Qamər - 54:14 Rədd edilmiş olan kişiyə bir mükafat olaraq nəzarətimiz (qorumamız) altında axıb gedirdi.
Elçilərə və iman edənlərə dünyada yardım:
Ğafir/40:44 "Sizə bu söylədiklərimi irəlidə xatırlayacaqsınız. Mən işimi Allaha buraxıram. Allah qullarını Görəndir."
Ğafir/40:45 Allah onu onların planladıqları pisliklərdən qorudu. Fironun tərəfdarlarını əzabın ən pisi bürüdü.
Ğafir/40:51 Biz elçilərimizə və iman edənlərə bu dünya həyatında və şahidlərin üzləşmələrə hazır olacaqları gündə yardım edərik.

Qamər/54:9 Onlardan öncə də Nuhun xalqı yalanlamışdı. Qulumuzu yalanlayıb, "Dəlidir" dedilər. Həqiqətən o əngəlləndi.
Qamər/54:10 Rəbbini çağırdı, "Mən məğlub oldum; Mənə yardım et."
Qamər/54:11 Bunun üzərinə göyün qapılarını şiddətlə axıb tökülən sularla açdıq.

Ənbiya/21:76 Daha öncə Nuh da Bizi çağırmışdı. Onu və ailəsini böyük sıxıntıdan qurtararaq duasına cavab verdik.

Bəqərə/2:49 İşgəncənin ən pisini sizə tətbiq edən, qadınlarınızı buraxıb oğullarınızı öldürən Fironun adamlarından sizi qurtarmışdıq. Bu, Rəbbinizdən böyük bir sınaq idi.
Bəqərə/2:250 Calut və ordusuyla qarşılaşdıqlarında belə dedilər: "Rəbbimiz, bizə müqvimət göstərmə gücü ver, ayaqlarımızı sağlam tut, inkarçılara qarşı bizə yardım et."
Bəqərə/2:251 Nəhayət Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və anlayış verdi, ona istədiyini öyrətdi. Allah insanların bir qismini bir qismi ilə müdafiə etməsəydi yer üzü fəsada uğrayardı. Fəqət Allah bütün məxluqata qarşı lütf sahibidir.

Ali İmran/3:55 Allah İsaya belə demişdi: “Sənin dünyadakı həyatına son verəcəyəm və Özümə yüksəldəcəyəm. Səni inkar edənlərdən qurtaracağam və sənə tabe olanları Dirilmə Gününə qədər inkar edənlərin üzərində tutacağam. Sonra, dönüşünüz Mənədir və mübahisə etdiyiniz mövzular barəsində, aranızda Mən hökm verəcəyəm."
Ali İmran/3:103 Allahın ipinə birlikdə daha möhkəm sarılın; ayrılığa düşməyin. Allahın sizə olan nemətini xatırlayın. Siz bir-birinizə düşmənlər idiniz, qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaşlar oldunuz. Bir atəş çuxurunun kənarında idiniz, sizi ondan qurtardı. Yola gələsiniz deyə Allah ayələrini belə açıqlayır.
Ali İmran/3:122 Sizdən iki qrup az qalsın ruhdan düşmüşdü. Halbuki Allah onların sahibi idi. İman edənlər Allaha güvənsin.
Ali İmran/3:123 Necə ki, siz zəif durumda ikən, Allah, Bədrdə sizə yardım edib zəfərə yetişdirdi. Təşəkkürünüzü bəlli etmək üçün Allahı dinləməlisiniz.

Maidə/5:110 Allah deyəcək ki: "Ey Məryəm oğlu İsa! Sənə və anana bəxş etdiyim nemətimi xatırla. Səni Müqəddəs Ruh ilə dəstəkləmişdim; beləcə beşikdə ikən də, yetkin çağında da insanlarla danışırdın. Sənə kitabı, hikməti, Tövratı və İncili öyrətmişdim. İznimlə palçıqdan quş heykəli yaradırdın və ona üfürüncə də iznimlə quş olurdu. Koru və cüzam xəstəliyinə tutulanı iznimlə yaxşılaşdırırdın. Yenə Mənim iznimlə ölüləri dirildirdin. İsrail oğullarına açıq-aşkar dəlillər gətirmənə rəğmən, içərilərindəki inkar edənlər, "Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir," - demişdilər, sonra da səni onlardan qurtarmışdım.

Əraf/7:59 Nuhu xalqına göndərmişdik və demişdi: "Xalqım, Allaha qulluq edin. Ondan başqa bir tanrınız yoxdur. Sizin üçün müdhiş bir günün cəzasından qorxuram."
Əraf/7:60 Xalqının öncüləri, "Səni açıq-aşkar bir azğınlıq içində görürük," dedilər.
Əraf/7:61 Dedi ki: "Xalqım, məndə bir azğınlıq yoxdur; ancaq mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir elçiyəm."
Əraf/7:62 "Sizə Rəbbimin mesajını çatdırır və sizə öyüd verirəm. Sizin bilmədiklərinizi Allah vasitəsilə bilirəm."
Əraf/7:63 "Sizi xəbərdar etmək üçün və müttəqi bir həyat yaşayıb mərhəmətə nail olasınız deyə, sizdən bir adama Rəbbinizdən bir mesajın gəlməsinəmi təəccübləndiniz?"
Əraf/7:64 Onu yalanladılar. Bundan sonra onu və onunla birlikdə gəmidə olanları qurtardıq. Ayələrimizi yalan hesab edənləri isə boğduq. Onlar kor bir xalq idi.
Əraf/7:80 Və Lutu da göndərdik. Xalqına dedi ki: "Sizdən öncə heç kimsənin qıra bilmədiyi bir günahın rekordunumu qırırsınız?"
Əraf/7:81 "Siz, qadınları buraxıb cinsi hisslərlə kişilərə yönəlirsiniz? Siz həddi aşan bir topluluqsunuz!"
Əraf/7:82 Xalqının cavabı, ancaq bunları söyləmək oldu: "Onları şəhərinizdə çıxarın. Bunlar çox təmiz insanlar imiş!"
Əraf/7:83 Biz də onu və ailəsini qurtardıq, fəqət arvadı xaric; o geridə qalanlardandır.
Əraf/7:165 Onlara xatırladılanlara əhəmiyyət verməyib unudunca, pisliklərlə mücadilə edənləri qurtardıq; haqsızlıq edənləri də yoldan çıxmalarına qarşılıq olaraq dəhşətli bir əzab ilə yaxaladıq.

Tovbə/9:25 Allah bir çox vəziyyətdə sizə yardım etdi. Huneyn günü say çoxluğunuz sizi təkəbbürləndirmişdi. Fəqət sayınızın sizə heç bir faydası da olmamışdı. Necə ki, bütün genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş və axırda dönüb qaçmışdınız.
Tovbə/9:26 Sonra Allah, elçisi və iman edənlərin üzərinə Öz tərəfindən güvən və rahatlıq endirdi, əlavə olaraq, görmədiyiniz ordular endirdi və beləcə kafirləri cəzalandırdı. Kafirlərin cəzası məhz budur.
Tovbə/9:40 Siz ona yardım etməzsəniz, Allah ona yardım etmişdir. (Örnək olaraq) kafirlər onu, ikinin ikincisi olaraq çıxarmışdılar. O vaxt ikisi mağarada ikən, yoldaşına, "Üzülmə, Allah bizimlə bərabərdir," deyirdi... Allah ona hüzur və güvən endirdi; görmədiyiniz ordularla dəstəkləyərək inkar edənlərin sözünü alçaltdı. Uca olan, yalnızca Allahın sözüdür. Allah Üstündür, Hikmət sahibidir.

Yunus/10:102 Özlərindən öncəkilərin yaşadığı günlərin bir bənzərinimi gözləyirlər? De ki, "Gözləyin, mən də sizinlə birlikdə gözləməkdəyəm."
Yunus/10:103 Sonunda elçilərimizi və iman edənləri qurtararıq. Bəli, iman edənləri qurtarmaq Bizim dəyişməz bir qanunumuzdur.

Hud/11:58 Əmrimiz gəlincə Hudu və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Onları dəhşətli bir əzabdan qurtardıq.
Hud/11:66 Əmrimiz gəlincə, Salehi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmət ilə o günün rəzilliyindən qurtardıq. Rəbbin, şübhəsiz Güclü və Üstündür.
Hud/11:94 Əmrimiz gəlincə Şueybi və onunla birlikdə iman edənləri Bizdən bir rəhmətlə qurtardıq. Zülm edənləri qorxunc gurultu yaxaladı; yurdlarında çöküb qaldılar.
Hud/11:116 Sizdən öncəki nəsillərin müttəqi sahibi olanları, yer üzündə pisliklərə əngəl olmalı deyildilərmi? Onlardan qurtardığımız az adam xaric... Zalımlar isə, özlərinə verilən rifaha qapılıb, qudurdular; beləcə günahkarlara qatıldılar.

İbrahim/14:6 Bir vaxt, Musa xalqına: "Allahın üzərinizdəki nemətini xatırlayın. Sizə işgəncənin ən pisini tətbiq edən, oğullarınızı kəsib, qadınlarınızı sağ buraxan Fironun adamlarından sizi O qurtardı. Bu, Rəbbinizdən sizin üçün böyük bir sınaq idi," demişdi.

Nəhl/16:41 Zülmə uğradıqdan sonra Allah uğrunda köç (hicrət) edənləri dünyada gözəl şəkildə yerləşdirəcəyik. Axirət mükafatları isə daha böyükdür; bir bilsələr...

Ta ha/20:40 "O vaxt bacın gedib, 'Ona baxacaq birini sizə göstərimmi?' deyirdi. Beləcə, gözü aydınlansın və üzülməsin deyə, səni anana geri döndərmişdik. Hətta sən bir nəfəri öldürmüşdün, səni üzüntüdən qurtarmış və müxtəlif sınaqlardan keçirmişdik. Mədyən xalqının arasında illərlə qaldıqdan sonra bəlli bir plana görə indi geri gəlmisən, Musa."
Ta ha/20:80 Ey İsrail oğulları! Sizi düşməninizdən qurtarmış, Sina dağının sağ yanında sizə söz vermiş və üzərinizə Mənna və bildirçin endirmişdik.

Ənbiya/21:7 Səndən öncə, insanlardan başqa elçi göndərmədik; onlara vəhy edirdik. Bilmirsinizsə mütəxəssislərdən soruşun.
Ənbiya/21:8 Onları, yemək yeməyən bədənlər olaraq yaratmadıq. Onlar ölümsüz də deyildilər.
Ənbiya/21:9 Sonra onlara verdiyimiz sözü yerinə yetirdik; onları istədiklərimizlə birlikdə qurtardıq; həddi aşanları da həlak etdik.
Ənbiya/21:68 "Bir şey edəcəksinizsə onu yandırın ki, tanrılarınızı dəstəkləmiş olun," dedilər.
Ənbiya/21:69 "Ey atəş, İbrahimə qarşı sərin və güvənilir (təhlükəsiz) ol!" dedik.
Ənbiya/21:70 Beləcə onun üçün bir plan tətbiq etmək istədilər və Biz də onları müvəffəqiyyətsizliyə məhkum etdik.
Ənbiya/21:71 Onu və Lutu, bütün insanlar üçün mübarək etdiyimiz torpaqlara yetişdirib qurtardıq.
Ənbiya/21:74 Luta da bilgi və hikmət verdik. Onu, çirkin işlər işləyən topluluqdan qurtardıq. Onlar, yoldan çıxmış pis bir camaat idi.
Ənbiya/21:85 Ayrıca İsmail, İdris və Zülkifl də... Hamısı çətinliklərə qarşı müqavimət göstərən kəslər idi.
Ənbiya/21:86 Biz onları rəhmətimizin əhatəsinə aldıq; çünki onlar müttəqi kəslər idi.
Ənbiya/21:87 ZanNun (yəni ismində 'Nun' hərfi olan Yunus) da... Etiraz edərək görəvini tərk etmişdi. Onu kontrol edə bilməyəcəyimizi sandı. Nəhayət, (balığın qarnındakı) qaranlıqlar içində, "Səndən başqa tanrı yoxdur. Sən Ucasan. Mən yanlış davrandım," deyə yalvardı.
Ənbiya/21:88 Yalvarışına qarşılıq verdik və onu üzüntüdən qurtardıq. İman edənləri bax belə qurtararıq!

Həcc/22:15 Kim Allahın dünya və axirətdə ona yardım edə bilməyəcəyini sanırsa, göyə (Tanrıya) doğru yönəlsin və sonra (ümid bağladığı digərlərindən) ümidini kəssin sonra da yerinə yetirdiyi bu planın, onun canını sıxan hər şeydən qurtarıb qurtarmadığına bir baxsın.
Həcc/22:60 Bu belədir! Kim, özünə edilən haqsızlığa qarşı eyni şəkildə qarşılıq verər, sonra buna görə də ona hücum edilərsə, Allah ona yardım edəcəkdir. Əlbəttə Allah Əfv Edəndir, Bağışlayandır.

Nəml/27:52 Zülm etmələri üzündən, bax (budur) çökmüş evləri... Bilən bir cammat üçün bunda bir dərs olmalıdır.
Nəml/27:53 İman edənləri və müttəqi davrananları qurtardıq.

Qasas/28:25 Çox keçmədən onlardan biri utana-utana onun yanına gəldi və dedi: "Atam, bizim üçün sulamağına qarşılıq olaraq sənə ücrət vermək istəyir." Onunla qarşılaşıb ona başına gələnləri danışınca o, "Qorxma! Zalım topluluqdan qurtulmusan," dedi.

Ənkəbut/29:24 Xalqının qarşılığı, "Onu öldürün, yaxud yandırın," demələrindən başqa bir şey olmadı. Ancaq Allah onu atəşdən qurtardı. İman edən bir camaat üçün bunda dərslər vardır!

Rum/30:47 Səndən öncə elçiləri xalqlarına açıq-aşkar dəlillərlə göndərdik. Suç işləyənləri də cəzalandırdıq. İman edənlərə yardım etmək görəvimizdir.

Saffat/37:115 İkisini və xalqlarını o böyük fəlakətdən qurtardıq.
Saffat/37:116 Onlara yardım etdik və üstün gəldilər.

Fussilət/41:17 Səmud xalqına gəlincə, onlara yolu göstərdik, halbuki onlar korluğu hidayətdən üstün tutdular. Axırda, qazandıqlarına qarşılıq, onları alçaldıcı əzabın ildırımı yaxaladı.
Fussilət/41:18 İman edənləri və müttəqi davrananları isə qurtardıq.