Əraf - 7:57 O, rəhmətinin bir ön müjdəsi olaraq küləkləri göndərəndir. Toplanıb yükləndikdən sonra ağır buludları ölü bir torpağa tərəf sürərik. Onunla su endirər və onunla hər növ məhsulu çıxararıq. Ölüləri də bu cür çıxararıq. Bəlkə bundan bir öyüd alarsınız.
Dirilmə Günü:
İbrahim/14:48 Yerin başqa bir yer ilə, göylərin də başqa göylərlə dəyişdirildiyi, hər kəsin Tək və Ən Uca olan Allahın hüzuruna gətirildiyi gün...
İbrahim/14:49 O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.

Ənbiya/21:104 O gün göyü sənədlərin büküldüyü kimi qatlayar. Yaradılışın ilk vəziyyətini necə başlatmışıqsa ona çevirərik. Üzərimizə söz; Biz mütləq gerçəkləşdirərik.

Nəbə/78:18 Sura üfürüldüyü gün, hamınız dəstə-dəstə gələrsiniz.

Mursəlat/77:38 Bu, Qərar Günüdür. Sizi və öncəkiləri toplamışıq.

Nəml/27:87 Boruya üfürüləcəyi gün, göylərdə və yerdə olan hər kəs, Allahın istədikləri xaric qorxuya düşəcəklər. Hamısı Ona boyun bükərək gələrlər.

Kəhf/18:47 Dağları silib götürdüyümüz və yeri çılpaq buraxdığımız gün onları toplayarıq; bir dənəsini belə buraxmadan.
Kəhf/18:48 Və sıra ilə Rəbbinə gətirilərlər. Bizə, ilk əvvəl sizi necə yaratdıqsa elə gəlirsiniz. Halbuki, belə bir toplantını gerçəkləşdirməyəcəyimizi iddia edirdiniz.
Kəhf/18:49 Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.

Zumər/39:68 Boruya üfürülən kimi göylərdə və yerdə kim varsa, Allahın istədikləri xaric, özlərindən gedib bayılarlar. Sonra ona təkrar üflənər, onlar da ayağa qalxıb baxışarlar.
Zumər/39:69 Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
Zumər/39:70 Hər kəsə etdiyinin qarşılığı tam olaraq verilər. O, onların etdiyi hər şeyi ən yaxşı biləndir.
Zumər/39:71 İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Zumər/39:72 "Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.
Zumər/39:73 Rəblərinə ehtiram edib dinləyənlər isə dəstə-dəstə cənnətə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə sülh olsun; qazandınız. Haydı, təməlli qalmaq üçün oraya daxil olun," deyərlər.
Zumər/39:74 "Bizə verdiyi sözü gerçəkləşdirən, yeri bizə miras buraxan və cənnətdə istədiyimiz yerdə sakin olmağımızı təmin edən Allaha təriflər olsun", deyərlər. Çalışanların (səy göstərənlərin) ücrəti necə də gözəlmiş!
Zumər/39:75 Mələkləri, yönətim (idarəetmə) mərkəzinin ətrafını əhatə etdiyi halda, Rəblərini tərifləyərək ucaltdıqlarını görərsən. Aralarında gerçəyə görə hökm verilmişdir və "Tərif aləmlərin Rəbbi Allahadır," deyilir.

Qiyamə/75:10 O gün insan oğlu, "Qaçacaq yer haradadır?" deyər.
Qiyamə/75:13 O gün insana, edib-etmədiyi hər şey xəbər verilər.

Məaric/70:11 Bir-birlərinə göstərilərlər. Günahkar, o günün əzabından qurtulmaq üçün fidyə vermək istəyər: Oğullarını,
Məaric/70:14 Və yer üzündə olan hər kəsi ki, qurtulsun.

Nəhl/16:111 O gün hər kəs gələr özünü qurtarmağa çalışar və hər kəsə etdiyinin qarşılığı tam ödənər və onlara əsla zülm edilməz.

Əbəsə/80:37 O gün hər kəsin özünə yetəcək işi vardır.
Əbəsə/80:42 Bax onlar inkar edənlərdir, yoldan çıxanlardır.

İsra/17:71 Hər bir xalqı öndərləriylə birlikdə çağırdığımız gün, kitabı sağından verilənlər kitablarını oxuyarlar və ən xırda bir haqsızlığa məruz qalmazlar.

Zəlzələ/99:6 O gün, insanlar etdikləri özlərinə göstərilsin deyə dəstə-dəstə çıxıb gələrlər.

Haqqə/69:14 Yer və dağlar qaldırılıb bir-birinə çırpılıb darmadağın edildiyi zaman,
Haqqə/69:16 Göy yarılmışdır, parçalanmışdır.
Haqqə/69:17 Mələklər hər yandadır. Rəbbinin hökmranlığı o gün səkkiz (aləm) üzərində hakim olacaqdır.
Haqqə/69:18 O gün ortaya çıxarılarsınız və heç bir şeyiniz gizli qalmaz.
Haqqə/69:19 Kitabı sağından verilən, "Alın kitabımı oxuyun," deyər,
Haqqə/69:24 Keçmiş günlərinizdə etdiyiniz işlərdən ötrü nuşcanlıqla yeyin, için.
Haqqə/69:25 Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,

Qaf/50:20 Boruya üfürülmüşdür. Bu, söz verilən gündür.
Qaf/50:21 Hər can yanında bir sürücü və bir şahid ilə gələr.
Qaf/50:22 Sən tamamilə bundan qafil (xəbərsiz) idin. İndi Biz pərdəni qaldırdıq; bu gün gözün polad kimi itidir.
Qaf/50:23 Yanındakı yoldaşı, "Bu yanımdakı hazırdır" deyər.
Qaf/50:24 Haydı ikiniz atın cəhənnəmə hər inadçı kafiri,
Qaf/50:26 O ki, Allah ilə birlikdə başqa tanrı qəbul etdi. Onu o çətin (şiddətli) cəzanın içinə atın.

Muminun/23:101 Boruya üfürüləcəyi gün artıq aralarında əqrəbalıq yoxdur və bir-birləri ilə də marağlana bilməzlər.

Rum/30:25 Göyün və yerin Onun əmri ilə ayaqda durması da Onun ayələrindəndir. Sonra sizi yerdən bir tək çağırışla çağırdığı vaxt siz çıxacaqsınız.

Qamər/54:6 Onlara əhəmiyyət vermə; Çağırıcının, görülməmiş və tanınmamış bir şeyə çağıracağı gün,
Qamər/54:7 Gözləri zillət içində məzarlardan çıxarlar; eyni səpələnib yayılmış çəyirtkələr kimi...
Qamər/54:8 Çağırıcıya doğru qaçarlarkən, inkar edənlər, "Bu çətin bir gündür," deyərlər.

Məaric/70:42 Burax onları, onlara söz verilən gün ilə qarşı-qarşıya gəlincəyə qədər dalsınlar, oynayıb-əylənsinlər.
Məaric/70:43 O gün, məzarlarından tez-tələsik çıxarlar; Qurban daşına sürüklənirlərmiş kimi...
Məaric/70:44 Gözləri dönmüş, özlərini utanc bürümüş olaraq. Bax bu, onlara söz verilmiş olan gündür.

Saffat/37:16 "Biz ölüb, torpaq və sümük olduqdan sonra dirildiləcəyik, eləmi?"
Saffat/37:19 O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20 "Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21 Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
Saffat/37:22 Zalımları toplayın. Həmtaylarını və,
Saffat/37:23 Allahdan başqa qulluq/xidmət etdiklərini... Onlara cəhənnəmin yolunu göstərin.

Ğafir/40:32 "Xalqım, sizin üçün Toplanma Günündən qorxuram."
Ğafir/40:33 "O gün arxanızı çevirib qaçacaqsınız; ancaq sizi Allahdan qoruyacaq olan yoxdur. Allahın yoldan çıxartdığına yol göstərən tapılmaz."

Hicr/15:43 "Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44 "Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."

Fussilət/41:19 Allahın düşmənlərinin atəşə sürüklənərək topladılacaqları gün...
Fussilət/41:20 Nəhayət, oraya yetişdiklərində, onların eşitmə, görmə orqanları və dəriləri etdikləri haqqında şahidlik edər.
Fussilət/41:21 Dərilərinə, "Nə üçün bizə qarşı şahidlik etdiniz?" deyə soruşarlar. Onlar da, "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk yaradan Odur və məhz Ona döndərilirsiniz," deyərlər.
Fussilət/41:22 Nə eşitmə və görmə orqanlarınızın, nə də dərilərinizin əleyhinizdəki şahidliyini gizləməyə gücünüz yetməz. Buna rəğmən siz etdiklərinizin çoxunu Allahın bilməyəcəyini sanırdınız.

Nur/24:24 O gün ki, dilləri, əlləri və ayaqları onların etdikləri hər şeyə şahidlik edəcəklər.

Ya sin/36:65 O gün ağızlarına möhür vurarıq, sonra da Bizimlə əlləri danışar və etdiklərinə də ayaqları şahidlik edər.

Nəbə/78:38 Gün gələcək Ruh və mələklər cərgə-cərgə durarlar. Rəhmanın izin verdiklərindən başqa heç kimsə danışa bilməz. Onlar da doğrunu söyləyərlər.

Mutaffifin/83:15 Doğrusu, o gün onlar Rəblərindən pərdələnər.

Fəcr/89:21 Doğrusu, yer toqquşub paralandığı zaman,
Fəcr/89:22 Rəbbin, sıralanmış mələklərlə birlikdə gəldiyi zaman,
Fəcr/89:23 (Ona görə) ki, cəhənnəm də o gün gətirilmişdir. Bax o gün insan anlayacaqdır. Artıq anlamanın ona nə faydası var ki!

Ya sin/36:48 Eyni zamanda, "Doğru sözlüsünüzsə, o söz nə zaman gerçəkləşəcək?" deyə meydan oxuyurlar.
Ya sin/36:49 Höcətləşərlərkən onları yaxalayacaq tək bir partlamanı gözləməkdədirlər.
Ya sin/36:50 Nə bir vəsiyyət buraxmağa vaxt tapa bilərlər, nə də ailələrinin yanına dönə bilərlər.
Ya sin/36:51 Boruya üfürülən kimi, onlar məzarlarından qalxıb Rəblərinə qaçacaqlar.
Ya sin/36:52 "Vay halımıza, yatdığımız yerdən bizi kim qaldırdı? Bu, Rəhmanın söz verdiyi şeydi. Demək elçilər doğru söyləmişdi," deyərlər.
Ya sin/36:53 Sadəcə bir partlama... Dərhal hüzurumuza toplanıb gətirilərlər.

Məryəm/19:68 Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69 Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70 Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Məryəm/19:71 İçinizdən oraya gəlməyəcək (olan) yoxdur; bu, Rəbbinin gerçəkləşdirəcəyi qəti bir qərardır.
Məryəm/19:72 Sonra, müttəqiləri qurtaracağıq. Zalımları isə orada diz üstə buraxacağıq.

Casiyə/45:28 Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29 "Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."

Məryəm/19:86 Və günahkarları, susuz olaraq cəhənnəmə sürüklədiyimiz gün,
Məryəm/19:85 Müttəqiləri, Rəhmanın hüzurunda qonaq qrupları halında (hörmətli qonaqlar kimi) toplayacağımız...

Ənam/6:38 Qanadlarıyla uçan quşlar daxil, Yer üzündəki bütün yaradılmışlar (məxluqat) sizin kimi bir cəmiyyətdir. Biz kitabda heç bir şeyi əskik buraxmadıq. Sonra onlar (bütün məxluqat) Rəblərinin hüzuruna toplanacaq.

Zuxruf/43:67 Müttəqilərdən başqa, o gün yaxın dostlar bir-birlərinə düşmən kəsiləcək.

Ali İmran/3:9 "Rəbbimiz, gerçəkləşməsinə şübhə olmayan gündə insanları toplayacaq olan Sənsən." Allah sözündən dönməz.

Ta ha/20:102 Boruya üfürüləcəyi gün, günahkarları o gün göyərmiş (kədərdən üzlərinin bozarmış) olaraq toplayarıq.
Ta ha/20:103 Aralarında gizli-gizli danışırlar, "Siz (dünyada) sadəcə on qaldınız."
Ta ha/20:104 Onların nə danışdığını yaxşı bilirik. Ən doğru fikir irəli sürənləri, "Siz sadəcə bir gün qaldınız," deyirdi.
Ta ha/20:105 Səndən dağları soruşarlar. De ki, "Rəbbim onları ovxalayıb sovuracaq."
Ta ha/20:107 "Orada nə xırda bir əyrilik, nə də kiçik bir təpə görəcəksən."
Ta ha/20:108 O gün, ən xırda bir sapma göstərmədən çağırana tabe olarlar. Səslər Rəhmanın hüzurunda kəsilmişdir; pıçıltıdan başqa bir şey eşidə bilməzsən.
Ta ha/20:109 O gün Rəhmanın izin verdiyi və sözünü uyğun gördüyü kimsədən başqasının şəfaəti (vasitəçiliyi) fayda verməz.
Ta ha/20:110 Heç kimsə Onu (Allahın zatını) bilgi baxımından qavraya bilməzkən, O onların keçmişini də, gələcəyini də bilir.
Ta ha/20:111 Bütün üzlər O Yaşayan, Əbədi İdarəçiyə tərəf çevrilmişdir. Zülm yüklənənlər ziyana uğrayacaqdır.
Ta ha/20:112 İnanclı olduğu halda müttəqi davrananlar heç bir haqsızlıqdan və çətinlikdən qorxmayacaqdır.

Ali İmran/3:158 Ölsəniz də, öldürülsəniz də, Allahın hüzuruna çıxarılacaqsınız.

Mutaffifin/83:4 Onlar diriləcəklərini heç güman etmirlər?
Mutaffifin/83:6 O gün insanlar aləmlərin Rəbbinin hüzurunda durarlar.

Bəqərə/2:28 Allahı necə inkar edərsiniz? Siz ölülər idiniz O sizi diriltdi. Sonra sizi öldürər və təkrar dirildər və sonunda Ona döndərilərsiniz.

Səcdə/32:11 De ki, "Üzərinizə görəvləndirilən ölüm mələyi canınızı alacaq və sonra Rəbbinizə döndəriləcəksiniz."

İsra/17:97 Allah kimə yol göstərərsə o şəxs doğrunu tapmışdır. Kimi də azdırarsa, onlar üçün Ondan başqa bir qoruyucu da tapa bilməzsən. Dirilmə günü də onları kor, lal və kar olaraq, heç bir etiraz dinləmədən toplayarıq. Cəhənnəmdir yerləri. Soyuduqca alovlarını artırarıq.

Ta ha/20:124 "Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
Ta ha/20:126 (Allah) deyər ki: "Çünki sənə ayələrimiz və möcüzələrimiz gəldiyində, sən onları unutdun. Bu gün də sən unudulursan!"

Yunus/10:45 Onları topladığımız gün, sanki gündüzdən bir saat qədər (dünyada) qalmışlar kimi bir-birlərini tanıyarlar. Allah ilə qarşılaşmanı yalanlayanlar ziyana uğrayanlardır. Doğrunu da tapa bilməyənlərdir.

Kəhf/18:99 O gün onları buraxarıq. Dalğalar halında bir-birlərinə girərlər. Boruya üfürülər; hamısını bir araya toplayarıq.

Rahmən/55:31 Ey məsuliyyət sahibi olan iki topluluq, sizi əlbəttə sorğu-suala çəkəcəyik.

Ənam/6:73 Göyləri və yeri yaradan Odur. "Ol," dediyi gün dərhal olar. Sözü mütləq doğrudur. Boruya üfürüldüyü gün hökmranlıq bütünüylə Onundur. Gizli və aşkar olanı Biləndir. O, Hikmət sahibidir, Xəbərdardır.

Hud/11:103 Axirət əzabından qorxanlar üçün bunda bir dərs vardır. İnsanların toplandığı bir gündür o. Şahid olunan bir gündür o
Hud/11:104 Onu ancaq müəyyən bir müddət üçün təxirə salırıq.
Hud/11:105 O gün gəldiyi zaman, heç kimsə Onun izni olmadan danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxtdir.
Hud/11:106 Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107 Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.
Hud/11:108 Xoşbəxtlər isə, göylər və yer durduğu müddətcə cənnətdə qalacaqlar. Rəbbin istəyərsə başqa. Tükənməz bir mükafatdır bu.

Ənam/6:128 Hamısını sürüyüb topladığı gün: "Ey cin topluluğu! Siz insanlardan bir çoxunu istifadə etdiniz." Onların insanlardan olan dostları: "Rəbbimiz, Bizə verdiyin müddətin sonuna yetişincəyə qədər bir-birimizdən xoşlandıq," deyərlər. "Yeriniz atəşdir," deyər. Allahın diləməsi xaric, orada əbədi qalacaqlar." Rəbbin Hikmət sahibidir, Biləndir.
Ənam/6:129 Zalımları beləcə qoşalaşdıraraq bir-birinin dostları edərik. Etdikləri əməllərə görə...
Ənam/6:130 Ey cin və insan topluluğu, sizə, ayələrimi anlatan və bu günlə qarşılaşmağınız haqqında sizə içinizdən xəbərdarlıq edən elçilər gəlmədimi? "Öz əleyhimizə şahidik," dedilər. Dünya həyatı onları aldatdı və inkarçı olduqlarına dair özləri öz əleyhlərində şahidlik etdilər.

Rum/30:12 Saatın gerçəkləşdiyi gün günahkarlar şok olarlar.
Rum/30:13 Qoşduqları ortaqlarından da onlara şəfaət edən heç bir kimsə çıxmaz; ortaqlarını inkar edərlər.
Rum/30:14 Saatın gerçəkləşdiyi gün qruplara ayrılarlar.

Vaqiə/56:8 Xoşbəxtlər nə qədər də xoşbəxtdirlər!
Vaqiə/56:9 Bədbəxtlər nə qədər də bədbəxtdirlər!

İsra/17:13 Hər insanın qədərini öz boynuna (şəxsi seçiminə) bağlamışıq. Dirilmə günündə, onun üçün bir qeyd (yazı) çıxarıb yayımlayarıq.
İsra/17:14 Qeydini (yazını) oxu! Bu gün hesab çəkən olaraq sən özünə kifayətsən.

Ənbiya/21:47 Dirilmə günü üçün ədalət tərəziləri qurarıq. Kimsəyə heç bir haqsızlıq edilməz. Xardal dənəsi qədər bir ağırlığı belə hesaba qatacağıq. Biz, Hesab Çəkən olaraq yetərik.

Loğman/31:28 Hamınızın yaradılışı və dirilməsi bir tək nəfərinki kimidir. Allah Dinləyəndir, Görəndir.