Əraf - 7:7
Onlara bir bilgi ilə bildirəcəyik; Biz onlardan heç uzaq olmadıq.
Allah bütün həyatımızı qeyd edər və dirilmə günü bizə göstərər:
Kəhf/18:49
Kitab ortaya qoyulmuşdur. Günahkarların onun içindəkilərdən qorxuya qapıldığını və "Vay olsun bizə, məgər bu kitab kiçik, böyük heç bir şeyi buraxmayıb hesaba almışdır," dediklərini görərsən. Etdikləri hər şeyi önlərində hazır görmüşdürlər. Rəbbin heç kimsəyə haqsızlıq etməz.
Casiyə/45:28
Hər camaatı diz çökmüş halda görərsən. Hər camaat öz kitabına çağrılar: "Bu gün sizə, etdiklərinizin qarşılığı ödənəcəkdir."
Casiyə/45:29
"Bu kitabımız sizə qarşı gerçəyi söyləməkdədir. Çünki biz, etdiklərinizi qeyd edirdik."
İsra/17:13
Hər insanın qədərini öz boynuna (şəxsi seçiminə) bağlamışıq. Dirilmə günündə, onun üçün bir qeyd (yazı) çıxarıb yayımlayarıq.
İsra/17:14
Qeydini (yazını) oxu! Bu gün hesab çəkən olaraq sən özünə kifayətsən.
Haqqə/69:19
Kitabı sağından verilən, "Alın kitabımı oxuyun," deyər,
Haqqə/69:20
"Hesabımla qarşılaşacağıma iman edirdim."
Ənbiya/21:94
Kim inanclı olaraq müttəqi işlər görərsə, onun bu cəhdi boşa getməyəcəkdir; Biz sürəkli olaraq qeyd etməkdəyik.
Furqan/25:22
Mələkləri gördükləri gün, günahkarlar üçün ürəkaçan bir gün olmayacaqdır. "Tamamilə mühasirəyə alındıq," deyərlər.
Furqan/25:23
Etdikləri işlərə baxar və onları tamamilə təsirsiz hala gətirərik.
Fussilət/41:21
Dərilərinə, "Nə üçün bizə qarşı şahidlik etdiniz?" deyə soruşarlar. Onlar da, "Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk yaradan Odur və məhz Ona döndərilirsiniz," deyərlər.
Fussilət/41:22
Nə eşitmə və görmə orqanlarınızın, nə də dərilərinizin əleyhinizdəki şahidliyini gizləməyə gücünüz yetməz. Buna rəğmən siz etdiklərinizin çoxunu Allahın bilməyəcəyini sanırdınız.
Zuxruf/43:80
Yoxsa, sirlərini və gizli planlarını eşitmədiyimizimi sanırlar? Doğrusu, yanlarındakı elçilərimiz qeyd etməkdədirlər (yazmaqdadırlar).
Qaf/50:17
Sağında və solunda iki alıcı mələk oturub qeyd etməkdədirlər (yazmaqdadırlar).
Qaf/50:18
Yanında gözətçi şahidlər olmadan ağzından bir söz çıxmaz.
Ənam/6:59
Gizli şeylərin (Qeybin) açarı Onun əlindədir, Ondan başqası onları bilməz. Quruda və dənizdə nə varsa onları bilir. Biliyi xaricində bir yarpaq belə düşməz. Yerin qaranlığında bir toxum, yaş və ya quru heç bir şey yoxdur ki, açıq-aşkar bir kitabda qeyd edilməsin.
Qamər/54:52
Bütün etdikləri kitablarda qeyd edilmişdir (yazılıdır).
Qamər/54:53
Kiçik və böyük hamısı yazılmışdır.
Hədid/57:22
Yer üzündə və aranızda olan heç bir şey yoxdur ki, Biz onu yaratmadan öncə bir kitabda qeyd edilmiş (yazılmış) olmasın. Bu, şübhəsiz Allah üçün çox asandır.
Mucadilə/58:7
Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini anlamırsınız? Üç nəfər gizli danışsa, mütləq O onların dördüncüsüdür. Beş nəfər olsalar, mütləq O onların altıncısıdır. İstər bundan az və ya çox və harada olursa olsunlar, O onlarla bərabərdir. Sonra dirilmə günündə onlara etdiklərini xəbər verər. Allah hər şeyi Biləndir.
Nəbə/78:40
Biz, sizə yaxın bir əzab ilə xəbərdarlıq etmişik. O gün insan etdiklərinə baxar və inkar edən isə, "Kaş ki, torpaq olsaydım!" deyər.
Təkvir/81:10
Qeyd edilənlər (yazılar) yayımlandığı zaman,
İnfitar/82:10
Halbuki üstünüzdə qoruyucular vardır.
İnfitar/82:11
Onlar şərəfli qeyd edənlərdir (yazanlardır).
İnfitar/82:12
Etdiklərinizi bilirlər.
Zəlzələ/99:6
O gün, insanlar etdikləri özlərinə göstərilsin deyə dəstə-dəstə çıxıb gələrlər.