Ali İmran - 3:10 İnkar edənlərin nə paraları (pulları), nə də övladları Allaha qarşı onlara heç bir fayda verməyəcəkdir. Onlar atəşin yanacağıdır.
Allah verdiyi nemətlər və möhlət ilə inkar edənlərin günahlarını artırır:
Ali İmran/3:178 İnkar edənlər, verdiyim möhlətin onlar üçün yaxşı olduğunu sanmasınlar. Günahlarının artması üçün onlara möhlət veririk. Onlara alçaldıcı bir əzab var.

Bəqərə/2:126 İbrahim: “Rəbbim, buranı təhlükəsiz yer et, Allaha və Axirət gününə iman edən insanlara məhsullarla ruzi ver," deyincə, "İnkar edənə də ruzi verəcəyəm. Ona qısa bir müddət dolanışıq verər, sonra onu atəş cəzasına məhkum edərəm. Ora, necə də pis bir gediş yeridir!" - dedi.

Ali İmran/3:14 Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.
Ali İmran/3:185 Hər kəs ölümü dadacaqdır. Dirilmə günü mükafatlarınız sizə tam olaraq verilər. Kim atəşdən qurtarılıb cənnətə daxil olarsa, zəfər qazanmış olar. Dünya həyatı ancaq aldadıcı bir zövqdən ibarətdir.

Ənam/6:32 Dünya həyatı ancaq bir oyun və əyləncədir. Müttəqilər üçün axirət yurdu daha xeyirlidir. Düşünmürsünüz?
Ənam/6:67 Hər bir xəbərin gerçəkləşəcəyi bir zaman vardır. İrəlidə biləcəklər.
Ənam/6:70 Dinlərini oyun-əyləncəyə çevirənləri və dünya həyatına aldananları burax. Sən bununla (Quranla) xatırlat ki, heç kəs qazandığının fəlakətli nəticəsini çəkməsin. Onun Allahdan başqa bir Sahibi və Şəfaətçisi yoxdur. (O) hər cürə fidyəni versə belə ondan qəbul edilməz. Bunlar, qazandıqlarına görə fəlakətli nəticəyə uğrayanlardır; İnkar etmələri üzündən qaynar sudan bir içkiyə və ağrılı-acılı bir əzaba layiqdirlər.
Ənam/6:91 "Allah heç bir insana bir şey nazil etməz," deməklə Allahı layiqincə qiymətləndirmədilər. De ki: "İnsanlara bir hidayət və işıq olaraq Musanın gətirdiyi kitabı kim nazil etdi - ki göstərmək üçün onu kağızlara yazdığınız halda çoxunu gizləyirdiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri onun vasitəsiylə öyrəndiniz-?" De, "Allah!" və onları öz azğınlıqlarında burax, oynayıb-əylənsinlər.
Ənam/6:128 Hamısını sürüyüb topladığı gün: "Ey cin topluluğu! Siz insanlardan bir çoxunu istifadə etdiniz." Onların insanlardan olan dostları: "Rəbbimiz, Bizə verdiyin müddətin sonuna yetişincəyə qədər bir-birimizdən xoşlandıq," deyərlər. "Yeriniz atəşdir," deyər. Allahın diləməsi xaric, orada əbədi qalacaqlar." Rəbbin Hikmət sahibidir, Biləndir.

Tovbə/9:55 Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.
Tovbə/9:69 Eyni sizdən öncəkilərə bənzəyirsiniz; sizdən daha güclü idilər, sizdən daha çox mal və övladlara sahib idilər. Onlara düşən paydan xoşlandılar. Sizdən öncəkilərin öz paylarından xoşlanmaları kimi siz də öz payınızdan xoşlandınız. Özlərini mübtəla edənlər kimi siz də özünüzü mübtəla etdiniz. Onlar, işləri dünya və axirətdə boşa çıxmış kimsələrdir. Onlar itirənlərdir.
Tovbə/9:85 Paraları (pulları) və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünyada cəzalandırmaq və canlarının inkarçılar olaraq çıxmasını istəyir.

Yunus/10:23 Onları qurtarınca da yer üzündə haqsız yerə həddi aşmağa başlayarlar. Ey insanlar, həddi aşmağınız özünüzə qarşıdır. Dünya həyatının müvəqqəti zövqünə düşkünsünüz; halbuki dönüşünüz Bizədir və etmiş olduğunuz hər şeyi sizə xəbər verərik.

İbrahim/14:30 Allahın yolundan azdırmaq üçün Ona ortaqlar qoşdular. De ki: "Bir az əylənin, son yolçuluğunuz atəşə olacaqdır."

Hicr/15:2 İnkar edənlər, kaş ki, müsəlman olsaydıq deyə arzulayacaqlar.
Hicr/15:3 Burax onları, yesinlər, əylənsinlər və ümidləriylə başlarını qatsınlar; mütləq öyrənəcəklər.

Nəhl/16:117 Bu, qısa müddətli bir faydalanmadır. Onlar ağrılı-acılı bir əzaba məhkum olmuşlardır.

İsra/17:18 Kim bu müvəqqəti dünyanı istəyərsə, orada istədiyimizə dilədiyimiz qədər verərik. Ancaq daha sonra onu, qınanmış və qovulmuş olaraq cəhənnəmə məhkum edərik.

Muminun/23:52 Sizin bu cəmiyyətiniz, tək bir cəmiyyətdir. Mən sizin Rəbbinizəm, Mənə hörmət edin.
Muminun/23:53 Fəqət, onlar işlərini müxtəlif kitablara ayırdılar. Hər qrup öz yanında olandan razı...
Muminun/23:54 Müəyyən bir müddətə qədər onları şaşqınlıqları içində burax!
Muminun/23:55 Elə bilirlər ki, onlara bağışladığımız paralar və övladlar ilə,
Muminun/23:56 Onların yaxşılığına tələsirik? Xeyr, fərqində deyillər.

Ənkəbut/29:65 Gəmiyə mindikləri zaman, dini sadəcə Allaha aid edərək, Onu çağırarlar. Nə zaman ki, onları dənizdən qurtararıq, ortaq qoşmağa təkrar başlayarlar.
Ənkəbut/29:66 Burax, onlara verdiklərimizə nankorluq etsinlər, zövq alsınlar. İrəlidə biləcəklər.

Rum/30:33 İnsanlara bir zərər toxunduğu gün tamamilə Rəblərinə yönələrək dua edərlər. Fəqət sonra, onlara bir rəhmət daddırınca, bəziləri Rəblərinə ortaq qoşar.
Rum/30:34 Beləcə onlara verdiklərimizə qarşı nankorluq edərlər. Əylənin görək; irəlidə biləcəksiniz.

Zuxruf/43:83 Burax onları, onlara söz verilən günlərinə qovuşuncaya qədər dalsınlar və oynasınlar.
Zuxruf/43:89 Onlara əhəmiyət vermə və "Salam" (sülh və rifah), de; yaxında biləcəklər.

Əhqaf/46:20 İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."

Muhəmməd/47:36 Dünya həyatı bir oyun və əyləncədən ibarətdir. İman edib müttəqi davransanız, mükafatlarınızı verər. O sizdən paralarınızı (pullarınızı) istəmir.

Tur/52:45 Çarpılacaqları günə qovuşuncaya qədər onları burax.

Hədid/57:14 "Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.
Hədid/57:20 Bilin ki, dünya həyatı bir oyun, əyləncə, süs, aranızda öyünmək, para-pul və övlad çoxaltma yarışından ibarətdir. Bu, inkar edənlərin xoşuna gələn bir bitkini yetişdirən bir yağmura bənzəyir. Halbuki daha sonra o bitki quruyar, saralar və axırda çör-çöp olar. Axirətdə isə Allahdan çətin (şiddətli) bir əzab, bir bağışlanma və razılıq vardır. Dünya həyatı, aldadan, keçici bir zövqdən ibarətdir.

Məaric/70:42 Burax onları, onlara söz verilən gün ilə qarşı-qarşıya gəlincəyə qədər dalsınlar, oynayıb-əylənsinlər.

Muzzəmmil/73:11 Var-dövlət sahibi olub, səni yalanlayanları mənə burax; onlara bir az möhlət ver.

Mursəlat/77:46 Yeyin və müvəqqəti olaraq əylənin; siz günahkarlarsınız.