Fussilət - 41:15
Ad xalqına gəlincə, onlar yer üzündə haqsız yerə təkəbbür göstərdilər və "Bizdən daha güclü kim var" dedilər. Onları yaradan Allahın onlardan daha güclü olduğunu anlamadılarmı? Onlar ayə və möcüzələrimizi bilərək inkar edirdilər.
İnkar edənlərin xüsusiyyətləri nələrdir?
Bəqərə/2:6
İnkar edənlərə gəlincə, onları xəbərdar etsən də, etməsən də onlar üçün eynidir; iman etməzlər.
Bəqərə/2:91
Onlara, “Allahın nazil etdiyinə iman edin!”– deyildiyində, (onlar:) “Biz özümüzə nazil edilənə iman edirik”– deyərək ondan sonra gələni inkar edərlər. Halbuki bu, yanlarında olanı təsdiqləyən gerçəkdir. De: “İman etmişdinizsə, nə üçün daha öncə Allahın peyğəmbərlərini öldürürdünüz?”
Bəqərə/2:171
İnkar edənlərin durumu, sözləri ancaq bağırma və çağırma şəklində eşidərək (anlamadan) təkrarlayan kəs kimidir. Kar, lal və kordurlar; düşünməzlər.
Bəqərə/2:212
kafirlər üçün Dünya həyatı cəlbedicidir. Buna görə iman edənləri məsxərəyə qoyarlar. Halbuki müttəqilər Dirilmə Günü onlardan üstün olacaqdır. Allah istədiyinə hesabsız şəkildə nemətlər bəxş edər.
Bəqərə/2:217
Səndən müqəddəs (haram) ayda savaşmaq barəsində soruşurlar. De ki: “Bu ayda savaşmaq böyük bir günahdır. Fəqət Allahın yolundan çevirmək, Ona (Allaha) və Müqəddəs Məscidə nankorluq etmək və insanları oradan çıxarmaq Allah yanında daha böyük bir günahdır. Çünki təzyiq və zülm, öldürməkdən daha böyük bir suçdur”. İmkanları olsa, sizi dininizdən döndərənə qədər sizinlə savaşarlar. Sizdən kim dinindən dönərsə və inkarçı olaraq ölərsə, bütün etdikləri dünyada və axirətdə boşa çıxar. Onlar atəş xalqıdır və orada sürəkli qalacaqlar.
Bəqərə/2:257
Allah iman edənlərin Hökmdarı və Dostudur; onları qaranlıqlardan aydınlığa çıxarır. İnkar edənlərin dostları isə azğın kəslərdir; onları aydınlıqdan qaranlığa çıxarırlar. Onlar atəş xalqıdır, onlar orada sürəkli qalacaqlar.
Ali İmran/3:32
“Allaha və Elçiyə itaət edin,” - de. Üz çevirərlərsə, əlbəttə Allah inkar edənləri sevməz.
Ali İmran/3:49
"İsrail oğullarına göndərilən bir elçi olaraq (deyəcək ki): Mən sizə, Rəbbinizdən bir dəlil ilə gəldim. Sizə palçıqdan quş heykəli düzəldib ona üfürərəm və Allahın izni ilə bir quş olar. Allahın izni ilə koru və cüzamlını yaxşılaşdırar, ölünü dirildərəm. Nə yediyinizi və evlərinizdə nələr yığıb saxladığınızı sizə bildirə bilərəm. İman edəcəksinizsə bu dəlillər sizin üçün yetərlidir."
Ali İmran/3:50
"Məndən öncəki Tövratı təsdiqləmək və sizə haram edilən bəzi şeyləri halal etmək üçün göndərildim. Sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahı dinləyin və məni izləyin."
Ali İmran/3:51
"Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir; Ona qulluq edin. Budur doğru yol."
Ali İmran/3:52
İsa onlardan inkarçı bir rəftarı hiss edincə, "Allah yolunda kim mənə yardımçı olacaq?" - dedi. Tələbələri, “Biz Allahın yardımçılarıyıq; Allaha iman etdik. Müsəlman olmağımıza şahid ol", deyə qarşılıq verdilər.
Ali İmran/3:54
Hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.
Ali İmran/3:80
Və sizə, mələkləri və peyğəmbərləri rəblər qəbul etməyinizi də əmr etməz. Siz müsəlman olduqdan sonra, sizə heç inkar etməyi əmr edərmi?
Ali İmran/3:86
İman etdikdən, elçinin doğru olduğuna şahid olduqdan və özlərinə açıq-aydın dəlillər gəldikdən sonra inkar edən bir camaatı, Allah necə doğruya yönəldər? Allah zalım camaatı hidayətə yetişdirməz.
Nisa/4:150
Allaha və elçisinə qarşı çıxanlar, Allah ilə elçilərinin arasını ayırmaq istəyənlər, "Bir qisminə iman edib, bir qismini inkar edərik," - deyənlər və bu ikisi arasında bir yol seçmək istəyənlər...
Nisa/4:151
Bax bunlar əsl inkar edənlərdir. İnkar edənlər üçün ağrılı-acılı bir əzab hazırlayırıq.
Maidə/5:41
Ağızlarıyla "iman etdik", dedikləri halda qəlbləriylə iman etməyənlərin inkarçılıqdakı səyləri səni üzməsin. Yəhudilərin bir qrupu var ki, yalana qulaq verir, səninlə heç qarşılaşmamış bir topluluğu dinləyir. Kəlmələrin mənasını dəyişdirib. "Sizə bu verilərsə alın, bu verilməzsə çəkinin," deyirlər. Allah birini çaşdırmaq istəyərsə, Allaha qarşı kimsə ona yardım edə bilməz. Bax onlar, Allahın qəlblərini təmizləmək istəmədiyi şəxslərdir. Onlar üçün dünyada alçaldılma və axirətdə də böyük bir əzab var.
Maidə/5:44
İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.
Maidə/5:57
Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.
Maidə/5:72
"Allah Məryəm oğlu Məsihdir," – deyənlər əlbəttə inkar etmişdir. Halbuki Məsih, “İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha qul olun!" demişdi. Kim Allaha ortaq qoşarsa, Allah ona Cənnəti qadağan edər, yeri də atəş olar. Zalımlar üçün yardımçı da tapılmaz.
Maidə/5:73
"Allah üçlüyün üçüncüsüdür!" – deyənlər inkar etmişdir. Halbuki Tək Tanrıdan başqa tanrı yoxdur. Bu sözlərinə son qoymazlarsa, inkar edənlərinə ağrılı-acılı bir əzab toxunacaqdır.
Maidə/5:103
Müəyyən bir erkək və dişi birləşdirməsiylə balalayanların, and nəticəsi olaraq sərbəst buraxılanların, bir-birinin ardınca iki erkək doğanların və on dəfə döl verən erkək dəvələrin haram edilməsini Allah təsdiqləmir. İnkar edənlər Allaha iftira edir. Onların çoxu dərk etməz.
Ənam/6:1
Tərif, göyləri və yeri yaradan, qaranlığı və işığı var edən Allaha yaraşır! Buna rəğmən, inkar edənlər Rəblərini başqalarıyla eyni tutur.
Ənam/6:27
Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!
Əraf/7:37
Allaha yalan iftira edəndən və ya ayələrini yalanlayandan daha zalım kim ola bilər? Onların kitabda anlatılan payları onlara yetişəcəkdir. Elçilərimiz onlara gəlib canlarını alarkən: "Allahdan başqa qulluq/xidmət etdikləriniz haradadır," dediklərində, "Bizi tərk etdilər," deyərlər. İnkarçı olduqlarına dair öz əleyhlərində şahidlik edərlər.
Ənfal/8:36
İnkar edənlər, insanları Allah yolundan çəkindirmək üçün paralarını (pullarını) xərcləyərlər və daha da xərcləməyə davam edəcəklər. Fəqət bu, sonradan onlar üçün bir üzüntü qaynağı olacaq və ardından yeniləcəklər. İnkar edənlər cəhənnəmə sürüklənəcəklər.
Ənfal/8:73
İnkar edənlər də bir-birlərinin dostudur. Bu əmrləri tətbiq etməsəniz, yer üzündə xaos və böyük bir fəsad olar.
Tovbə/9:37
Müqəddəs ayların yerini dəyişdirmək inkar etməyin irəli nöqtəsidir. İnkar edənlər onunla azdırılırlar. Allahın müqəddəs saydığı ayların sayına uyğun gətirmək məqsədiylə onu bir il halal, bir il də müqəddəs sayarlar. Beləcə, Allahın müqəddəs etdiyi ayların müqəddəsliyini pozarlar. Etdikləri pisliklər, gözlərində gözəl görünür. Allah inkar edən topluluğu doğruya yönəltməz.
Yusuf/12:87
"Oğullarım, gedin, Yusufu və qardaşını araşdırın. Allahın rəhmətindən ümid kəsməyin. İnkar edənlərdən başqası Allahın rəhmətindən ümid kəsməz."
Rad/13:5
Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
Rad/13:14
Gerçək dua Ona yönəldiləndir. Ondan başqa çağırdıqları isə onlara heç bir şəkildə qarşılıq verə bilməzlər. Eyni suya ovuclarını uzadan; ancaq ağzına heç bir şey yetişməyən kimsə kimi... İnkar edənlərin duası boşunadır.
Rad/13:43
İnkar edənlər, "Sən bir elçi deyilsən!" deyirlər. De ki, "Allah mənimlə sizin aranızda şahid olaraq yetər, (Allah) və kitabın bilgisinə sahib olanlar!"
İbrahim/14:13
İnkar edənlər elçilərinə, "Ya bizim dinimizə geri dönərsiniz, ya da sizi yurdumuzdan qovarıq!" dedilər. Rəbləri onlara, "Zalımları məhv edəcəyik," deyə vəhy etdi,
Nəhl/16:83
Allahın nemətlərini çox yaxşı tanıdıqları halda onları inkar edərlər. Onların çoxu kafirlərdir.
Kəhf/18:102
İnkar edənlər, Məndən başqa qullarımı vəlilər seçərək qurtulacaqlarınımı sandılar? O inkar edənlərin qalacaq yeri olaraq cəhənnəmi təyin etdik.
Məryəm/19:73
Onlara ayələrimiz açıq-aşkar olaraq oxunduğu zaman inkar edənlər iman edənlərə, "Hansımız rifah və say baxımından daha çox üstünlüyə sahibdir?" deyərlər.
Həcc/22:55
İnkar edənlər isə, Saat (dünyanın sonu) onlara qəflətən gəlincəyə qədər, yaxud o müdhiş günün cəzası onlara çatıncaya qədər daim ondan şübhə duyacaqlar.
Həcc/22:72
Onlara açıq-aşkar ayələrimiz oxunduğunda, inkar edənlərin üzündə inkarçılığı oxuyarsan. Onlara ayələrimizi oxuyanların üzərinə az qala hücum edəcəklər. De ki, "Bundan daha pisini sizə bildirimmi? Atəş! Allah onu kafirlərə vəd etmişdir. Necə də pis bir aqibətdir!"
Furqan/25:4
İnkar edənlər: "Bu, başqalarının yardımı ilə onun uydurduğu bir yalandan başqa bir şey deyildir," deyərək haqsız və əsassız bir tezis (iddia) ortaya qoydular.
Furqan/25:32
İnkar edənlər: "Quran, ona nə üçün bir dəfədə nazil edilmədi?" dedilər. Biz bu şəkildə onu yaddaşına yerləşdirməkdə və onu müəyyən edilmiş bir sıraya görə oxumaqdayıq.
Furqan/25:55
Allahla yanaşı özlərinə nə fayda və nə də zərər verə bilməyənlərə də qulluq edirlər. İnkar edən kimsə Rəbbinə qarşı çıxandır.
Ənkəbut/29:12
İnkar edənlər iman edənlərə: "Bizim yolumuza tabe olun; günahlarınızı biz yüklənərik," dedilər. Halbuki onların günahlarından heç bir şeyi yüklənəcək deyillər; yalançıdırlar.
Ənkəbut/29:23
Allahın ayə və möcüzələrini və Onunla qarşılaşmağı inkar edənlər, Rəhmətimdən ümid kəsənlərdir. Onlar ağrılı-acılı bir cəzaya layiqdirlər.
Rum/30:16
İnkar edib, ayələrimizi və axirət görüşməsini yalanlayanlar da əzabın içinə daxil edilərlər.
Səcdə/32:10
Və, "Biz torpağa qarışıb yox olduqdan sonra yenidənmi yaradılacağıq?" dedilər. Doğrusu, onlar Rəbləri ilə qovuşmağı inkar edənlərdir.
Səba/34:3
İnkar edənlər, "Saat, heç vaxt gerçəkləşməyəcək," dedilər. De ki, "Şübhəsiz, Rəbbimə and olsun sizə gələcəkdir. O, gələcəyi Biləndir. Göylərdə və yerdə bir atom ağırlığı Ondan gizli qalmaz. İstər ondan kiçik olsun, yaxud böyük olsun... Hamısı açıq-aşkar bir kitabdadır.
Səba/34:7
İnkar edənlər dedilər: "Siz parça-parça dağıldıqdan sonra yeni bir yaradılışla dirildiləcəyinizi bildirən bir adamı sizə göstərəkmi?"
Səba/34:31
İnkar edənlər, "Biz nə bu Qurana, nə də ondan öncəkilərə iman etməyəcəyik," dedilər. Zalımları, Rəbləri hüzurunda məhkəmə sırasında bir-birləri ilə söz güləşdirərkən bir görsəydin! (Təhsil, araşdırma, iqtisadi, siyasi və s. yönlərdən) gücsüzləşdirilənlər, təkəbbür göstərmiş olanlara, "Siz olmasaydınız biz iman edən şəxslər olardıq," deyərlər.
Ya sin/36:47
Onlara, "Allahın sizə verdiyi ruzilərdən verin," deyildiyi vaxt, inkar edənlər iman edənlərə, "Allahın, istədiyi təqdirdə yedirə (qidalandıra) biləcəyi kimsələrimi yedirək? Siz gerçəkdən yaxşıca yoldan çıxmışsınız," deyərlər.
Sad/38:2
Həqiqətən, inkar edənlər təkəbbür və ayrılıq içindədir.
Sad/38:27
Göyü, yeri və aralarındakıları boş yerə yaratmadıq. Bu, inkar edənlərin zənnidir. Özlərini atəşə soxduqları üçün inkar edənlərə təəssüflər olsun.
Zumər/39:58
Yaxud əzabı gördüyü an, "Kaş ki, əlavə ikinci şansım olsaydı, gözəl davrananlardan olsaydım," deməsin.
Zumər/39:59
Bəli, sənə ayə və möcüzələrim gəldi, fəqət sən onları yalanladın, təkəbbürləndin və inkar edənlərdən oldun.
Zumər/39:71
İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Ğafir/40:4
İnkar edənlərdən başqası Allahın ayələri və möcüzələrinə qarşı mübahisə etməz. Onların görünən uğurları səni aldatmasın.
Ğafir/40:10
İnkar edənlərə, "Allahın narazılığı, sizin öz-özünüzə olan narazılığınızdan daha böyükdür. İman etməyə dəvət edildiyinizdə inkar edərdiniz," deyə səslənilər.
Ğafir/40:11
Deyəcəklər ki, "Rəbbimiz, bizi iki dəfə öldürdün və iki dəfə diriltdin. İndi günahlarımızı etiraf etdik. Buradan bir çıxış yolu varmı?"
Ğafir/40:12
Çünki, YALNIZ Allah çağırıldığı zaman inkar edərdiniz. Ancaq Ona ortaq qoşulduğunda inanırdınız. Hökm, Üstün və Böyük olan Allaha aiddir.
Ğafir/40:14
İnkar edənlər xoşlanmasa da dini sadəcə Allaha aid edərək Ona qulluq edin.
Casiyə/45:31
İnkar edənlərə gəlincə, "Ayələrimiz sizə oxunmuş və siz də təkəbbür göstərib günahkar bir topluluq olmamışdınızmı?
Muhəmməd/47:3
Çünki inkar edənlər batilə tabe olmaqda, iman edənlər isə Rəblərindən gələn gerçəyə tabe olmaqdadırlar. Allah insanların vəziyyətini belə sərgiləyər.
Muhəmməd/47:12
Allah iman edib müttəqi davrananları içlərindən çaylar axan cənnətlərə daxil edər. İnkar edənlər isə heyvanlar kimi yeyib yaşamaqdadırlar və axırda atəşə girərlər.
Təğabun/64:5
Daha öncə inkar edib və etdiklərinin qarşılığını dadanların xəbəri sizə yetişmədimi? Onlara ağrılı-acılı bir əzab vardır.
Təğabun/64:6
Çünki, elçiləri onlara açıq-aşkar dəlillərlə gedirlər və onlar isə, "Bizə doğru yolu bir insanmı göstərəcək?" deyirdilər. Beləcə inkar edib üz çevirirdilər. Allah heç bir şeyə möhtac deyildir. Allah Zəngindir, Təriflənəndir.
Təğabun/64:7
İnkar edənlər, dirildilməyəcəklərini iddia edərlər. De ki, "Bəli, Rəbbimə and olsun, dirildiləcəksiniz və sonra etdikləriniz sizə bildiriləcəkdir. Bu, Allah üçün asandır."
Mutaffifin/83:29
Günahkarlar iman edənlərə gülərdilər.
Mutaffifin/83:30
Yanlarından keçdikləri zaman da bir-birlərinə qaş-göz edib aşağılayırdılar.
Mutaffifin/83:31
Tərəfdarlarının yanına döndükləri zaman da məsxərəyə qoyurdular.
Mutaffifin/83:32
Onları gördüklərində, "Bunlar yoldan çıxmışlardır!" deyərdilər.
Mutaffifin/83:33
Halbuki onların üzərinə nəzarətçi olaraq göndərilməmişdilər.
Mutaffifin/83:34
Bu gün də iman edənlər inkar edənlərə gülər.
Mutaffifin/83:35
Taxtlar üzərində baxarlar:
Mutaffifin/83:36
"İnkar edənlər etdikləri ilə cəzalandılarmı?" deyə.
İnşiqaq/84:21
Onlara Quran oxunduğunda nə üçün qəbul etmirlər?
İnşiqaq/84:22
Əksinə, inkar edənlər yalanlayırlar.
Buruc/85:19
İnkar edənlər, xronik yalanlayıcılardır.
Kafirun/109:1
De ki, "Ey inkar edənlər."
Kafirun/109:2
"Mən, sizin qulluq/xidmət etdiklərinizə xidmət etmərəm."
Kafirun/109:3
"Siz də mənim qulluq/xidmət etdiyimə xidmət etməzsiniz."
Kafirun/109:4
"Mən əsla sizin qulluq/xidmət etdiklərinizə xidmət edəcək deyiləm."
Kafirun/109:5
"Siz də mənim qulluq/xidmət etdiyimə xidmət edəcək deyilsiniz."
Kafirun/109:6
"Sizin dininiz sizə, mənim dinim mənə."
Həşr/59:3
Allah onları ayrılmağa məcbur etməsəydi, bu dünyada cəzalandıracaqdı. Axirətdə də onlara atəş əzabı vardır.