörd quş al və onları yaxşıca araşdır (fərqli xüsusiyyətlərini tanı). Sonra hər bir dağın üzərinə onlardan bir qismini yerləşdir. Daha sonra onları çağır. Dərhal sənin yanına gələcəklər. Biləsən ki, Allah Güclüdür, Hikmət Sahibidir," - dedi.
Ali İmran/3:33
Allah Adəmi, Nuhu, İbrahim ailəsini və İmranın ailəsini insanların arasından (elçi olaraq) seçdi.
Ali İmran/3:67
İbrahim nə Yəhudi idi, nə də Xristian; Təkallahlı (hənif) bir müsəlmandı. Heç bir zaman ortaq qoşanlardan olmadı.
Ali İmran/3:68
İnsanların İbrahimə ən yaxın olanları, onun ardınca gedənlər, bu Peyğəmbər və iman edənlərdir. Allah iman edənlərin Hökmdarı və Dostudur.
Ali İmran/3:95
De ki: “Allah doğrunu söyləyər; İbrahimin Təkallahlı (hənif) dininə tabe olun. O, ortaq qoşanlardan olmadı.”
Ali İmran/3:96
İnsanlar üçün qurulan ilk ev, bütün insanlara bir hidayət qaynağı olan Bəkkədəki mübarək evdir.
Ali İmran/3:97
Orada açıq-aşkar işarətlər var: İbrahimin (bütpərəstliyə qarşı) durma yeridir. Oraya daxil olan güvənlik içində olmalıdır. İnsanlardan yolçuluğa (səfər etməyə) imkanı olanlar o Evi (Kəbəni) Allah üçün həcc etməklə məsuldur. Kim inkar edərsə bilsin ki, Allah kimsəyə möhtac deyildir.
Nisa/4:54
Yoxsa Allahın Öz lütfündən insanlara verdiyinəmi həsəd aparırlar? Halbuki Biz, İbrahim ailəsinə Kitab və hikmət verdik. Onlara böyük bir səltənət verdik.
Nisa/4:125
Allaha təslim olaraq yaxşılıq edən və İbrahimin Təkallahlı (hənif) dininə tabe olandan daha gözəl bir dinə kim sahib ola bilər? Allah İbrahimi dost seçdi.
Ənam/6:75
Qəti bir inanca sahib olması üçün, İbrahimə göylərin və yerin səltənətini beləcə göstərdik:
Ənam/6:76
Gecənin qaranlığı onu bürüdükdə o, bir planet gördü, "Bu mənim Rəbbimdir!" dedi. Batınca, "Mən batanları sevmirəm," dedi.
Ənam/6:77
Ayı doğarkən görüncə, "Budur mənim Rəbbim!" dedi. Batınca da, "Rəbbim mənə doğru yolu göstərməzsə, azanlardan olaram," dedi.
Ənam/6:78
Günəşi doğarkən görüncə, "Budur mənim Rəbbim. Bu daha böyükdür!" dedi. O da batınca: "Ey xalqım, mən sizin ortaq qoşduğunuz şeylərdən uzağam," dedi.
Ənam/6:79
Mən üzümü tamamilə, göyləri və yeri yaradana çevirdim və mən ortaq qoşanlardan deyiləm.
Ənam/6:80
Xalqı onunla mübahisə etdi. "Məni doğruya yönəltdiyi halda, mənimlə hələ də Allah haqqında mübahisəmi edirsiniz? Rəbbim bir şey diləmədikcə sizin ortaq qoşduqlarınızdan qorxmuram... Rəbbim biliyi ilə hər şeyi əhatə etmişdir. Öyüd almırsınız?"
Ənam/6:81
"Allahın, özləri haqqında sizə heç bir dəlil vermədiklərini, Ona ortaq qoşmaqdan qorxmadığınız halda mən necə ola bilər ki, sizin ortaq qoşduqlarınızdan qorxa bilərəm? Hansı tərəf təhlükəsizliyə daha çox layiqdir? Bir bilsəniz!"
Ənam/6:82
İman edənlər və imanlarını bir zülmlə bulaşdırmayanlar güvənliyə layiqdirlər və onlar doğruya yönələnlərdir.
Ənam/6:83
Bunlar, xalqına qarşı istifadə etməsi üçün İbrahimə verdiyimiz mübahisə üsuludur. İstədiyimizi dərəcələrlə yüksəldərik. Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:84
Ona İshaqı və Yəqubu bəxş etdik. Hər birisinə yol göstərdik. Daha öncə də Nuha və onun soyundan Davuda, Süleymana, Əyyuba, Yusufa, Musaya və Haruna da yol göstərdik. Gözəl davrananları bax belə mükafatlandırırıq.
Ənam/6:161
De ki: "Rəbbim məni ən doğru olan yola yönəltmişdir: Monoteist olan İbrahimin mükəmməl dininə... O, ortaq qoşanlardan olmadı."
Tovbə/9:114
İbrahimin atası üçün bağışlanma diləməsinin bircə səbəbi ona öncədən söz vermiş olması idi. Nə zaman ki, onun Allah düşməni olduğu ona (İbrahimə) bəlli olunca ondan uzaqlaşdı. İbrahim çox duyğulu və çox şəfqətli idi.
Hud/11:69
Elçilərimiz İbrahimə müjdəni götürdüklərində "Salam!" (sülh olsun) dedilər. O da "Salam!" dedi və dərhal (onlara) qızardılmış bir buzov gətirdi.
Hud/11:70
Əllərinin ona uzanmadığını görüncə, bu hallarını bəyənmədi; içinə bir qorxu düşdü. "Qorxma," dedilər, "Biz Lutun xalqına göndərilmişik."
Hud/11:71
Ayaq üstə duran arvadı (bu xəbərə sevinib) gülüncə Biz də ona (İbrahimə) İshaqı və İshaqın ardından Yəqubu müjdələdik.
Hud/11:72
"Vay başıma gələnlər," dedi, "Mən yaşlı bir qadın və ərim də qoca bir adam ikən uşaqmı doğacağam? Bu, çox qəribə bir şeydir!"
Hud/11:73
"Allahın işinəmi təəccüblənirsən?" dedilər, "Allahın rəhməti və bərəkəti sizin üzərinizədir ey ev əhli. O, Tərifə Ən Layiqdir, Ucaların Ucasıdır."
Hud/11:74
İbrahimdən qorxu gedib, ona bu müjdə verilincə, Lut xalqı haqqında Bizimlə mübahisə etməyə başladı.
Hud/11:75
Doğrusu, İbrahim çox yumşaq, çox duyğulu və daim (Tanrıya) yönələn biri idi.
Hud/11:76
"Bundan əl çək İbrahim. Rəbbinin əmri gəlmişdir; onlar qarşısıalınmaz bir əzaba məhkum olmuşdurlar."
İbrahim/14:35
Bir zaman İbrahim demişdi ki: "Rəbbim! Bu şəhəri güvənli et, məni və övladlarımı bütlərə qulluq/xidmət etməkdən qoru."
İbrahim/14:36
"Rəbbim, onlar, insanlardan bir çoxunu azdırdılar. Mənim davamçılarım məndəndir. Mənə qarşı gələnlərə gəlincə, əlbəttə Sən Bağışlayansan, Rəhmlisən."
İbrahim/14:37
"Rəbbimiz, mən övladlarımdan bəzisini, Müqəddəs Evinin yanındakı əkinsiz bir əraziyə yerləşdirdim. Rəbbimiz, onlar namazı qorusunlar deyə... İnsanların könüllərini onlara qarşı sevgi ilə doldur və onları məhsullarla ruziləndir ki, şükür etsinlər."
İbrahim/14:38
"Rəbbimiz, Bizim gizlədiyimizi və açıqladığımızı bilirsən. Yerdə və göydə heç bir şey Allaha gizli qalmaz.
İbrahim/14:39
"Qocalıq vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha təriflər olsun. Rəbbim, dualarımı eşidir."
İbrahim/14:40
"Rəbbim, məni namazı qoruyan biri et, övladlarımı da... Rəbbimiz dualarımı qəbul et."
İbrahim/14:41
"Rəbbimiz! Hesabın görüləcəyi gün, məni, anamı, atamı və iman edənləri bağışla."
Hicr/15:51
Onlara İbrahimin qonaqlarından xəbər ver.
Hicr/15:52
Onun yanına daxil olub: "Salam!" demişdilər. O da, "Biz sizdən qorxuruq," demişdi.
Hicr/15:53
"Narahat olma, biz sənə bilikli bir oğul müjdəsini veririk," demişdilər.
Hicr/15:54
(İbrahim:) "Yaxşıca yaşlandığım halda məni müjdələyirsiniz? Məni nə ilə müjdələyirsiniz?" dedi.
Hicr/15:55
"Sənə gerçəyi müjdələdik, ümidini kəsmə," dedilər.
Hicr/15:56
"Azğınlardan başqa Rəbbinin rəhmətindən kim ümid kəsər?" dedi.
Hicr/15:57
"Ey elçilər, görəviniz nədir?" dedi.
Hicr/15:58
"Biz, günahkar bir camaata göndərildik;"
Hicr/15:59
"Ancaq Lutun ailəsi xaric. (Ailəsinin) hamısını qurtaracağıq."
Nəhl/16:120
İbrahim, Allaha boyun əyən, monoteist bir öncü idi. Heç bir vaxt ortaq qoşmadı.
Nəhl/16:121
Onun nemətlərinə şükür edən idi. Onu seçdi və onu doğru yola yönəltdi.
Nəhl/16:122
Və ona bu dünyada xoşbəxtlik verdik, axirətdə isə müttəqilərlə birlikdə olacaqdır.
Nəhl/16:123
Həqiqətən İbrahimin dinini bir monoteist olaraq izləməyin üçün sənə vəhy etdik; o əsla bütpərəstlərdən olmadı.
Məryəm/19:41
Kitabda İbrahimi xatırla; peyğəmbər olan bir doğruçu idi.
Məryəm/19:42
Atasına, "Atacan, eşitməyən, görməyən və sənə bir faydası olmayan şeylərə niyə qulluq/xidmət edirsən?" demişdi.
Məryəm/19:43
"Atacan, mənə, sənə gəlməyən bir bilgi gəldi. Məni izlə ki, səni düzgün yola yetişdirim."
Məryəm/19:44
"Atacan, şeytana qulluq/xidmət etmə. Şeytan, Rəhmana qarşı çıxmışdır."
Məryəm/19:45
"Atacan, Rəhman tərəfindən bir cəzaya məruz qalmağından və şeytana dost olmağından qorxuram."
Məryəm/19:46
(Atası:) "İbrahim, sən mənim tanrılarımdan üzmü çevirirsən? Buna son qoymasan, səni daşqalaq edəcəyəm. Məndən uzaqlaş!" dedi.
Məryəm/19:47
(İbrahim) dedi: "Sənə salam (sülh) olsun! Sənin bağışlanmağın üçün Rəbbimə yalvaracağam; O, mənə qarşı çox mərhəmətlidir."
Məryəm/19:48
"Sizdən və Allahdan başqa yalvardıqlarınızdan ayrılıram. Mən Rəbbimə yalvarıram. Ümid edirəm ki, Rəbbimə yalvarmaqla bəxtsiz (bədbəxt) olmaram."
Məryəm/19:49
Onları və Allahdan başqa qulluq/xidmət etdiklərini tərk edincə ona (İbrahimə) İshaqı və Yəqubu verdik. Hamısını peyğəmbər etdik.
Məryəm/19:50
Onlara rəhmətimizdən verdik. Onlara doğru və şərəfli bir dil bağışladıq.
Ənkəbut/29:16
İbrahimi də... Xalqına demişdi ki, "Allaha qulluq edin və Onu hörmətlə dinləyin. Bilirsinizsə, bu sizin üçün daha yaxşıdır."
Ənkəbut/29:17
"Yalan uydurub Allahdan başqa bütlərə qulluq/xidmət edirsiniz. Allahdan başqa xidmət etdikləriniz sizə heç bir ruzi verə bilməz. Elə isə ruzinizi sadəcə Allahın yanında axtarın, Ona qulluq edin və Ona şükür edin; dönüşünüz Onadır."
Ənkəbut/29:24
Xalqının qarşılığı, "Onu öldürün, yaxud yandırın," demələrindən başqa bir şey olmadı. Ancaq Allah onu atəşdən qurtardı. İman edən bir camaat üçün bunda dərslər vardır!
Ənkəbut/29:25
Dedi ki, "Sizin Allahla yanaşı bütlərə qulluq/xidmət etməyiniz, sadəcə dünya həyatında aranızdakı dostluğu qorumaq məqsədiylədir. Fəqət sonra, dirilmə günündə bir-birinizi inkar edərsiniz, bir-birinizi lənətləyərsiniz. Daxil olacağınız yer atəşdir və orada yardımçı tapa bilməzsiniz."
Ənkəbut/29:27
Ona (İbrahimə) İshaq və Yəqubu bağışladıq. Soyuna peyğəmbərlik və Kitab verdik. Mükafatını bu dünyada verdik və axirətdə də müttəqilərlə birlikdə olacaqdır.
Saffat/37:79
Tarix boyunca Nuha salam!
Saffat/37:80
Biz gözəl davrananları bax belə mükafatlandırırıq.
Saffat/37:81
O, Bizim iman edən qullarımızdandı.
Saffat/37:82
Sonra digərlərini boğduq.
Saffat/37:83
İbrahim onun bir qolundan idi.
Saffat/37:84
Rəbbinə çox təmiz bir qəlb ilə gəlmişdi.
Saffat/37:85
Atasına və xalqına, "Nəyə qulluq/xidmət edirsiniz?" demişdi.
Saffat/37:86
"Allahdan başqa, uydurma tanrılarmı istəyirsiniz?"
Saffat/37:87
"Aləmlərin Rəbbini nə zənn edirsiniz?"
Saffat/37:88
Ulduzlara bir nəzər saldı.
Saffat/37:89
"Bezdim, yoruldum artıq," dedi.
Saffat/37:90
Onlar da onu buraxıb getdilər.
Saffat/37:91
Sonra, tanrılarına yönəldi və "Yeyə bilmirsiniz?" dedi.
Saffat/37:92
"Sizə nə olub, nə üçün danışmırsınız?"
Saffat/37:93
Və üzərlərinə gedib bütün gücü ilə vurdu.
Saffat/37:94
Dərhal ona doğru qaçdılar.
Saffat/37:95
Dedi ki, "Yonub düzəltdiyiniz şeylərəmi qulluq/xidmət edirsiniz?"
Saffat/37:96
"Allah, sizi də və düzəltdiyiniz şeyləri də yaradandır."
Saffat/37:97
Dedilər ki, "Onun üçün bir yapı qurun və onu atəşə atın."
Saffat/37:98
Onun üçün bir plan düşündülər, fəqət Biz onları alçaltdıq (məğlub etdik).
Saffat/37:99
Dedi ki, "Mən Rəbbimə gedirəm; O mənə yol göstərər."
Saffat/37:100
"Rəbbim, mənə müttəqi birini bağışla."
Saffat/37:101
Biz də ona (İbrahimə) həlim xasiyyətli bir oğlan uşağı bağışladıq.
Saffat/37:102
Onunla birlikdə çalışma çağına yetişincə, "Oğlum, röyamda səni boğazlamalı olduğumu görürəm. Nə düşünürsən?" dedi. "Atacan, sənə əmr ediləni yerinə yetir. Allah istəyərsə, məni səbrli görəcəksən," dedi.
Saffat/37:103
Beləcə ikisi də təslim oldu və onu alnı üzərinə yıxdı.
Saffat/37:105
"Sən röyanı yerinə yetirdin." Yaxşıları belə mükafatlandırırıq.
Saffat/37:106
Gerçəkdən bu, açıq-aşkar bir sınaqdır.
Saffat/37:107
Və Biz ona fidyə olaraq böyük bir qurban verdik.
Saffat/37:108
Sonrakılar üçün onun tarixini qoruduq.
Saffat/37:109
İbrahimə salam olsun!
Saffat/37:110
Biz yaxşı davrananları belə mükafatlandırırıq.
Saffat/37:111
O, Bizim iman edən qullarımızdandı.
Saffat/37:112
Ona (İbrahimə) İshaqı müjdələdik, müttəqilərdən bir peyğəmbər olaraq.
Saffat/37:113
Ona da, İshaqa da lütf etdik. Şübhəsiz, ikisinin soyundan həm yaxşı davrananlar, həm də özünə zülm edənlər var.
Sad/38:47
Onlar Bizim yanımızda yaxşılardan seçilmiş kimsələrdi.
Sad/38:45
Qullarımız İbrahim, İshaq və Yəqubu da xatırla. Məharətli və uzaqgörən idilər.
Sad/38:45
Qullarımız İbrahim, İshaq və Yəqubu da xatırla. Məharətli və uzaqgörən idilər.
Sad/38:48
İsmaili, Əlyəsə´i və Zülkifli də xatırla; hamısı yaxşılardandı.
Şura/42:13
Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.
Zuxruf/43:26
İbrahim, atasına və xalqına demişdi ki, "Sizin qulluq/xidmət etdiklərinizdən uzağam."
Zuxruf/43:27
"Məni Yaradan mənə doğru yolu göstərəcəkdir."
Zuxruf/43:28
Bəlkə doğru yola dönərlər deyə onun ardından gələnlər üçün bunu əbədi bir dərs etdi.
Zəriyət/51:24
İbrahimin möhtərəm qonaqlarının xəbərini aldınmı?
Zəriyət/51:25
Onun hüzuruna girmişdilər və "Salam (sülh) olsun" demişdilər. O da, "Salam sizə, yadlar (tanış olmayanlar)!" demişdi.
Zəriyət/51:26
Ailəsinə yönəldi və sonra kök bir buzov ilə gəldi.
Zəriyət/51:27
Onu onların önünə çəkib, "Yemirsiniz?" dedi.
Zəriyət/51:28
Onlardan bir qorxu hiss etdi. Bunun üzərinə onlar, "Qorxma!" dedilər və ona bilikli bir oğul müjdələdilər.
Zəriyət/51:29
Arvadı heyrət içində, (heyrətdən) üzünə vuraraq, "Qısır bir yaşlı qadın!" dedi.
Zəriyət/51:30
Dedilər ki, "Rəbbin belə söyləmişdir. O, Hikmət Sahibidir, Biləndir."
Zəriyət/51:31
(İbrahim:) "Ey elçilər, əsl görəviniz nədir?" dedi.
Zəriyət/51:32
Dedilər ki, "Biz günahkar bir topluluğa göndərildik."
Zəriyət/51:33
"Üzərlərinə palçıqdan daşlar göndərmək üçün..."
Nəcm/53:37
Və sözünü gerçəkləşdirən İbrahimin.
Hədid/57:26
Biz Nuhu, İbrahimi göndərdik, soylarına peyğəmbərlik və kitab bağışladıq. Bir qismi doğrunu tapdı; amma onlardan çoxu yoldan çıxmışlardı.
Hədid/57:26
Biz Nuhu, İbrahimi göndərdik, soylarına peyğəmbərlik və kitab bağışladıq. Bir qismi doğrunu tapdı; amma onlardan çoxu yoldan çıxmışlardı.
Əla/87:18
Bu, ilk səhifələrdə/təlimlərdə qeyd edilmişdir (yazılmışdır).
Əla/87:19
İbrahimin və Musanın səhifələrində.
Həcc/22:78
Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!
Həcc/22:78
Və Allah uğrunda lazımi cəhdi və fəaliyyəti göstərin. Odur sizi seçən. O, atanız İbrahimin yolu olan bu dini, sizin üçün çətin və ağır etmədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizi, daha öncə də, indi də "Müsəlmanlar=Təslim olanlar" olaraq adlandıran Odur. Namazı qoruyun, zəkatı verin və Allaha sarılın; Mövlanız (Sahibiniz) Odur. Nə gözəl Sahib və nə gözəl Yardımçıdır!
Mumtəhənə/60:4
Sizin üçün İbrahim və onunla bərabər olanlarda gözəl bir örnək vardır. Onunla bərabər olanlar, öz xalqına, "Biz sizdən və sizin Allahdan başqa qulluq/xidmət etdiklərinizdən uzağıq. Sizi tanımırıq. YALNIZ Allaha iman edincəyə qədər bizimlə sizin aranızda əbədi olaraq düşmənçilik və nifrət zahir olmuşdur. Halbuki, İbrahimin atasına, "Sənin bağışlanmağın üçün dua edəcəyəm, fəqət Allahdan gələcək heç bir şeyə qarşı səni qoruya bilmərəm." şəklindəki sözü (bir xəta olaraq) bunun xaricində idi. "Rəbbimiz, Sənə güvəndik, Sənə yönəldik və axırda Sənə dönəcəyik."
Ənbiya/21:69
"Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70
Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71
Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:72
Ona (İbrahimə) mükafat olaraq İshaqı və Yəqubu verdik. Hamısını müttəqi etdik.
Ənbiya/21:73
Biz onları, əmrimizə görə yol göstərən öndərlər etdik. Onlara yaxşı işlərin necə ediləcəyini, namazın necə qorunacağını və zəkatın necə veriləcəyini vəhy etdik. Onlar Bizə qulluq edənlərdir.
Ənbiya/21:51
Biz daha öncə də İbrahimə anlama və qavrama bacarığını bağışlamışdıq. Biz onu çox yaxşı bilirdik.