Əhqaf - 46:8 Yoxsa "Onu uydurdumu deyirlər? De ki, "Onu mən uydurdumsa, siz məni Allahdan gələcək heç bir şeyə qarşı qoruya bilməzsiniz. O, sizin həddi aşmanızı ən yaxşı Biləndir. Mənimlə sizin aranızda şahid olaraq O yetər. O, Bağışlayandır, Rəhmlidir."
Muhəmmədi (ə.s) və eləcə də Quranı necə inkar etdilər?
Hud/11:13 "Onu (Quranı) o uydurdumu"- deyirlər? De ki: "Haydı ona bənzər, uydurulmuş on surə gətirin. Allahdan başqa bütün dostlarınızı da çağırın, doğru sözlülərsinizsə!"

Nəhl/16:103 "Ona bir insan öyrədir!" şəklindəki sözlərini əlbəttə bilirik. Nəzərlərində tutduqları şəxsin dili başqadır, bu isə açıq-aşkar Ərəbcə bir dildir.

Ənbiya/21:3 Qəlbləri qorxusuzdur. Zalımlar gizlicə bir-birləriylə görüşdülər: "Bu adam sizin kimi bir insan deyilmi? Göz görə-görə sehrəmi qapılacaqsınız?"

Furqan/25:4 İnkar edənlər: "Bu, başqalarının yardımı ilə onun uydurduğu bir yalandan başqa bir şey deyildir," deyərək haqsız və əsassız bir tezis (iddia) ortaya qoydular.
Furqan/25:5 Dedilər, "Yazıb durduğu şey əvvəlkilərin nağıllarıdır; ona diktə edilməkdədir, səhər-axşam."

Əraf/7:184 Düşünmürlərmi? Yoldaşlarında heç bir dəlilik yoxdur. O, ancaq açıq-aşkar bir xəbərdar edəndir.

Hud/11:12 "Ona bir xəzinə, yaxud onunla birlikdə bir mələk enməli deyildimi?" dedikləri üçün bəlkə də, köksün daralacaq və sənə vəhy edilənin bir qismini tərk edəcəksən. Sən yalnız bir xəbərdarlıq edənsən; Allah hər şeyi kontrol edəndir.

Hicr/15:6 Dedilər ki: "Ey özünə Zikr (mesaj) nazil edilən, sən bir dəlisən."

İsra/17:47 Səni dinlədikləri zaman necə eşitdiklərini və öz aralarında danışdıqları vaxt zalımların, "Siz sadəcə sehrlənmiş bir adamı izləyirsiniz," dediklərini yaxşı bilirik.

Ənbiya/21:36 Kafirlər (gerçəyi örtənlər) səni gördüklərində, "Tanrılarınızı dilinə dolayan budurmu?" deyə istehzalarına hədəf etməkdən başqa bir reaksiya göstərmirlər. Onlar Rəhmanın mesajını tamamilə inkar etməkdədirlər.

Muminun/23:69 Yoxsa, onlara göndərilən elçini tanımadıqları üçünmü onu inkar edirlər?
Muminun/23:70 Yoxsa, onun dəli olduğunamı qərar verdilər? Halbuki onlara gerçəyi gətirmişdi. Lakin onların çoxu gerçəyi xoşlamır.

Furqan/25:7 Və dedilər, "Necə olur ki, bu elçi yemək yeyir və bazarlarda gəzib-dolaşır? Gərək onunla birlikdə xəbərdarlıq etmək üçün bir mələk nazil olaydı!"
Furqan/25:8 "Yaxud ona bir xəzinə atılsaydı, və ya özünün bir bağçası olsaydı və ondan yesəydi!" Hətta zalımlar, "Siz, sehrlənmiş bir adama tabe olursunuz," dedilər.
Furqan/25:9 Gör, sənin üçün necə örnəklər verdilər ki, azdılar, yolu əsla tapa bilməyəcəklər.
Furqan/25:41 Səni hər gördüklərində sənə istehza edərlər: "Allahın elçi olaraq göndərdiyi şəxs budurmu?"

Zuxruf/43:31 "Bu Quran, bu iki şəhərdən məşhur və böyük bir adama nazil edilməli deyildimi?" dedilər.

Furqan/25:42 "Müqavimət göstərməsəydik, az qala bizi tanrılarımızdan azdırırıb ayıracaqdı." Əzabı gördüklərində kimin gerçəkdən azğın yolda olduğunu öyrənəcəklər.

Səba/34:46 De ki, "Sizə bir tək öyüdüm var: Allah üçün iki-iki, yaxud tək-tək qalxın, sonra düşünün. Sizin yoldaşınızda bir dəlilik yoxdur. O, sadəcə, şiddətli bir cəzadan öncə sizi xəbərdar edən biridir."

Saffat/37:35 Onlara "La ilahə illəllah" deyildiyində təkəbbür göstərirdilər.
Saffat/37:36 "Tanrılarımızı dəli bir şairə görə tərk edəcəyik?" deyirdilər.

Duxan/44:13 Mesaja əhəmiyyət vermədilər. Halbuki onlara açıq-aşkar bir elçi gəlmişdi.
Duxan/44:14 Sonra ondan üz çevirdilər və "Təlim görmüş bir dəlidir!" dedilər.

Zəriyət/51:52 Bax belə, onlardan öncəkilərə hər nə zaman bir elçi gəldisə, "Bu, bir sehrbazdır," yaxud "Bu, bir dəlidir," deyərdilər.

Tur/52:29 Sən öyüd ver! Rəbbinin sənə olan yaxşılığı sayəsində sən nə bir kahinsən, nə də dəli.

Qaləm/68:2 Sən Rəbbinin neməti ilə dəli olmuş deyilsən.
Qaləm/68:51 Mesajı eşitdikləri zaman, inkar edənlər az qala səni gözləri ilə yeyəcəkdilər. "O, dəlidir!" deyirdilər.