Zumər - 39:10 De ki, "Ey iman edən qullar, Rəbbinizə ehtiram edin. Bu dünya həyatında gözəl davrananlara gözəllik vardır. Allahın yeri genişdir. Gerçək uğrunda müqavimət göstərənlərin ücrəti hesabsız olaraq veriləcəkdir.
İman edənlərdə olması lazım olan bəzi vəsflər:
Bəqərə/2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.

Sad/38:44 "İndi əlinə bir dəyənək alıb yola çıx. Andını pozma." Onu səbrli gördük. Nə yaxşı bir qul! Sürəkli yönəlirdi.

Bəqərə/2:3 O kəslər ki, duyğularıyla hiss edə bilmədikləri gerçəklərə də inanarlar, namazı (səlatı) qoruyarlar, onlara verdiyimiz ruzidən möhtaclara verərlər;

Ali İmran/3:135 O kəslər ki, bir günah işlədikləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı xatırlayar və günahları üçün bağışlanma diləyərlər, – Onsuzda Allahdan başqa kim günahları bağışlaya bilər ki? – və onlar bilə-bilə günah işləməyə davam etməz.
Ali İmran/3:173 Onlar ki, insanlar onlara, “Camaat sizə qarşı birləşib hərəkətə keçmiş; qorxun onlardan,”– dediklərində, bu onların ancaq imanını daha da artırar və belə deyərlər: “Bizə Allah yetər; O nə gözəl Qoruyucudur!”

Rad/13:28 Onlar ki, iman edirlər və qəlbləri Allahı xatırlamaqla hüzur tapır. Biləsiniz ki, qəlblər Allahı xatırlamaqla rahatlaşır.

Həcc/22:35 Onlar elə kimsələrdir ki, Allahdan bəhs edildiyində ürəkləri ürpərir. Başlarına gələnə səbr edərlər, namazı qoruyarlar və onlara verdiyimiz ruzidən yardım üçün xərcləyərlər.
Həcc/22:40 Onlar (o kəslər) ki, yalnızca, "Rəbbimiz Allahdır" dedikləri üçün haqsız yerə ölkələrindən çıxarıldılar. Allah insanların bəzisini, bəzisinə qarşı müdafiə etməsəydi, içərilərində Allahın isminin daha çox xatırlandığı monastır, kilsələr, sinaqoqlar və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, əlbəttə yardım edəcəkdir. Allah əlbəttə Güclüdür, Üstündür.
Həcc/22:41 Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.

Nəml/27:3 Onlar (o kəslər) ki, namazı qoruyurlar, zəkatı verirlər və axirət mövzusunda da şübhələri yoxdur.

Məaric/70:23 Onlar ki, namazlarını diqqətdən yayındırmazlar;

Maidə/5:54 Ey iman edənlər! Kim dinindən dönərsə bunu bilsin: Allah sevdiyi bir camaatı gətirər; onlar da Onu sevər. İman edənlərə qarşı təvazökar, kafirlərə qarşı güclü və sərtdirlər. Allah yolunda cihad edərlər, qınayanın qınamasından çəkinməzlər. Bu, Allahın lütfüdür; onu istədiyinə verir. Allah Comərddir, Biləndir.

Bəqərə/2:165 Allahdan başqasını tanrı qəbul edən və Allahı sevər kimi onları sevən kimsələr var. İman edənlər isə ən çox Allahı sevər. O zülm edənlər, əzabı gördükləri zaman bütün gücün Allaha aid və Allahın əzabının çətin olduğunu anlayacaqlarını bir bilsəydilər!

Şura/42:37 Onlar ki, böyük günahlardan, çirkin işlərdən çəkinirlər və qəzəbləndikləri zaman bağışlayarlar.

Ənfal/8:2 İman edənlər elə kimsələrdir ki, Allah xatırlandığında ürəkləri titrəyər, Onun ayələri onlara oxunduğunda imanları artar və Rəblərinə güvənərlər.
Ənfal/8:3 Onlar ki, namazı qoruyarlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.
Ənfal/8:4 Belələri gerçək iman edənlərdir. Onlar üçün Rəbləri yanında dərəcələr, bağışlanma və tükənməz ruzi vardır.
Ənfal/8:74 İman edənlər, Allah yolunda köç (hicrət) edib səy göstərənlər və onlara sığınacaq verib yardım edənlər, bax bunlar gerçək iman edənlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.

Ənbiya/21:49 O kəslər ki, kimsə onları görməzkən belə Rəblərinə ehtiram edərlər və Saatın dəhşətini hiss edərlər.

Şura/42:39 Haqsızlığa məruz qaldıqlarında özlərini müdafiə edirlər.

Tovbə/9:119 Ey iman edənlər, Allahı dinləyin və doğrularla bərabər olun.

Hucurat/49:15 İman edənlər onlardır ki, Allaha və elçisinə iman etdilər, sonra şübhəyə düşmədilər və Allah yolunda paraları (pulları) və canları ilə mücadilə etdilər. Onlar doğru olanlardır.

Muminun/23:2 Həqiqətən onlar namazlarında ehtiramlıdırlar.
Muminun/23:6 Ancaq zövcələri yəni andlarının/müqavilələrinin haqq sahibi olduqları xaric. Onlar qınanmazlar.
Muminun/23:7 Kim bundan başqasını axtararsa, həddi aşmış olar.
Muminun/23:8 Onlar (o kəslər) ki, onlara əmanət edilən şeylərə diqqət edərlər. Verdikləri sözləri də yerinə yetirirlər.
Muminun/23:9 Onlar ki, namazlarını müntəzəm olaraq qoruyurlar.

Nur/24:55 Allah, iman edib müttəqi davrananlarınızı, onlardan öncəkiləri hakim etdiyi kimi onları da hakim edəcəyinə, onlar üçün seçdiyi dini bərqərar edəcəyinə və qorxularını güvənə çevirəcəyinə (dair) söz vermişdir. Çünki onlar Mənə qulluq edərlər və Mənə heç bir şeyi ortaq qoşmazlar. Bundan sonra inkar edənlər, yoldan çıxmış olanlardır.

Muminun/23:61 Məhz onlar, yaxşılıqlarda yarışanlardır; və onlar yaxşılıq etməkdə öncüdürlər.

Şuəra/26:227 Ancaq iman edənlər, müttəqi davrananlar, Allahı çox xatırlayanlar və haqsızlığa qarşı mücadilə edənlər istisnadır. Zalımlar, necə bir çevriliş ilə devriləcəklərini biləcəklər.

Zumər/39:18 O kəslər ki, sözü dinləyərlər və ən gözəlinə tabe olarlar. Onlar, Allahın yol göstərdiyi kimsələrdir. Onlar ağıl sahibləridir.

Ali İmran/3:16 Onlar ki: “Rəbbimiz, biz iman etdik, günahlarımızı bağışla və bizi cəhənnəm əzabından qoru!”– deyərlər.

Səcdə/32:16 Yataqlarından qalxıb qorxaraq və ümid edərək Rəblərinə yalvararlar. Onlara verdiyimiz nemətlərdən də verərlər.

Tovbə/9:112 Onlar: Tövbə edən, qulluq edən, həmd edən, aktiv, əyilən, səcdə edən, yaxşılığı müdafiə edən, pislikdən çəkindirən və Allahın qayda-qanunlarını qoruyan insanlardır. İman edənləri müjdələ.
Tovbə/9:99 Ərəblərdən, Allaha və axirət gününə iman edənlər də vardır. Xərclədiklərini isə Allaha yaxınlaşdıracaq bir vəsilə və elçiyə dəstək sayarlar. Gerçəkdən o, onlar üçün bir yaxınlaşma vəsiləsidir. Allah onları rəhmətinə daxil edəcəkdir. Allah Bağışlayandır, Rəhmlidir.

Bəqərə/2:285 Elçi, Rəbbindən ona nazil edilənə iman etdi, iman edənlər də... Hamısı, Allaha, mələklərinə, kitablarına və elçilərinə iman edirlər: "Elçilərinin arasında heç bir fərq qoymarıq.” Deyərlər ki: "Eşitdik və tabe olduq. Rəbbimiz bizi bağışla; dönüş Sənədir."
Bəqərə/2:153 Ey iman edənlər! Çətinliklərə qarşı səbr və namaz ilə yardım diləyin. Əlbəttə Allah səbr edənlərlə bərabərdir.
Bəqərə/2:208 Ey iman edənlər! Tamamilə təslim olun. Şeytanın addımlarını izləməyin; çünki o sizin açıq-aşkar düşməninizdir.

Əhzab/33:22 İman edənlər, partiyaları (müttəfiqləri) [hücuma hazır] görüncə, "Bax bu, Allahın və elçisinin bizə söz verdiyidir. Allah və elçisi doğru söyləmişdir," dedilər. Bu (təhlükəli vəziyyət), onların ancaq inanclarını və təslimiyyətlərini gücləndirdi.
Əhzab/33:23 İman edənlərdən elə kimsələr var ki, Allaha vermiş olduqları sözü gerçəkləşdirmişdirlər. Onlardan kimisi əhdini yerinə yetirdi (şəhid oldu), kimisi də hazır gözləyir. Heç vaxt qərarsızlığa düşmədilər.

Nur/24:62 Gerçək iman edənlər, Allaha və elçisinə iman edən və ictimai bir problem üçün onunla bərabər ikən ondan izinsiz tərk etməyənlərdir. Səndən izin istəyənlər, Allaha və elçisinə iman edənlərdir. Bəzi işləri üçün səndən izin istədikləri vaxt, istədiyinə izin verə bilərsən. Onlar üçün Allahdan bağışlanma dilə. Allah Bağışlayandır, Rəhmlidir.

Ali İmran/3:199 Kitablıların elələri var ki, Allaha, sizə nazil edilənə, özlərinə nazil edilənə iman edirlər, Allaha qarşı dərin hörmətə sahibdirlər. Allahın ayələrini az bir dəyərə satmazlar. Onların mükafatları Rəblərinin yanındadır. Allah haqq-hesabı tez çəkəndir.

Bəqərə/2:104 Ey iman edənlər! “Raina (Bizə çobanlıq et),”– deməyin; “Unzurna (Bizə nəzər yetir)”– deyin və (Allahın əmrini) dinləyin! İnkarçılar üçün ağrılı-acılı bir əzab var.
Bəqərə/2:172 Ey iman edənlər! Sizə verdiyimiz ruzilərin yaxşılarından yeyin. Allaha şükür edin, sadəcə Ona qulluq/xidmət edirsinizsə.
Bəqərə/2:183 Ey iman edənlər! Sizdən öncəkilərə oruc vacib edildiyi kimi, çəkinməyiniz üçün sizə də vacib edildi.

Əraf/7:201 Müttəqilərə hər nə zaman şeytandan qaranlıq bir təklif yetişsə, dərhal xatırlayarlar. Beləcə dərhal görərlər.

Ali İmran/3:134 O müttəqilər ki, bolluq və darlıqda yardım üçün para (pul) xərcləyərlər. Öfkələrini kontrol edərlər, insanların qüsurlarını görməməzlikdən gələrlər. Allah yaxşılıq edənləri sevər.

Bəqərə/2:156 Ona görə ki, onlara bir müsibət gəldiyində: “Biz, Allaha aidik və Ona dönəcəyik," – deyərlər.

Şura/42:38 Onlar, Rəblərinin çağırışına qarşılıq verirlər, namazı qoruyurlar, işlərini aralarında məsləhətləşmə yolu ilə qərarlaşdırarlar və onlara verdiyimiz ruzilərdən yardım üçün verərlər.

Həcc/22:41 Onlar (o kəslər) ki, onları yer üzünə yönəticilər etdiyimiz zaman, namazı qoruyar, zəkatı verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Son qərar Allaha aiddir.

Zəriyət/51:19 Paralarında (pullarında), istəyənlər və yoxsullar üçün bir pay vardı.

İsra/17:23 Rəbbin, yalnız Ona qulluq etmənizi və anaya-ataya qarşı yaxşı davranmanızı əmr etdi. Onlardan biri və ya ikisi yanında yaşlanarsa, onlara: "Uf!" belə demə və onları acılama. Onlarla gözəl bir şəkildə danış.

Bəqərə/2:168 Ey insanlar! Yerin halal və təmiz məhsullarından yeyin, şeytanın addım izləri ilə getməyin; o, sizə açıq-aydın düşməndir.

Ənam/6:52 Səhər-axşam Rəblərinə yalvarıb sadəcə Onun razılığını arzulayanları qovma. Onların hesabından sən məsul deyilsən. Sənin hesabından da onlar məsul deyil. Onları qovsan zalım olarsan.

Furqan/25:63 Rəhmanın qulları elə kimsələrdir ki, yer üzündə təvazökarlıqla gəzərlər. Cahillər onlara xoşagəlməz bir söz atınca da barış təklif edərlər.
Furqan/25:64 Gecənin yalnızlığında Rəblərinə səcdə edib düşünərlər.
Furqan/25:65 Və onlar belə deyərlər, "Rəbbimiz, Cəhənnəm cəzasını bizdən uzaqlaşdır. Onun cəzası qorxuncdur."
Furqan/25:67 Onlar verərkən israfçılıq və xəsislik etməz, ikisi arasında yerli-yerində xərcləyərlər.
Furqan/25:68 Onlar, Allah ilə birlikdə başqa tanrılar çağırmazlar; Allahın qadağan etdiyi canı haqsız yerə öldürməzlər və zina etməzlər. Bunları işləyən, günahların hesabını ödəyər.
Furqan/25:72 Onlar yalan (yerə) şahidçilik etməzlər. Boş sözlərlə qarşılaşdıqlarında əhəmiyyət verməyib keçərlər.
Furqan/25:73 Onlara Rəblərinin ayələri xatırladıldığı zaman, onlara qarşı kar və kor (kimi) davranmazlar.
Furqan/25:74 Onlar (o kəslər) ki, "Rəbbimiz, zövcələrimizi, uşaqlarımızı bizim üçün bir xoşbəxtçilik qaynağı et və bizi öndə gedən müttəqilərdən et," deyərlər.

Bəqərə/2:136 “Allaha, bizə nazil edilənə, İbrahim, İsmail, İshaq, Yəqub və nəvələrinə nazil edilənlərə, Musaya, İsaya verilənə, və bütün peyğəmbərlərə Rəbbi tərəfindən verilənlərə iman etdik. Onların heç biri arasında fərq qoymarıq. Biz sadəcə Ona təslim olanlarıq,” - deyin.

Ənam/6:108 Allahdan başqa yalvardıqlarına söyməyin ki, onlar da həddi aşıb cəhalət üzündən Allahı söyməsinlər. Biz hər topluluğa etdikləri işi bu cür süslü göstərdik. Axırda dönüşləri Rəblərinədir və onlara etdiklərini xəbər verər.

Ali İmran/3:28 İman edənlər, iman edənləri buraxıb inkar edənləri dost seçməsinlər. Kim bunu edərsə Allah ilə bir əlaqəsi qalmaz. Ancaq onlardan qorxma halınız başqa... Allah Özü haqqında sizə xəbərdarlıq edir. Dönüş Allahadır.

Fəth/48:29 Allahın Elçisi Muhəmməd və bərabərində olanlar inkar edənlərə qarşı sərt və öz aralarında isə mərhəmətlidirlər. Onları, əyilib səcdə edərək Allahdan lütf və razılıq diləyərkən görərsən. Üzlərində səcdələrin izləri vardır. Bu, onların Tövratdakı vəsfləridir. İncildəki vəsfləri isə, tumurcuğunu çıxarıb gücləndirmiş və qalınlaşıb gövdəsi üzərinə qalxaraq əkinçiləri sevindirən bitki kimidir. O, onlarla inkar edənləri öfkələndirir. Allah, onlardan iman edib müttəqi davrananlara bağışlanma və böyük bir mükafat söz vermişdir.

Bəqərə/2:177 Üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz yaxşılıq deyil. Yaxşılar o kimsələrdir ki, Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə iman edirlər; əqrəbalara, yetimlərə, möhtaclara, yolda qalmışlara, dilənənlərə və kölələri azadlığa qovuşdurmaq üçün sevərək para (pul) yardımı edirlər, namazı qoruyur, zəkatı verir, söz verdiklərində sözlərində dururlar, çətinliyə, sıxıntıya və zülmə qarşı müqavimət göstərirlər. Bax doğru olanlar onlardır, Müttəqi olanlar da onlardır.

İnsan/76:7 Onlar sözlərini yerinə yetirərlər və olduqca pis olan bir gündən qorxarlar.

Maidə/5:8 Ey iman edənlər! Allah üçün ədaləti qoruyaraq şahidlik edin. Bir topluluğa olan kininiz sizi ədalətli davranmaqdan yayındırmasın. Ədalətli davranmaq daha ərdəmlidir. Allahı dinləyin. Allah etdiklərinizi xəbər alır.
Maidə/5:87 Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı şeyləri haram etməyin. Həddi aşmayın. Allah həddi aşanları sevməz.

Rad/13:20 Onlar ki, Allaha verdikləri sözü yerinə yetirirlər və sözləşməni pozmazlar.
Rad/13:21 Onlar ki, Allahın birləşdirməsini əmr etdiyi şeyi birləşdirirlər, Rəblərinə hörmət edərlər və pis haqq-hesabdan qorxarlar.
Rad/13:22 Və onlar ki, müqavimət göstərərlər, sadəcə Rəblərinin razılığını qazanmaq üçün, namazı qoruyarlar, onlara verdiyimiz ruzilərdən gizli və aşkar yardım üçün xərcləyərlər və pisliyi yaxşılıq ilə dəf edərlər. Son dayanacağa onlar layiqdirlər.

Səcdə/32:15 Ayə və möcüzələrimizə gerçəkdən iman edənlər, onları eşitdikləri zaman səcdəyə vararlar və təkəbbür göstərmədən Rəblərini ucaldarlar.

Munafiqun/63:9 Ey iman edənlər, paralarınız (pullarınız) və övladlarınız sizi Allahı xatırlamaqdan yayındırmasın! Belə davrananlar ziyana uğrayanlardır.

Saff/61:2 Ey iman edənlər, nə üçün etmədiyiniz və ya etməyəcəyiniz şeyləri söyləyirsiniz?
Saff/61:3 Etmədiyiniz şeyi söyləməyiniz, Allah qatında ən sevilməyən davranışlardandır.

Qasas/28:55 Boş sözləri eşitdiklərində ondan üz çevirərlər və "Bizim işimiz bizə, sizin işiniz sizə. Sizə salam (sülh) olsun! Biz cahillərlə məşğul olmaq  istəmirik!" deyərlər.

Bəqərə/2:46 Çünki onlar, Rəblərinə qovuşacaqlarına və Ona dönəcəklərinə iman edirlər.

Nisa/4:76 İman edənlər Allah yolunda savaşırlar. Kafirlər isə azğınların və despotların yolunda savaşırlar. Elə isə şeytanın dostlarıyla savaşın; şeytanın planı zəifdir.

Nur/24:37 Kəslər vardır. Onları, Allahı xatırlamaqdan, namazı qorumaqdan və zəkatı verməkdən nə bir iş, nə də bir ticarət yayındırmaz. Onlar, qəlblərin və gözlərin tərs dönəcəyi gündən qorxarlar.

Ali İmran/3:191 O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayarlar. Göylərin və yerin quruluşu və yaradılışı haqqında düşünərlər: “Rəbbimiz, Sən bunları boş yerə yaratmadın, Sən ucasan, bizi atəş əzabından qoru!"

Həşr/59:9 Onlardan öncə yurd və inanca sahib olanlar, onlara hicrət edənləri sevərlər və verdiklərindən ötrü içlərində bir narahatçılıq hiss etməzlər. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən öndə tutarlar. Doğrusu, nəfslərinin xudbinliyindən qorunanlar qurtulanlardır.

Bəqərə/2:273 (Yardımı), Allah yolundakı çalışmasından ötrü sərbəstlikləri məhdudlaşdırılaraq, köç etmə imkanından məhrum edilmiş ehtiyac sahiblərinə verin. Onları tanımayanlar, qürürlü rəftarlarına görə onları zəngin sanır. Onları üzlərindən tanıyarsan. İnsanlardan yardım dilənməzlər. Etdiyiniz hər yaxşılığı Allah bilir.

Hucurat/49:10 İman edənlər qardaşdırlar. Qardaşlarınızın arasını düzəldin. Allaha hörmət edin ki, sizə mərhəmət edilsin.
Hucurat/49:11 Ey iman edənlər, bir topluluq digər bir topluluğu məsxərəyə qoymasın, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları məsxərəyə qoymasınlar, bəlkə onlar özlərindən daha yaxşıdırlar. Bir-birinizdə ayıb axtarmayın və bir-birinizi alçaldıcı kəlmələrlə çağırmayın. İnancdan sonra yoldan çıxmaq necə də pis bir isimdir. Kim tövbə etməzsə, onlar zalımlardır.
Hucurat/49:12 Ey iman edənlər, zənnə-gümana qapılmaqdan tamamilə çəkinin. Çünki zənnin bir qismi günahdır. Bir-birinizin gizli şeylərini araşdırmayın və bir-birinizin qeybətini qırmayın. Ölü qardaşınızın ətini yeməkdən xoşlanırsınız? Əlbəttə ondan iyrənirsiniz. Allahı dinləyin. Allah tövbələri qəbul edəndir, Rəhmlidir.
Hucurat/49:13 Ey insanlar, sizi bir kişi ilə bir qadından yaratdıq və bir-birinizi tanıya bilməniz üçün sizi irqlərə və qəbilələrə ayırdıq. Allah yanında sizin ən dəyərliniz, ən müttəqi olanınızdır. Allah Biləndir, Xəbərdardır.
Hucurat/49:14 Ərəblər, "iman etdik," dedilər. De ki, "Siz iman etmədiniz, fəqət inanc qəlbinizə girincəyə qədər, 'təslim olduq' deyin. Allaha və elçisinə tabe olsanız, etdiklərinizdən heç bir şeyi əskiltməz. Allah Bağışlayandır, Rəhmlidir!"

İnsan/76:8 Yoxsula, yetimə və dustağa sevdikləri yeməkləri yedirərlər.
İnsan/76:9 "Biz sizi Allah rizası üçün yediririk. Sizdən nə bir qarşılıq, nə də bir təşəkkür gözləmirik."

Leyl/92:19 Heç kimsədən də buna qarşılıq bir yaxşılıq gözləməz.
Leyl/92:20 Sadəcə Ən Uca olan Rəbbinin rizasını qoruyur.

Bələd/90:17 Üstəlik, bir-birlərinə səbr və sevgini tövsiyə edən iman edənlərdən olmaqdır.

Təhrim/66:8 Ey iman edənlər, Allaha ürəkdən tövbə edin ki, Rəbbiniz pisliklərinizi örtsün və altından çaylar axan cənnətlərə daxil etsin. Allah, o gün peyğəmbəri və bərabərində olanları utandırmaz. Nurları, önlərindən sağ yanlarına doğru yayılar və, "Rəbbimiz, bizim üçün nurumuzu tamamla və bizi bağışla; Sən hər şeyə Gücü Yetənsən," deyərlər.

Ali İmran/3:200 Ey iman edənlər! Uğur qazanmaq üçün çətinliklərə qarşı tək-tək müqavimət göstərin, toplu halda müqavimət göstərin, birlik (halında) olun və Allahı dinləyin.

Nisa/4:59 Ey iman edənlər! Allaha itaət edin, Elçisinə itaət edin; sizdən görəv başında olanlara da. Hər hansısa bir mövzuda ixtilafa düşsəniz onu Allaha və elçisinə həvalə edin. Allaha və axirət gününə iman edirsinizsə... Bu, sizin üçün daha yaxşı və ən gözəl həll yoludur.

Nur/24:30 İman edənlərə, gözlərini çəkindirmələrini (qadınlara gözünü dikib baxmamalarını) və iffətlərini qorumalarını bildir. Bu onlar üçün daha təmiz bir davranışdır. Əlbəttə Allah etdiklərindən xəbərdardır.
Nur/24:31 İman edən qadınlara da söylə, gözlərini çəkindirsinlər, iffətlərini qorusunlar və açıqda olmalı olan yerləri xaric, cazibəli yerlərini göstərməsinlər. Örtüklərini sinələrinin üzərinə bağlasınlar. Vücudlarının cazibəli yerlərini kimsəyə göstərməsinlər; ancaq ərləri, ataları, ərlərinin ataları, oğulları, ərlərinin oğullar, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, digər qadınlar, cinsi ehtirasa sahib olmayan kişi xidmətçilər və işçilər və qadınların cinsi yönlərini hələ anlamayan uşaqlar xaric. Gizlədikləri cazibəli yerlərini sərgiləmək/bildirmək üçün ayaqlarını yerə vurmasınlar. Ey iman edənlər, hamınız birlikdə Allaha yönəlin ki, müvəffəq olasınız.

Mucadilə/58:9 Ey iman edənlər, gizli görüşdüyünüz vaxt günah, düşmənçilik və elçiyə üsyan üçün danışmayın; yaxşılıq və müttəqilik üçün danışın. Hüzuruna toplanacağınız Allahı dinləyin.

Nisa/4:144 Ey iman edənlər! İman edənləri buraxıb inkar edənləri dost tutmayın. Allaha, sizə qarşı istifadə edəcəyi bir dəlilmi vermək istəyirsiniz?

Maidə/5:35 Ey iman edənlər! Allahı dinləyin, Ona yetişmək üçün yol axtarın və Onun yolunda cihad edin ki, müvəffəqiyyətə nail olasınız.
Maidə/5:90 Ey iman edənlər! Sərxoş edici maddələr, qumar, müqəddəs daş və ziyarətgahlar, şans oyunları şeytan əməli olan bir pislikdir. Bunlardan çəkinin ki, qurtulasınız.

Bəqərə/2:42 Bilə-bilə gerçəyi yanlış ilə qarışdırmayın və gerçəyi gizləməyin.
Bəqərə/2:152 Məni xatırlayın ki, Mən də sizi xatırlayım. Mənə təşəkkür edin; nankorluq etməyin.
Bəqərə/2:188 Paralarınızı (pullarınızı) öz aranızda haqsız yollarla yeməyin. İnsanların parasını (pulunu) haqsız yerə yemək məqsədi ilə bilə-bilə məmurlara/yönəticilərə rüşvət verməyin.
Bəqərə/2:188 Paralarınızı (pullarınızı) öz aranızda haqsız yollarla yeməyin. İnsanların parasını (pulunu) haqsız yerə yemək məqsədi ilə bilə-bilə məmurlara/yönəticilərə rüşvət verməyin.
Bəqərə/2:221 Ortaq qoşan qadınlar iman etmədikcə onlarla evlənməyin. İman edən bir xidmətçi qadın, ortaq qoşan bir qadından daha xeyirlidir; ondan xoşunuz gəlsə belə. Ortaq qoşan kişilərlə, iman edincəyə qədər qızlarınızı evləndirməyin. İman edən bir xidmətçi kişi ortaq qoşandan daha xeyirlidir, xoşunuz gəlsə belə... Onlar, atəşə çağırır. Allah isə cənnətə və bağışlanmağa çağırır və öyüd almaları üçün ayələrini insanlara açıqlayır.
Bəqərə/2:224 İnsanlar arasında yaxşı, müttəqi və dürüst görünmək üçün Allahı andlarınıza alət etməyin. Allah Eşidir, Bilir!

Ali İmran/3:130 Ey iman edənlər! Faizi (sələmi, ribanı) qatbəqat artırılmış olaraq yeməyin. Müvəffəqiyyətə nail olmaq üçün Allahı dinləyin.
Ali İmran/3:118 Ey iman edənlər! Sizə pislik etməkdən geri çəkilməyən, sizin sıxıntıya düşməyinizi istəyən kimsələri sirdaş qəbul etməyin. Ağızlarından kin və nifrət tökülür. Kökslərində gizlətdikləri isə daha böyükdür. Sizə ayələri açıqladıq; düşünürsünüzsə,

Nisa/4:2 Yetimlərin mallarını özlərinə verin və təmiz olanı pis olanla dəyişməyin. Mallarını öz mallarınıza qatıb yeməyin. Bu böyük bir ədalətsizlik olar.
Nisa/4:22 Atanızın evlənmiş olduğu qadınlarla artıq evlənməyin. Fəqət keçmişdə etdiyiniz bu tip evlilikləri də pozmayın. O davranış böyük bir günahdır, iyrənc və pis bir yoldur.
Nisa/4:29 Ey iman edənlər! Bir-birinizin malını qarşılıqlı razılıqla edilən ticarətlə də olsa haqsızlıq və hiylə ilə yeməyin. Bir-birinizi öldürməyin. Allah sizə qarşı Rəhmlidir.
Nisa/4:32 Allahın hər birinizə bağışladığı bacarığa tamah salmayın. Kişilərə qazandıqlarından bir pay, qadınlara da qazandıqlarından bir pay var. Allahdan sizə lütfünü bağışlamasını istəyin. Allah hər şeyi Bilir.
Nisa/4:94 Ey iman edənlər! Allah yolunda mücadiləyə çıxdığınız zaman diqqətli olun. Sizə barış təklif edənə, dünya həyatının keçici mənfəətini güdərək "Sən iman etmirsən", deməyin. Çünki Allahın yanında çox qənimətlər var. Lap əvvəllər siz də onlar kimi idiniz; fəqət Allah sizə lütf etdi. Elə isə yaxşıca araşdırıb əmin olun. Allah etdiklərinizdən Xəbərdardır.

Maidə/5:2 Ey iman edənlər! Nə Allahın qoyduğu dini ayinlərə, nə müqəddəs aya, nə qurbana, nə onları işarətləyən çələnglərə, nə də Rəblərinin lütf və rizasını axtarmaq üçün Müqəddəs evə doğru yola çıxanlara hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Müqəddəs Məsciddən (Kəbədən) çevirən bir topluluğa olan kininizə görə təxribata yönəlib hücum etməyin. Yaxşılıq etməkdə və müttəqi davranmaqda yardımlaşın. Pislik və düşmənçilikdə yardımlaşmayın. Allahı dinləyin. Allahın cəzası çətindir.
Maidə/5:57 Ey iman edənlər! Sizdən öncəki Kitab əhli və inkarçılar arasında dininizi ələ salıb və əyləncə hesab edənləri dost qəbul etməyin. İman etmişsinizsə, Allahı dinləməlisiniz.
Maidə/5:87 Ey iman edənlər! Allahın sizə halal etdiyi yaxşı şeyləri haram etməyin. Həddi aşmayın. Allah həddi aşanları sevməz.

Ənam/6:121 Üzərində Allahın adı xatırlanmayanlardan yeməyin. Çünki o, yoldan çıxmaqdır. Şeytanlar, sizinlə mübahisə etmələri üçün dostlarına vəhy edər. Onlara tabe olsanız, siz də ortaq qoşmuş olarsınız.

Əraf/7:3 Rəbbinizdən sizə nazil ediləni izləyin. Ondan başqalarını dost seçərək izləməyin. Nə qədər də az öyüd alırsınız!
Əraf/7:85 Mədyənə də qardaşları Şueybi göndərdik. Dedi ki: "Ey xalqım, Allaha qulluq edin. Ondan başqa tanrınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Ölçü və çəkini tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin. Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. İman edirsinizsə bunlar sizin üçün daha xeyirlidir."

Tovbə/9:23 Ey iman edənlər, inkar etməyi iman etməkdən üstün tutduqları təqdirdə ana-atalarınızı və qardaşlarınızı dost seçməyin. Kim onları dost seçərsə onlar zalımlardır.

Yunus/10:89 Dedi ki: "İkinizin duası qəbul edilmişdir. Doğru olun və bilməyənlərin yolunu izləməyin."

Hud/11:85 "Ey xalqım, ölçünü və çəkini ədalətlə tam yerinə yetirin. İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."

Zumər/39:53 Onlara bildir: "Özlərinə qarşı həddi aşan  qullarım, Allahın rəhmətindən ümid kəsməyin. Allah bütün günahları əfv edəndir. O, Bağışlayandır, Rəhmlidir."

Nəhl/16:116 Dillərinizin yalan yerə dəyərləndirməsindən ötrü "Bu halaldır, bu haramdır," deməyin!" Beləcə Allaha yalan isnad edirsiniz. Allaha yalan isnad edənlər uğur qazana bilməzlər.

İsra/17:2 Eyni şəkildə, Musaya Kitabı vermişdik. İsrail oğullarını bu gerçəyə yönəltmək üçün: "Məndən başqa bir sahib qəbul etməyin."
İsra/17:31 Fəqirlik qorxusuyla uşaqlarınızı öldürməyin. Sizi də, onları da biz ruziləndiririk. Onları öldürmək, böyük bir günahdır.
İsra/17:33 Allahın, qutlu hesab etdiyi canı haqsız yerə öldürməyin. Kim haqsızlığa uğrayaraq öldürülərsə, onun mirasçılarına səlahiyyət vermişik. İntiqam hissiylə öldürmədə həddi aşmasın; çünki ona yardım edilmişdir.

Ənbiya/21:37 İnsan tələsən (hövsələsiz) yaradılmışdır. Sizə ayələrimi (işarətlərimi) göstərəcəyəm; tələsməyin.

Nur/24:4 Evli qadınları günahlandırdıqdan sonra dörd şahid gətirə bilməyənlərə səksən qamçı vurun və onların şahidçiliyini əbədi olaraq qəbul etməyin. Onlar yoldan çıxmış kimsələrdir.

Şura/42:13 Daha öncə Nuha buyurduğu dini, sizə qanun olaraq müəyyən etdik. Sənə vəhy etdiyimiz kimi, İbrahimə, Musaya və İsaya da öyüd-nəsihət elədik: "Bu dini doğru tutun və onda ayrılığa (ixtilafa) düşməyin." Fəqət onları çağırdığın şey, ortaq qoşanlara ağır gəlməkdədir. Allah istəyəni özünə seçər və Özünə yönələni doğruya yetişdirər.

Zəriyət/51:51 Allah ilə birlikdə başqa tanrı qəbul etmə. Mən, Onun tərəfindən sizə göndərilmiş bir xəbərdar ediciyəm.

Mumtəhənə/60:13 Ey iman edənlər, Allahın qəzəbləndiyi bir topluluğu dost seçməyin. İnkar edənlər, məzardakılardan necə ümid kəsmişlərsə, onlar da axirətdən elə ümid kəsmişdirlər.

Bəqərə/2:190 Sizinlə savaşanlarla Allah yolunda savaşın. Təcavüzkar olmayın. Allah təcavüzkarları sevməz.
Bəqərə/2:195 Allah yolunda xərcləyin, öz-özünüzü zərərə salmayın. Yaxşılıq edin. Allah yaxşılıq edənləri sevər.
Bəqərə/2:197 Həcc, bilinən aylarda yerinə yetirilməlidir. Kim o aylarda həccə qərar vermişsə, bilsin ki, həcdə cinsi əlaqə, pislik etmək, mübahisə etmək yoxdur. Etdiyiniz hər yaxşılığı Allah bilir. Yol üçün azuqənizi hazırlayarkən, ən xeyirli azuqənin müttəqilik olduğunu unutmayın. Dərrakə sahibləri! Məni dinləyin.
Bəqərə/2:203 Sayı müəyyən olan günlərdə (Minada) Allahı xatırlayın. Müttəqi davrandıqları müddətcə, bunu iki gündə bitirmək üçün tələsənə bir günah yoxdur, geri qalana da bir günah yoxdur. Allahı dinləyin və Onun hüzurunda toplanacağınızı unutmayın.
Bəqərə/2:222 Səndən aybaşı halını soruşarlar. De ki: “O narahatçılıq verən bir haldır. Aybaşı halında olan qadınlarla cinsi əlaqəyə girməyin və ondan qurtulana qədər onlara yaxınlaşmayın. Qurtulduqları zaman Allahın sizə uyğun gördüyü yerdən onlarla cinsi əlaqədə olun. Allah yönələnləri və təmizlənənləri sevər."
Bəqərə/2:231 Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti sona yetişdiyi zaman onları ya yaxşılıqla yanınızda saxlayın və ya yaxşılıqla buraxın. İntiqam almaq üçün onlara zərər verəcək şəkildə saxlamayın. Bunu edən özünə zülm etmiş olar. Allahın ayələrini xəfifə almayın. Allahın sizə verdiyi nemətlərini və sizə öyüd vermək üçün nazil etdiyi Kitabı və hikməti düşünün. Allahı dinləyin və bilin ki, Allah hər şeyi bilir.
Bəqərə/2:264 Ey iman edənlər! Allaha və Axirət gününə iman etmədiyi halda insanlara göstəriş üçün yardım edən şəxs kimi yardımlarınızı minnət qoymaqla və əziyyət etməklə boşa çıxarmayın. Bu cür davranışın örnəyi, üzərində toz-torpaq yığılan bir qayaya bənzəyir ki, şiddətli bir yağış onu çılpaq buraxar. Etdiklərindən heç bir şey qazana bilməzlər. Allah inkarçı camaatı doğruya yönəltməz.
Bəqərə/2:267 Ey iman edənlər! Qazandıqlarınızdan və sizin üçün yerdən çıxartdığımız nemətlərdən yardım olaraq verin. Sizə verilsə, ancaq gözünüz qapalı olaraq qəbul edə biləcəyiniz pis mallarınızı yardım olaraq verməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifə layiqdir.

Nisa/4:19 Ey iman edənlər! Qadınların mirasına onların istəklərinə zidd olaraq mirasçı olmanız sizin üçün qanuni deyil. Onlara öncədən vermiş olduğunuz malları onlardan geri almaq üçün onları sıxışdırmayın. Fahişəlik etmələri istisna. Onlarla yaxşı keçinin. Onlardan xoşlanmırsınızsa, ola bilər ki, xoşlanmadığınız bir şeyə Allah çox xeyir qoşmuşdur.
Nisa/4:36 Allaha qulluq/xidmət edin, Ona heç bir şeyi və kimsəni ortaq qoşmayın. Ana-ataya, yaxınlara, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yanınızdakı yoldaşa, yolçuya (müsafirə) və andlarınızın/razılaşmalarınızın (müqavilələrinizin) haqq sahibi olduqlarına yaxşı davranın. Allah özünü bəyənmiş təkəbbürlü şəxsləri sevməz.
Nisa/4:43 Ey iman edənlər! Sərxoş ikən nə dediyinizi bilənə qədər, səfərdə olanlar xaric cinsi əlaqədən sonra yuyununcaya qədər namaza durmayın. Xəstə və ya səfərdəsinizsə, yaxud biriniz ayaq yolundan gəlmişsə, yaxud qadınlarla cinsi əlaqəyə girib, su tapa bilməmişsinizsə, təmiz və quru bir torpağa toxunub üzünüzə və əllərinizə sürtərək təyəmmüm edin. Allah Əfv edər, Bağışlayar.
Nisa/4:135 Ey iman edənlər! Şahidliyiniz özünüzün, ananızın, atanızın və yaxınlarınızın əleyhinə olsa belə, Allah üçün şahidlik edərək ədaləti qoruyun. İstər zəngin, istər fəqir olsun, Allah hər iki qrupa da baxar. Elə isə, şəxsi maraq və duyğularınıza uyaraq tərəfkeş davranmayın. Gerçəyi dəyişsəniz və ya şahidlik etməkdən çəkinsəniz, bilin ki, Allah etdiklərinizi xəbər alır.

Maidə/5:44 İçində hidayət və nur olan, Tövratı Biz nazil etdik. Müsəlman peyğəmbərlər onunla Yəhudilər arasında hökm verirdilər. Xaxamlar və din bilənləri də Allahın kitabından əmr edildikləri şeylərlə hökm verirlər və ona görə şahid olurdular. İnsanları ucaltmayın, Məni ucaldın və ayələrimi ucuz bir qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər inkar edəndir.
Maidə/5:101 Ey iman edənlər! Açıqlandığı vaxt xoşunuza gəlməyəcək şeylər haqqında suallar soruşmayın. Quranın işığında (sual) soruşarsanız sizə açıq-aydın olar. Allah xüsusilə onlardan söz etmədi. Allah Bağışlayandır, Həlimdir.

Ənam/6:151 De ki: "Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini söyləyim." Ona heç bir şeyi ortaq qoşmayın. Ana-ataya yaxşı davranın. Yoxsulluq qorxusuyla övladlarınızı öldürməyin; Sizi də, onları da Biz bəsləyirik. Böyük günahların aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın qutlu hesab etdiyi cana haqsız yerə qıymayın. Bunlar, düşünəsiniz deyə Onun sizə verdiyi öyüdlərdir.
Ənam/6:152 Yetkinlik çağına yetişincəyə qədər yetim malına yaxınlaşmayın. Ölçünü və çəkini doğru dürüst edin. Kimsəyə gücünün yetmədiyi şeyi yükləmərik. Danışdığınız zaman əqrəbanızın əleyhində olsa belə doğru olun. Allaha verdiyiniz sözü tutun. Bunlar, dərs alasınız deyə Onun sizə verdiyi öyüdlərdir.

Əraf/7:56 Düzəldildikdən sonra yer üzündə fəsad törətməyin. Ona qorxu və ümidlə yalvarın. Allahın rəhməti gözəl davrananlara yaxındır.

Ənfal/8:21 Eşitmədikləri halda: "Eşitdik!" deyənlər kimi olmayın.

Nəhl/16:91 Anlaşma etdiyinizdə (müqvilə bağladığınızda) Allahın əhdini yerinə yetirin. Möhkəm içdiyiniz andları pozmayın. Allahı özünüzə kəfil etmişdiniz. Allah etdiklərinizi bilir.
Nəhl/16:92 İpliyini möhkəmcə əyirdikdən sonra (onu) açan qadın kimi olmayın. Bir topluluğun digər bir topluluqdan güclü olmasından faydalanaraq andlarınızı aranızda pis şeyə istifadə etməyin. Allah sizi beləcə sınayar. Anlaşılmazlığa (ixtilafa) düşdüyünüz mövzuları Dirilmə günü sizə açıqlayacaq.
Nəhl/16:95 Allaha verdiyiniz sözü ucuza satmayın. Sizin üçün Allahın yanındakılar daha yaxşıdır; bir bilsəniz.

Nur/24:33 Evlənməyə imkanı olmayanlar da, Allah onları lütfü ilə zənginləşdirənə qədər iffətli davransınlar. Evlənmə yolu ilə azadlıq sənədi almaq istəyən əsirləri -niyyətləri dürüstdürsə- azadlıqlarına qovuşdurun. Və Allahın sizə verdiyi parasından (pulundan) onlara verin. İffətli olmaq istəyən qızlarınızı, bu dünyanın keçici mənfəətini arzulayaraq fahişəliyə məcbur etməyin. Kim onları məcbur edərsə, o zaman Allah onların məcbur edildiyini hesaba qatar; O Bağışlayandır, Rəhmlidir.

Şuəra/26:181 "Ölçüyə tam riayət edin. Aldadanlardan olmayın."
Şuəra/26:183 "İnsanların haqqını əskiltməyin və yer üzündə pislik işləyərək fəsad törətməyin."

Rum/30:31 Ona yönəlin; Onu hörmətlə dinləyin, namazı qoruyun və ortaq qoşanlardan olmayın!

Duxan/44:19 "Allaha qarşı təkəbbür göstərməyin. Mən sizə açıq-aşkar bir dəlillə gəlmişəm."

Nəcm/53:32 Onlar, böyük günahlardan və pisliklərdən çəkinərlər, yalnız kiçik günahlar işləyərlər. Rəbbinin bağışlaması əngindir. Sizi torpaqdan yaradarkən və analarınızın qarınlarında cənin (rüşeym) halında ikən sizi yaxşı bilməkdədir. Elə isə özünüzü (tərifləyib) təmizə çıxarmayın! O, müttəqiləri yaxşı bilir.

Həşr/59:19 Allahı unutduqları üçün, Onun da özlərini özlərinə unutdurduğu kimsələr kimi olmayın. Onlar yoldan çıxmışlardır.

Cinn/72:18 Məscidlər sadəcə Allaha aiddir; Elə isə Allah ilə birlikdə heç kimsəni çağırmayın.