Mucadilə - 58:15 Allah onlar üçün çətin (şiddətli) bir cəza hazırlamışdır. Etdikləri necə də pisdir.
Quranda ikiüzlü (qəlbləri xəstə) olanlar:
Ənfal/8:48 Şeytan, işlərini onlara süsləmiş və: "Bu gün insanlardan kimsə sizi məğlub edə bilməz. Mən sizin yanınızdayam," demişdi. İki ordu üz-üzə gəlincə də, dabanları üstündə geri dönüb, "Sizinlə bir əlaqəm yoxdur, sizin görmədiyinizi görürəm və Allahdan qorxuram. Allahın cəzası çətindir (şiddətlidir)," demişdi.
Ənfal/8:47 Allahın yoluna əngəl olmaq məqsədi ilə, (özlərini) insanlara göstərərək yurdlarından çıxan o özünü bəyənmişlər kimi olmayın. Allah etdiklərini hər tərəfdən əhatə edir.

Maidə/5:53 O zaman iman edənlər, “Sizinlə bərabər olduqlarına bütün gücləriylə Allah adına and içənlər bunlardırmı?” deyəcək. Səyləri boşa çıxmış və zərər etmişlərdir.
Maidə/5:52 Qəlblərində xəstəlik olanların: “Başımıza bir bəla gəlməsindən qorxuruq”– deyərək onların arasında dolanıb durduqlarını görəcəksən. Ola bilər ki, Allah, zəfəri və ya Öz tərəfindən bir əmr gətirər, sonra da içlərində gizlədikləri düşüncələrinə görə peşman olarlar.
Maidə/5:51 Ey iman edənlər! Yəhudiləri və Xristianları dost qəbul etməyin! Onlar bir-birlərinin dostudur. Sizdən kim onlarla dost olarsa, onlardan sayılır. Allah zalım camaatı doğru yola yönəltməz.

Bəqərə/2:20 Şimşək az qala gözlərini çıxardacaq! Önlərini aydınlatdıqca işığında gedərlər. Üzərlərinə qaranlıq çöküncə də dayanıb durarlar. Allah istəsəydi eşitmə və görmələrini aradan qaldırardı. Allah hər şeyə gücü yetəndir.
Bəqərə/2:19 Ya da, qaranlıq, göy gurultusu və şimşəklər arasında göydən boşalan bir yağmur altında ildırımlardan ölmək qorxusuyla barmaqlarını qulaqlarına tıxayan kimsəyə bənzəyərlər. Allah inkarçıları bu cür əhatə edər.
Bəqərə/2:18 Kar, lal və kordurlar; yönlərini dəyişdirə bilməzlər.
Bəqərə/2:17 Düşdükləri vəziyyət, atəş yandıran kimsələrin bu vəziyyətinə bənzəyər: Atəş ətraflarını aydınlatmağa başlayınca, Allah onların işığını aradan qaldırar və onları qaranlıqlar içində görməz bir halda buraxar.
Bəqərə/2:16 Onlar hidayət qarşılığında sapıqlığı satın aldı. Ticarətləri nə qazanc verər, nə də onları gerçəyə qovuşdurar.
Bəqərə/2:15 Allah da, həddi aşmaları içində sərgərdan vəziyyətdə buraxaraq onlara istehza edər.
Bəqərə/2:14 İman edənlərlə qarşılaşdıqları vaxt, "İman edirik," deyərlər; fəqət şeytanlarıyla baş-başa qaldıqlarında, "Sizinlə bərabərik. Biz sadəcə istehza etməkdəyik," deyərlər.
Bəqərə/2:13 Onlara, "Bu insanların iman etdiyi kimi iman edin," deyildiyində, "Beyinsizlərin iman etdiyi kimimi iman edəcəyik?” deyərlər. Gerçək beyinsizlər onlardır, fəqət bilməzlər.
Bəqərə/2:12 Halbuki onlardır əsil fəsad törədənlər; fərqində belə deyillər.
Bəqərə/2:11 Onlara, "Yer üzündə fəsad törətməyin," deyildiyində "Bizlər sadəcə düzəldənlərik," deyərlər.
Bəqərə/2:10 Qəlblərində xəstəlik var. Allah da xəstəliklərini artırar. Yalanları üzündən ağrılı-acılı bir əzaba layiq görülərlər.
Bəqərə/2:9 Allahı və möminləri aldatmaq istəyərlər. Halbuki öz-özlərini aldadırlar. Fərqində belə deyillər.
Bəqərə/2:8 İnsanlardan elə kimsələr var ki, əslində iman etmədikləri halda "Allaha və axirət gününə iman etdik," deyərlər.

Ənfal/8:49 İkiüzlülər və qəlblərində xəstəlik olanlar, "Bunları dinləri aldatmışdır," deyirdilər. Kim Allaha güvənərsə, şübhəsiz Allah Üstündür, Hikmət sahibidir.

Tovbə/9:123 Ey iman edənlər, sizi mühasirəyə alıb, hücum edən kafirlərlə savaşın. Sizdə sərtlik görsünlər. Bilin ki, Allah müttəqilərlə bərabərdir.
Tovbə/9:124 Hər nə zaman bir surə nazil olsa, "Bu, surə hansınızın imanını artırdı?" deyə soruşanlar var. Gerçəkdən iman edənlərin imanını artırmışdır və onlar (hər surənin nazil olmasıyla) sevinib bir-birlərini müjdələyərlər.
Tovbə/9:125 Qəlblərində xəstəlik olanlara gəlincə... Onların da pisliklərinə pislik qatmışdır və onlar kafir olaraq ölərlər.
Tovbə/9:126 Hər il, bir-iki dəfə bəlalarla sınandıqlarını görmürlərmi? Buna rəğmən nə tövbə edirlər, nə də öyüd alırlar.
Tovbə/9:127 Nə zaman bir surə nazil olsa, "Sizi kimsə görürmü?" deyə baxışarlar, sonra da dönüb gedərlər. Anlamaz bir topluluq olduqlarından Allah qəlblərini çevirmişdir.

Nur/24:47 "Allaha və elçiyə iman etdik və itaət etdik," deyərlər. Fəqət sonra, bunun ardından, onlardan bir qrup üz çevirər; bunlar iman etmiş deyildir.
Nur/24:48 Aralarında hökm verməsi üçün Allaha və elçisinə tərəf çağırıldıqları zaman onlardan bir qrupun xoşuna gəlməz.
Nur/24:49 Ancaq qərar onların xeyrinə olarsa, ona könüllü olaraq qaçarlar.
Nur/24:50 Qəlblərində bir xəstəlikmi var? Şübhəmi edirlər? Allahın və elçisinin onlara haqsızlıq edəcəyindənmi qorxmaqdadırlar? Əslində onlar zalımlardır.
Nur/24:51 Aralarında hökm vermək üçün, Allaha və elçisinə tərəf çağırıldıqları zaman iman edənlər yalnızca bunu söyləyərlər: "Eşitdik və tabe olduq." Qazananlar məhz bunlardır.

Əhzab/33:9 Ey iman edənlər, sizə ordular hücum etdiyi zaman, üzərlərinə bir külək və görmədiyiniz orduları göndərən Allahın sizə etdiyi yaxşılığı xatırlayın. Allah etdiyiniz hər şeyi Görəndir.
Əhzab/33:10 Üstünüzdən və altınızdan sizə hücum etmişdilər. Gözlər dönmüşdü (hədəqəsindən çıxmışdı), ürəklər ağızlara gəlmişdi və siz Allah haqqında müxtəlif şübhələr edirdiniz.
Əhzab/33:11 İman edənlər orada sınanmış və şiddətlə sarsılmışdılar.
Əhzab/33:12 İkiüzlülər və qəlblərində xəstəlik olan kimsələr, "Allahın və elçisinin bizə verdiyi söz boş bir xəyaldan başqa bir şey deyilmiş!" deyirdilər.
Əhzab/33:13 Onlardan bir qrup isə, "Yəsrib əhli, artıq dayana bilməzsiniz; geri dönün," deyirdi. Onlardan digər qrup isə, evləri qorunduğu halda, "Evlərimiz mühafizəsiz qaldı," deyərək peyğəmbərdən izin istəyirdilər. Bütün məqsədləri qaçmaq idi.
Əhzab/33:14 Orası işğal edilsə və düşmənə qatılmaları istənsəydi heç tərəddüt etmədən onlara qatılardılar.
Əhzab/33:15 Daha öncə də, arxa çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilmiş hər söz sorğu-sual olunacaqdır.
Əhzab/33:16 De ki, "Ölümdən və ya savaşdan qaçmaq sizə fayda verməyəcək. Qaçsanız da daha çox yaşamayacaqsınız."
Əhzab/33:17 De ki, "Allah sizin üçün bir pislik istəsə və ya bir rəhmət istəsə, Ona qarşı sizi kim qoruyacaq? Onlar Allahdan başqa bir sahib və yardımçı tapa bilməyəcəklər."
Əhzab/33:18 Allah, içinizdən əngəl olanları və qardaşlarına, "Bizə tərəf gəlin", deyənləri bilməkdədir. Onlar nadir hallarda müdafiəyə qatılırlar.
Əhzab/33:19 Sizinlə əlaqələrində çox xəsisdirlər. Təhlükə gəldiyində, üzərinə ölüm halsızlığı çökmüş kimsə kimi gözləri qorxudan dönmüş bir halda sənə baxdıqlarını görərsən. Təhlükə keçincə də, mala-mülkə düşkünlük göstərərək sizi acı (incidici) dilləri ilə incidərlər. Bu cür kimsələr iman etmiş deyillər. Buna görə Allah onların işlərini boşa çıxarar. Bu, Allah üçün asandır.
Əhzab/33:20 Partiyaların (tərəflərin) getmədiyini sanırlar. Partiyalar təkrar gəlsə, özlərinin çöldəki bədəvi Ərəblər arasında olmağı və sizin xəbərlərinizi uzaqdan soruşmağı istəyərdilər. Əgər aranızda olmuş olsaydılar, çox az savaşardılar.

Munafiqun/63:1 İkiüzlülər sənin yanına gəldiklərində, "Sənin Allah elçisi olduğuna şəhadət edərik," deyərlər. Allah sənin Öz elçisi olduğunu bilir və Allah İkiüzlülərin yalan söylədiyinə də şəhadət edər.
Munafiqun/63:2 Andlarını qalxan edərək Allahın yolundan azdırdılar. Etdikləri necə də pisdir.
Munafiqun/63:3 Çünki onlar iman etdikdən sonra inkar etdilər. Buna görə qəlbləri möhürləndi; Onlar anlamazlar.
Munafiqun/63:4 Onları gördüyün zaman, görünüşləri xoşuna gələr. Danışarlarsa, sözlərini dinləyirsən. Onlar, dikəldilmiş kötüklər kimidir. Hər münaqişəni öz əleyhlərinə sanarlar; onlar gerçək düşməndir; onlardan ehtiyat et. Allah onları məhv etsin; necə də çevrilirlər!
Munafiqun/63:5 Onlara, "Gəlin ki, Allahın elçisi sizin üçün bağışlanma diləsin," deyildiyində, başlarını çevirərlər; təkəbbür göstərərək yoldan çıxdıqlarını görərsən.
Munafiqun/63:6 Onlar üçün bağışlanma diləsən də, diləməsən də, eynidir; Allah onları bağışlamayacaqdır. Allah yoldan çıxmış topluluğu doğruya yetişdirməz.
Munafiqun/63:7 Onlar, "Allahın Elçisinin yanında olanlara yardım etməyin ki, dağılıb getsinlər," deyənlərdir. Halbuki göylərin və yerin xəzinələri Allaha aiddir; amma ikiüzlülər qavraya bilməzlər.
Munafiqun/63:8 "Şəhərə dönsək, üstün olanlar alçaqları çıxardacaqdır," deyirlər. Halbuki üstünlük Allaha, elçisinə və iman edənlərə aiddir. Lakin ikiüzlülər bilməzlər.

Maidə/5:60 De: “Allah qatında bundan daha pis bir vəziyyəti sizə bildirimmi? Allah kimə lənət və qəzəb edərək meymunlar, donuzlar, bütpərəstlər halına salmışsa, bax o kimsələr yer baxımından daha pis və doğru yoldan ən çox azmış olanlardır."
Maidə/5:61 Sizə gəldiklərində, "İman etdik!" – dedilər. Halbuki yanınıza inkarlarıyla girib, inkarlarıyla çıxmışdılar. Onların gizlətdiklərini Allah daha yaxşı bilir.
Maidə/5:62 Onların çoxunu günahda, düşmənçilikdə və haram yeməkdə tələsən görərsən. Etdikləri necə də pisdir!

Tovbə/9:54 Yardımlarının qəbul edilməsinə əngəl sadəcə budur: Allahı və elçisini inkar etdilər, namaza ancaq tənbəlliklə yaxınlaşırlar və yardımları da istəksiz edərlər.
Tovbə/9:55 Onların paraları və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünya həyatında cəzalandırmaq və canlarının inkarçı olaraq çıxmasını istəyir.
Tovbə/9:56 Sizinlə həmrəy olduqlarına dair Allaha and içərlər; halbuki sizdən deyillər, onlar ixtilaf (anlaşılmazlıq) yaradan bir topluluqdur.
Tovbə/9:57 Həqiqətən onlar, sığınacaq bir yer, mağaralar yaxud giriləcək bir dəlik tapsaydılar, panika içində oraya yönələrdilər.
Tovbə/9:58 Onların bir qismi, sədəqələrin bölünüb paylanması mövzusunda səni tənqid edir; özlərinə ondan verilincə razı olurlar. Ancaq ondan özlərinə verilməyincə qəzəblənirlər.
Tovbə/9:59 Onlar Allahın və elçisinin onlara verdikləri paya razı olmalı və "Allah bizə yetər. Allah elçisi yoluyla Öz lütfündən bizə verəcəkdir. Biz sadəcə Allahı arzulayırıq," deməliydilər.
Tovbə/9:62 Sizi razı salmaq üçün Allaha and içərlər. Gerçəkdən iman edirlərsə, bilməlidirlər ki, Allah və Elçisi razı edilməyə daha layiqdir.
Tovbə/9:63 Bilmədilərmi ki, kim Allah və elçisinə qarşı gələrsə, içində əbədi qalacağı Cəhənnəmə məhkum olar? Bu böyük bir alçaldılmadır.
Tovbə/9:64 İkiüzlülər, qəlblərindəkini onlara xəbər verəcək bir surənin nazil olmasından çəkinirlər. De ki: "İstehza edin görək, Allah qorxduğunuz şeyi aşkara çıxaracaqdır."
Tovbə/9:65 Onlardan soruşsan, "Biz sadəcə zarafatlaşıb, oynayırdıq," deyərlər. De ki: "Siz, Allah ilə, ayələriylə və elçisiylə istehzamı edirsiniz?!"
Tovbə/9:66 Üzr diləməyin! Siz iman etdikdən sonra inkar etdiniz. Sizdən bir qismini əfv etsək belə, günah işlədikləri üçün bir qismini cəzalandıracağıq.
Tovbə/9:67 İkiüzlü kişilər və ikiüzlü qadınlar bir-birlərindəndir. Onlar pisliyi öyüd-nəsihət edərlər, yaxşılıqdan çəkindirərlər. Əlləri sıxdır. Onlar Allahı unutdular, O da onları unutdu. İkiüzlülər, yaxşıca yoldan çıxanlardır.
Tovbə/9:68 Allah, ikiüzlü kişilərə, ikiüzlü qadınlara və kafirlərə əbədi qalacaqları Cəhənnəm atəşini söz verir. O onlara yetər! Allah onları lənətləmişdir və onlar üçün tükənməz bir əzab vardır.

Ali İmran/3:166 İki ordu qarşılaşdığı gün başınıza gələnlər Allahın izni ilə oldu. İman edənlər beləcə ayırd edilir.
Ali İmran/3:167 İkiüzlülər də beləcə aşkara çıxarılır. Onlara, “Gəlin, Allah yolunda savaşın, ya da yardım edin,”– deyildiyində, onlar, “Savaşdan anlasaydıq sizə qatılardıq,”– dedilər. O an onlar imandan daha çox inkara yaxın idilər. Qəlblərində olmayanı ağızları ilə söyləyirlər. Halbuki Allah onların gizlədiyini çox yaxşı bilir.
Ali İmran/3:168 Onlar oturub, əqrəbaları üçün bunu söylədilər: “Bizə itaət etsəydilər, öldürülməyəcəkdilər.” De ki, “Elə isə ölümü özünüzdən uzaqlaşdırın, doğru sözlü olduğunuzu isbatlayın."
Ali İmran/3:7 O ki sənə bu kitabı nazil etdi. Onun bəzi ayələri açıq anlamlıdır (möhkəm) ki, bunlar kitabın özüdür. Digərləri də bənzər anlamlıdır (mütəşabeh). Qəlblərində xəstəlik olanlar, insanları çaşdırmaq və fərqli anlam vermək üçün bənzər anlamlı olanlarının ardına düşərlər. Onların gerçək anlamını isə kimsə bilməz, ancaq istisnadır Allah və dərin biliyə sahib olanlar "Ona iman etdik, hamısı Rəbbimizin qatındandır", deyərlər. Ağıl və anlayış sahiblərindən başqası öyüd almaz.

Nisa/4:61 Onlara, “Allahın nazil etdiyinə və elçisinə tərəf gəlin!”– dedikdə, o ikiüzlülərin (münafiqlərin) səndən elə hey qaçdıqlarını görürsən.
Nisa/4:62 Etdiklərinin nəticəsi olaraq başlarına bir müsibət gəlsə dərhal sənə gələrək, “Məqsədimiz ancaq yaxşılıq etmək və uzlaşdırmaqdı!”– deyə, Allah adına and içərlər.
Nisa/4:63 Allah onların qəlblərindəkini bilir. Onlara əhəmiyyət vermə, onları aydınlat və özləri barədə onlara təsir göstərə biləcək gözəl sözlər söylə.
Nisa/4:64 Biz hər elçini, Allahın izni ilə, sadəcə ona itaət edilsin deyə göndərdik. Onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan günahlarının bağışlanmasını diləsəydilər və elçi də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın əfv edən və Rəhmli olduğunu görəcəkdilər.
Nisa/4:65 Xeyr! Rəbbinə and olsun ki, ixtilafa düşdüklərində səni aralarında münsif etmədikcə və verdiyin qərarı, qəlblərində bir inciklik duymadan qəbul etmədikcə və tam təslim olmadıqca iman etmiş olmazlar.
Nisa/4:66 “Canınızı fəda edin" yaxud "Yurdlarınızdan çıxın!”– deyə əmr etmiş olsaydıq, çox azı istisna olmaqla bunu etməzdilər. Onlara edilən öyüd-nəsihətə əməl etsəydilər onlar üçün daha yaxşı və daha sağlam olardı.
Nisa/4:88 Sizə nə olur ki, ikiüzlülər haqqında iki qrupa ayrılırsınız? Etdikləri əməllərə görə Allah onları baş aşağı çevirdi. Allahın azdırdığını sizmi doğru yola yetişdirmək istəyirsiniz? Allahın azdırdığı kimsəyə sən heç bir yol tapa bilməzsən.
Nisa/4:89 Sizin də özləri kimi inkar etmənizi istədilər ki, onlarla eyni olasınız. Allah yolunda hərəkətə keçincəyə qədər onlardan kimsəni dost tutmayın. Sizə qarşı olarlarsa onları tutun, onları tapdığınız yerdə öldürün. Onları nə dost, nə də yardımçı tutmayın;
Nisa/4:90 Ancaq sizinlə aralarında müqavilə olan bir topluluğa qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə savaşmaqdan ötrü köksləri sıxıldığına görə sizin yanınıza gələnlər istisnadır... Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə savaşardı. Sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif edərlərsə, Allah sizin onlara hücum etməyinizə izin verməz.
Nisa/4:91 Həm sizinlə, həm də öz camaatıyla güvən içində olmaq istəyən bir başqa qrupla rastlaşacaqsınız. Nə vaxt fəsada çağırılsalar içinə dalarlar. Sizdən aralanıb geri çəkilməz, sülh etmək istəməz və əllərini sizdən çəkməzlərsə qarşılaşdığınız yerdə onları öldürə bilərsiniz. Belələrinə qarşı sizə açıq-aşkar səlahiyyət verdik.
Nisa/4:140 Sizə kitabda bildirmişdir ki: Allahın ayələrinin inkar edilib məsxərəyə qoyulduğunu eşitdiyiniz zaman, onlar başqa bir sözə keçincəyə qədər onlarla birlikdə oturmayın; yoxsa siz də onlar kimi olarsınız. Allah bütün ikiüzlüləri (münafiqləri) və inkar edənləri Cəhənnəmdə toplayacaqdır.
Nisa/4:141 Onlar sizə göz qoyurlar. Allahdan sizə bir zəfər gəldiyində: “Biz sizinlə birlikdə deyildikmi?”– deyərlər. Qazanma sırası inkar edənlərə gələrsə bu səfər, “Biz sizə dəstək olaraq sizi iman edənlərdən qorumadıqmı," - deyərlər. Dirilmə günü, Allah aranızda hökm verəcəkdir. Allah inkar edənlərə, iman edənlər üzərində hakim olma fürsətini verməyəcək.
Nisa/4:142 İkiüzlülər (münafiqlər), Allahı aldatdıqlarını zənn edər. Halbuki O (Allah), onları (beləcə) aldanmış buraxır. Onlar namaza qalxdıqlarında könülsüz qalxar. Çünki özlərini insanlara göstərərlər və Allahı çox az xatırlayarlar.
Nisa/4:143 (Onlar) arada tərəddüd edib qalarlar; nə bunlara, nə də onlara qatılarlar. Allahın çaşdırdığına bir yol tapa bilməzsən.
Nisa/4:144 Ey iman edənlər! İman edənləri buraxıb inkar edənləri dost tutmayın. Allaha, sizə qarşı istifadə edəcəyi bir dəlilmi vermək istəyirsiniz?
Nisa/4:145 İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.
Nisa/4:146 Ancaq tövbə edən, vəziyyətini düzəldən, Allaha sarılan və dinlərini sadəcə Allaha aid edənlər başqa... Bunlar, iman edənlərlə birlikdədir. Allah iman edənlərə daha sonra böyük bir mükafat verəcək.

Tovbə/9:73 Ey Peyğəmbər, kafirlərə və ikiüzlülərə qarşı mücadilə et və onlara qarşı sərt davran. Varacaqları yer cəhənnəmdir. Ora necə də pis bir dönüş yeridir!
Tovbə/9:74 İnkar sözlərini demələrinə və təslim olduqdan sonra inkar etmələrinə rəğmən, onları söyləmədiklərinə dair Allaha and içirlər. Əslində, heç bir zaman yetişə bilməyəcəkləri şey üçün çox səy göstərdilər. Allah və elçisi Onun lütfüylə onları zənginləşdirdikdən sonra öc almağa qalxdılar! Tövbə edərlərsə özləri üçün yaxşı olar. Üz çevirərlərsə, Allah onları dünya və axirətdə ağrılı-acılı bir əzabla cəzalandırar; yer üzündə nə bir dostları, nə də bir yardımçıları olar.
Tovbə/9:75 Hətta bəziləri, "Bizə lütfündən verərsə, paramızı yardım üçün xərcləyəcəyik və dürüst insanlardan olacağıq," deyə Allaha söz verdilər.
Tovbə/9:76 Fəqət, onlara Öz lütfündən verincə, simicləşdilər və üz çevirərək döndülər.
Tovbə/9:77 Allaha verdikləri sözə xilaf çıxdıqları və yalan söylədikləri üçün Onunla qarşılaşacaqları günə qədər qəlblərinə ikiüzlülük saldı.
Tovbə/9:78 Bilmirlərmi ki, Allah onların həm gizlədiklərini, həm də pıçıldadıqlarını bilir və Allah bütün gizliləri biləndir?
Tovbə/9:79 Könüllü olaraq yardım edən iman edənlərin comərdliklərini tənqid ednlər və eyni zamanda çox (bir şey) verə bilməyən yoxsullarla da istehza edənlər ki var, Allah onları alçaldır. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
Tovbə/9:80 İstər onlar üçün bağışlanma dilə, istər bağışlanma diləmə. Onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə Allah onları bağışlamayacaqdır. Çünki onlar Allah və elçisini yalanladılar. Allah yoldan yaxşıca çıxmış cəmiyyətləri doğruya yönəltməz.
Tovbə/9:81 Geridə qalanlar, Allah Elçisinin ardındakı yerlərini bəyəndilər, Allah yolunda paralarıyla, canlarıyla səy göstərməkdən xoşlanmadılar və: "Bu istidə hərəkətə keçməyin," dedilər. "Cəhənnəm atəşi daha istidir," de. Bir anlasaydılar!
Tovbə/9:82 Qazandıqlarına qarşılıq az gülüb çox ağlasınlar.
Tovbə/9:83 Səfərə çıxma mövzusunda onlardan bir qrupun səndən izin istəyəcəkləri bir fürsəti Allah sənə təkrar versə, de: "Mənimlə birlikdə əbədiyyən hərəkata (savaşa) çıxmayacaqsınız və mənimlə birlikdə heç bir düşmənlə savaşmayacaqsınız. Çünki siz, ilk başda oturmağı seçmişdiniz. Elə isə, geri qalanlarla bərabər oturun."
Tovbə/9:84 Onlardan ölən birisi üçün namaz qılma, məzarı başında da durma. Çünki onlar Allaha və elçisinə qarşı gəldilər və yoldan çıxmışlar olaraq öldülər.
Tovbə/9:85 Paraları (pulları) və övladları səni təsirə salmasın. Allah bunlarla, onları dünyada cəzalandırmaq və canlarının inkarçılar olaraq çıxmasını istəyir.
Tovbə/9:86 "Allaha iman edin, elçisi ilə birlikdə cihad edin," deyə bir surə nazil edildiyi zaman, onların güclü və var-dövlət sahibi olanları belə səndən izin istədilər və: "Bizi burax oturanlarla bərabər olaq," dedilər.
Tovbə/9:87 Geridə qalanlarla birlikdə olmağa razı oldular. Nəhayət qəlbləri möhürləndi. Bundan ötrü anlaya bilməzlər.
Tovbə/9:88 Fəqət elçisi və bərabərində olanlar, paralarıyla və canlarıyla cihad etdilər. Bütün yaxşılıqlara onlar layiq görülmüşdür. Qazananlar onlardır.
Tovbə/9:89 Allah onlara əbədi qalacaqları və içindən çaylar axan cənnətlər söz vermişdir. Bu, ən böyük uğurdur.
Tovbə/9:90 Ərəblərdən üzr uyduranlar, izin almaq üçün sənin yanına gəldilər. Allah və elçisinə yalan söyləyənlər beləcə oturdular. İnkarçılarına ağrılı-acılı bir əzab toxunacaqdır.
Tovbə/9:91 Allaha və elçisinə səmimi bağlı olduqları təqdirdə zəiflərə, xəstələrə və yardım üçün verəcək bir şey tapa bilməyənlərə bir eyib yoxdur. Yaxşı davrananlar qınana bilməz. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:92 Eyni şəkildə, onları mindirməyin üçün sənin yanına gəldiklərində, "Sizi mindirəcək bir minik tapa bilmirəm," dediyin və maddi imkansızlıqlarına görə üzüntüdən gözlərindən yaş axaraq geri dönənlər də qınana bilməz.
Tovbə/9:93 Yalnız, zəngin olduqları halda səndən izin istəyənlər qınana bilər. Geridə qalanlarla birlikdə olmağı istədilər, Allah da qəlblərini damğaladı. Bunun üçün bilməzlər.
Tovbə/9:94 (Savaşdan gəlib) onlara döndüyünüzdə sizə üzrlər sayarlar. De ki: "Boşuna üzr saymayın; sizə artıq inanmırıq, Allah durumunuzu bizə bildirmişdir. Allah və elçisi sizin işlərinizi görəcək və sonra da gizlini və açığı Bilənin hüzuruna döndəriləcəksiniz. O etdikləriniz hər şeyi sizə bildirəcəkdir.
Tovbə/9:95 Onlara döndüyünüz zaman, onlardan vaz keçəsiniz deyə Allaha and içərlər. Onlardan vaz keç. Onlar kirlidir. Qazandıqlarına qarşılıq, yerləri cəhənnəmdir.
Tovbə/9:96 Onlardan razı olasınız deyə and içirlər. Onlardan razı olsanız belə, Allah yoldan çıxmış camaatlardan razı olmaz.
Tovbə/9:97 Ərəblər inkar etməkdə və ikiüzlülükdə ən həddi aşanlardır. Allahın elçisinə nazil etdiyini tanımamağa da ən yaxındırlar. Allah Biləndir, Hikmət sahibidir.
Tovbə/9:98 Bəzi Ərəblər, yardımlarını bir itki və marağsız görülən iş sayar və sizin üçün fəlakətlər gözləyirlər. Ən pis fəlakətlər onlar üçündür. Allah Eşidəndir, Biləndir.
Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:100 Köç edənlərin (mühacir) və yardımçıların (ənsar) öncülərindən və onları gözəlcə izləyənlərdən Allah razı olmuşdur, onlar da Ondan razı olmuşdurlar. Onlara içlərində çaylar axan və əbədi qalacaqları cənnətlər hazırlamışdır. Bax böyük zəfər budur.
Tovbə/9:101 İstər çevrənizdən və istərsə də şəhər camaatından olan Ərəblərdən bəziləri ikiüzlüdür. İkiüzlülükdə həyasızlaşmışdırlar. Sən onları bilməzsən, Biz onları bilirik. Onları ikiqat əzabla cəzalandıracağıq və sonra da böyük bir əzaba uğradılacaqlar.
Tovbə/9:102 Digərləri isə günahlarını etiraf etdilər, yaxşı işlərlə pis işləri bir-birinə qarışdırdılar. Ümid edilir ki, Allah onları əfv etsin. Allah Bağışlayandır, Rəhmlidir.
Tovbə/9:103 Onları təmizləmək və ucaltmaq üçün paralarından bir sədəqə al və onları təşviq et / dəstəklə, çünki sənin dəstəyin onları məmnun edər. Allah Eşidəndir, Biləndir.
Tovbə/9:41 İstər yüngül, istərsə də ağır olaraq savaşa çıxın. Paralarınızla və canlarınızla Allah yolunda cihad edin! Bu sizin üçün daha yaxşıdır, bir bilsəydiniz.
Tovbə/9:42 Yaxın bir mənfəət və orta məsafədə bir yolçuluq (səfər) olsaydı, səni izləyəcəkdilər; ancaq çətinlik onlara ağır gəldi. Allaha and içəcəklər: "Gücümüz yetsəydi, sizinlə birlikdə çıxacaqdıq." Beləcə özlərini məhv edirlər. Allah onların yalançı olduqlarını bilir.
Tovbə/9:43 Allah səni əfv etdi: Doğrular və yalançılar sənə bəlli olmadan öncə nə üçün onlara izin verdin?
Tovbə/9:44 Allaha və Axirət gününə iman edənlər, paralarıyla və canlarıyla səy göstərməkdən (qaçmaq üçün) səndən izin istəməzlər. Allah müttəqiləri layiqincə tanıyır.
Tovbə/9:45 Ancaq Allaha və Axirət gününə iman etməyənlər səndən izin istəyər. Qəlbləri şübhə ilə doludur. Onlar şübhələri içində çaşbaş qalmaqdadırlar.
Tovbə/9:46 Savaşa çıxmaq istəsəydilər, onun üçün bir hazırlıq edərdilər. Fəqət Allah onların qatılmalarını istəmədi və onları ürəksiz və istəksiz etdi. Onlara, "Oturanlarla birlikdə oturun," deyildi.
Tovbə/9:47 Sizinlə çıxsaydılar, sizə yalnız qarışıqlıq qatardılar, aranıza fitnə və mübahisə salardılar. İçinizdə də onları dinləyənlər var. Allah zalımları çox yaxşı Bilir.
Tovbə/9:48 Daha öncə də qarışıqlıq çıxarmağı arzulamışdılar və sənə qarşı işlər/intriqalar çevirmişdilər. Nəhayət gerçək gəldi və Allahın qanunu, onlara rəğmən hakim oldu.
Tovbə/9:49 Onlardan bəziləri: "Mənə izin ver, məni sıxıntıya salma," deyir. Onlar, onsuz da, bu davranışlarıyla sıxıntının içinə düşmüşlər; halbuki cəhənnəm artıq kafirləri əhatə etmişdir.
Tovbə/9:50 Sənə bir yaxşılıq toxunsa onları üzər, sənə bir pislik toxunsa, "Biz öncədən tədbir almışdıq," deyərlər və sevinc içində dönüb gedərlər.
Tovbə/9:51 De ki: "Allahın bizim üçün yazdığından başqası bizə toxunmaz. Odur bizim mövlamız, sahibimiz. İman edənlər, Allaha güvənsinlər."

Fəth/48:2 (Ona görə) ki Allah, keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın və səni doğru yola yönəltsin.
Fəth/48:4 O inanclarına inanc qatmaq üçün iman edənlərin qəlbinə hüzur endirəndir. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Hikmət Sahibidir.
Fəth/48:5 Və iman edən kişilərlə, iman edən qadınları, içindən çaylar axan cənnətərə əbədi qalmaq üzrə daxil etsin və onların günahlarını örtsün. Əlbəttə bu, Allah qatında böyük bir uğurdur.
Fəth/48:6 Və Allah haqqında pis düşüncələr bəsləyən ikiüzlü kişilərlə ikiüzlü qadınları və bütpərəst kişilərlə bütpərəst qadınları cəzalandırsın. Pislikləri əks təsir göstərəcəkdir. Allah onlara qəzəblənmiş, onları lənətləmiş və onlar üçün cəhənnəmi hazırlamışdır. Orası necə də pis bir dönüş yeridir.
Fəth/48:7 Göylərin və yerin orduları Allaha aiddir. Allah Üstündür, Hikmət Sahibidir.
Fəth/48:8 Biz səni bir şahid, bir müjdəçi və bir xəbərdar edici olaraq göndərdik.
Fəth/48:9 (Ona görə) ki, siz insanlar, Allaha və elçisinə iman edəsiniz və Ona hörmət göstərəsiniz, Onu dinləyəsiniz və səhər-axşam Onu Ucaldasınız.
Fəth/48:10 Sənə bağlılıq sözü verənlər (beyət edənlər), Allaha bağlılıq sözü vermişdirlər. Allahın əli onların əlləri üzərindədir. Kim sözünü pozarsa, öz əleyhinə pozmuş olar. Allaha verdiyi sözü yerinə gətirənə isə böyük bir mükafat verəcəyik.
Fəth/48:11 Ərəblərdən geridə qalanlar, "Paralarımız (pullarımız) və ailə-uşaqlarımız bizə mane oldu, bizim üçün bağışlanma dilə," deyəcəklər. Onlar qəlblərində olmayanı, dilləri ilə söyləyirlər. De ki, "Sizin üçün bir zərər və ya fayda diləyərsə, Allahın bu diləyinə kim əngəl ola bilər?" Halbuki Allah bütün etdiklərinizdən xəbərdardır.
Fəth/48:12 Əslində siz, elçinin və iman edənlərin əbədi olaraq ailələrinə dönməyəcəklərini sandınız və bu düşüncə könlünüzə xoş gəlmişdi. Pis xəyallar qururdunuz və axırda bayağı bir topluluq oldunuz.
Fəth/48:13 Kim Allaha və elçisinə iman etməzsə, Biz inkarçılar üçün bir atəş hazırlamışıq.
Fəth/48:14 Göylərin və yerin hökmranlığı Allaha aiddir. İstəyəni bağışlayar və istəyəni də cəzalandırar. Allah Bağışlayandır, Rəhmlidir.
Fəth/48:15 Savaşdan geri qalmış olanlar, siz qənimətləri almaq üçün getdiyinizdə, "Qoyun biz də sizinlə gələk," deyəcəklər. Onlar Allahın sözünü dəyişdirmək istəyirlər. De ki, "Siz bizi izləməyəcəksiniz. Bu Allahın öncədən almış olduğu qərardır." Bunun üzərinə onlar, "Siz əslində bizə həsəd aparırsınız," deyəcəklər. Doğrusu, onlar çox az söz anlayırlar.
Fəth/48:16 Ərəblərdən geri qalanlara de ki: "Siz çox güclü bir topluluğa qarşı çağırılacaqsınız. Onlar təslim olana qədər onlarla savaşacaqsınız. İtaət etsəniz Allah sizə gözəl bir mükafat verər. Daha öncə üz çevirdiyiniz kimi üz çevirsəniz, sizi ağrılı-acılı bir əzab ilə cəzalandırar.
Fəth/48:17 Kora bir çətinlik yoxdur, iflicə bir çətinlik yoxdur, xəstəyə də bir çətinlik yoxdur. Kim Allaha və elçisinə tabe olarsa, O onu içindən çaylar axan cənnətlərə daxil edər. Kim üz çevirərsə, onu da ağrılı-acılı bir formada cəzalandırar.

Həşr/59:11 İkiüzlü davrananlara diqqət etmədinmi? Kitab əhlindən inkarçı olan yoldaşlarına, "Çıxardılsanız, biz də sizinlə birlikdə çıxacağıq və sizin əleyhinizə heç bir kimsəyə itaət etməyəcəyik. Sizinlə savaşılarsa, mütləq sizi dəstəkləyəcəyik," deməkdədirlər. Allah onların yalançı olduğuna şahidlik edər.
Həşr/59:12 Doğrusu, onlar çıxarılsalar, onlarla birlikdə çıxmazlar. Onlarla savaşılarsa, onları dəstəkləməzlər. Dəstəkləsələr belə arxalarını dönüb qaçarlar, sonra yardım görməzlər.
Həşr/59:13 Qəlblərinə, Allahdan daha çox siz qorxu salırsınız. Çünki onlar anlayışsız bir topluluqdur.
Həşr/59:14 Onlar, yaxşı qorunmuş şəhərlərdə və ya divarların ardında olmaları xaricində bir araya gəlib sizinlə savaşmazlar. Aralarındakı münaqişələri çətindir (şiddətlidir). Onları birlik (halında) sanarsan, halbuki qəlbləri dağınıqdır. Çünki onlar, ağıllarını işlətməyən bir topluluqdur.
Həşr/59:15 Özlərindən qısa bir müddət öncə keçmiş olanlara bənzəyirlər. Onlar, işlədiklərinin qarşılığını dadmışlar və ağrılı-acılı bir əzaba layiq görülmüşlər.
Həşr/59:16 Onlar eyni şeytan kimidir: İnsana, "İnkar et," deyər. Sonra o inkar edincə də, "Mənim səninlə bir əlaqəm yoxdur. Mən, aləmlərin Rəbbi Allahdan qorxuram," deyər.
Həşr/59:17 Hər ikisi də əbədi qalacaqları atəşdə qaldılar. Zalımların cəzası bax belədir.

Hədid/57:13 O gün, ikiüzlü kişilər və qadınlar iman edənlərə, "Bizə baxın ki, sizin nurunuzdan alaq," deyəcəklər. Onlara, "Geriyə dönün ki, nur axtarın," deyilər. Aralarına, iç tərəfdəki mərhəmətlə, çöl tərəfdəki əzabı ayıran qapılı bir əngəl qoyulacaqdır.
Hədid/57:14 "Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.

Əhzab/33:1 Ey Peyğəmbər! Allaha diqqət et, inkar edənlərə və ikiüzlülərə uyma. Allah Biləndir, Hikmət Sahibidir.
Əhzab/33:72 Biz öhdəliyi (sınanmağı) göylərə, yerə və dağlara təqdim etmişdik, onlar onu yüklənməkdən çəkinmişlər və qəbul etməmişdilər. Ancaq onu insan yükləndi (boynuna götürdü); o zalım və cahil olmuşdu.
Əhzab/33:73 Beləcə, Allah ikiüzlü kişiləri və qadınları, ortaq qoşan kişiləri və qadınları cəzalandırar və Allaha iman edən kişilərin və qadınların tövbələrini qəbul edər. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:7 O ki sənə bu kitabı nazil etdi. Onun bəzi ayələri açıq anlamlıdır (möhkəm) ki, bunlar kitabın özüdür. Digərləri də bənzər anlamlıdır (mütəşabeh). Qəlblərində xəstəlik olanlar, insanları çaşdırmaq və fərqli anlam vermək üçün bənzər anlamlı olanlarının ardına düşərlər. Onların gerçək anlamını isə kimsə bilməz, ancaq istisnadır Allah və dərin biliyə sahib olanlar "Ona iman etdik, hamısı Rəbbimizin qatındandır", deyərlər. Ağıl və anlayış sahiblərindən başqası öyüd almaz.

Tovbə/9:102 Digərləri isə günahlarını etiraf etdilər, yaxşı işlərlə pis işləri bir-birinə qarışdırdılar. Ümid edilir ki, Allah onları əfv etsin. Allah Bağışlayandır, Rəhmlidir.