Casiyə - 45:4 Sizin yaradılışınızda və yaydığı bütün canlılarda şübhəsiz inanca sahib bir camaat üçün dərslər vardır.
Sadəcə Ona qulluq/xidmət etməyimiz üçün Rəbbimizin işarələrinə və yaratdıqlarına nümunələr:
Ğafir/40:79 Minəsiniz və onlardan yeyəsiniz deyə, kənd təsərrüfatı heyvanları sizin üçün yaradan Allahdır.
Ğafir/40:80 Sizin üçün onlarda müxtəlif faydalar vardır. Könlünüz istədiyi kimi onlardan faydalanırsınız. Onlarla və gəmilərlə daşınırsınız.
Ğafir/40:81 Sizə işarətlərini göstərir. Allahın hansı işarətini inkar edirsiniz?

Rad/13:3 O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.

Hicr/15:19 Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və orada hər şeyi mükəmməl bir ölçüyə görə bitirdik.
Hicr/15:20 Orada həm sizin üçün, həm də sizin qidalandırmadığınız canlılar üçün yaşaya biləcək bir mühit yaratdıq.
Hicr/15:22 Küləkləri dölləndirici (tozlandırıcı) olaraq göndərdik; göydən bir su endirib sizi onunla suladıq. Halbuki siz onu yığıb saxlaya bilməzdiniz.

Ta ha/20:54 Kənd təsərrüfatı heyvanlarını yeyin, otarın. Zəka sahibləri üçün bunda ayələr vardır.

Ənbiya/21:31 Onları yırğalamasın deyə yer üzündə dağları yerləşdirdik. Yolu tapa bilmələri üçün onda geniş keçidlər açdıq.

Nəml/27:61 Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.

Fussilət/41:9 De ki, "Siz yeri iki gündə yaradanımı inkar edirsiniz və Ona ortaqlarmı qoşursunuz? O, aləmlərin Rəbbidir."
Fussilət/41:10 Onun üstündə tarazlıq qoruyucuları yerləşdirdi və onu bərəkətli etdi. Bütün axtarıb istəyənlər üçün onun qidalarını dörd gündə ölçüb nizama saldı.

Zuxruf/43:10 O ki, yer üzünü məskunlaşmanız üçün əlverişli etdi və doğru getməniz üçün sizə orada yollar açdı.
Zuxruf/43:11 O ki, göydən bir ölçüyə görə su endirdi, onunla ölü bir ölkəni diriltdik. Bax, siz belə çıxarılacaqsınız.
Zuxruf/43:12 O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.

Qaf/50:7 Yer üzünü genişlədib içinə sağlam dağlar yerləşdirdik və cürbəcür gözəl bitkilər.
Qaf/50:9 Və göydən bərəkətli bir su endirərək, onunla bağçalar və biçiləcək dənələri (dənli bitkiləri) bitirdik.
Qaf/50:10 Salxım-salxım tumurcuqlara sahib yüksək xurma ağacları yetişdirdik.

Mulk/67:21 O, verdiyi qidaları kəssə, sizi qidalandıracaq olan kimdir? Gerçəkdən azğınlıq və nifrət içində inadkarlıq edirlər.

Nuh/71:19 Allah yer üzünü sizin üçün bir məskunlaşma yeri etdi.

Mursəlat/77:27 Üzərinə yüksək dağlar yerləşdirib sizə dadlı su içirtmədikmi?

Nur/24:44 Allah gecə ilə gündüzü çevirib kontrol edər. Gözləri olanlar üçün əlbəttə bunda bir dərs vardır.
Nur/24:45 Allah bütün canlıları sudan yaradır. Onlardan bəzisi qarnı üzərində yeriyir, bəzisi iki ayaqları üzərində yeriyir, bəzisi də dörd ayaq üzərində yeriyir. Allah istədiyini yaradır. Allah hər şeyə Gücü Yetəndir.

Nəhl/16:68 Və Rəbbin arıya vəhy etdi: "Dağlardan, ağaclardan və qurduqlarından (pətəklərdən) evlər qur,"
Nəhl/16:69 "Sonra, hər növ meyvədən ye və Rəbbinin planını olduğu kimi izlə." Qarınlarından, insanlar üçün şəfa olan müxtəlif rənglərdə bir içki (bal) çıxar. Düşünən insanlar üçün bunda bir işarət vardır.

Ya sin/36:33 Ölü torpaq onlar üçün bir ayədir: Onu dirildirik, oradan dənələr çıxardırıq sonra da ondan yeyirlər.
Ya sin/36:34 Orada xurma ağacları və üzümlərdən ibarət bağ və bağçalar yetişdirdik və bulaqlar qaynadıb çıxartdıq.
Ya sin/36:35 (Ona görə) ki, onun məhsullarından və əlləri ilə yetişdirdiklərindən yesinlər. Şükür etməyəcəklərmi?
Ya sin/36:36 Yerin bitirdiklərindən, öz cinslərindən və daha bilmədikləri neçə-neçə şeylərdən cürbəcür cütləri yaradan Çox Ucadır.
Ya sin/36:37 Gecə də onlar üçün bir ayədir: Ondan gündüzü sıyırıb çəkərik və onlar qaranlıqda qalarlar.
Ya sin/36:38 Günəş müəyyən edilmiş öz yolunda axıb getməkdədir. Bu Üstün və Hikmət Sahibi Olanın qurduğu bir nizamdır.
Ya sin/36:39 Aya da, quru bir xurma budağına dönüşüncəyə qədər müxtəlif mərhələlər müəyyən etdik.
Ya sin/36:40 Nə günəş aya yetişə bilər, nə də gecə, gündüzü keçə bilər. Hər biri bir orbitdə üzüb getməkdədir.

Naziat/79:33 Bütün bunlar sizin və heyvanlarınızın dolanışığı üçündür.


Ali İmran/3:14 Qadınları, uşaqları, yığın-yığın qızılı - gümüşü, təlim görmüş atları, mal-qaranı və əkin yerlərini sevmək kimi zövqlər insanlara cazibədar görünür. Bunlar, dünya həyatının nemətləridir. Halbuki gediləcək ən gözəl yer Allah qatındadır.

Bəqərə/2:61 Fəqət siz, “Musa! Biz eyni cür yeməklərə dözə bilməyəcəyik. Rəbbini bizim üçün çağır, bizə lobya, qabaq, sarımsaq, mərcimək, soğan kimi torpağın bitirdiyindən yetişdirsin," demişdiniz ki: "Yaxşı olanı daha aşağı olanlamı dəyişdirmək istəyirsiniz? İstəyirsinizsə Misirə geri dönün, orada axtardığınızı tapa bilərsiniz!" demişdi. Beləcə alçaqlıq və yoxsulluğa məhkum edildilər və Allahın qəzəbinə məruz qaldılar. Çünki onlar Allahın ayələrinə qarşı sürəkli nankorca davranırlar, peyğəmbərləri haqsız yerə öldürürdülər. Çünki onlar, qarşı gəlib həddi aşırdılar.

Ənam/6:99 Göydən su endirən Odur. Onunla hər çeşid bitkini yetişdirdik. O bitkidən yetişdirdiyimiz yaşıl maddə ilə də  saysız dənələr çıxardıq. Tumurcuğundan salxımlar sallanan xurma ağacları, üzüm bağları, zeytun və nar kimi bir-birinə bənzəyən və bənzəməyən məhsullar çıxardıq. Hər birinin meyvə vermə zamanında meyvəsinə və yetişməsinə baxın. İman edən bir camaat üçün bunda dəlillər və ibrətlər vardır.
Ənam/6:141 Odur yaradan, çardaqlı və çardaqsız bağçaları, məhsulları müxtəlif olan xurmaları, əkinləri, zeytunları və narları bənzər və ya fərqli. Hər biri meyvə verdiyi zaman meyvəsindən yeyin və haqqını da yığım günündə verin. İsrafçılıq etməyin; O, israfçılıq edənləri sevməz.

Rum/30:40 Allah sizi yaratdı, sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra sizi dirildir. Ortaqlarınızdan hansı bunlardan birini edə bilir? Təriflər Ona aiddir. Onların ortaq qoşduqlarından çox Ucadır.

Muminun/23:78 Odur yaradan, eşitmə, görmə duyğuları və beyinlər. Nə qədər də az şükür edirsiniz.

Rum/30:21 Onlarla rahatlaşıb hüzur tapasınız deyə, sizin üçün sizin cinsinizdən zövcələr yaratması və aranıza dostluq sevgisi və mərhəmət qoyması Onun ayələrindəndir. Düşünən bir camaat üçün bunda işarətlər vardır.

Ənkəbut/29:61 Onlara, "Göyləri və yeri kim yaratdı? Günəşi və ayı kim əmrinizə verdi?" deyə soruşsan, "Allah", deyə qarşılıq verəcəklər. Elə isə nə üçün azırlar?

Loğman/31:10 Göyləri, gördüyün bir dirək olmadan yaratmışdır. Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi və orada hər növ məxluqu yaydı. Göydən bir su yağdırdıq və orada hər gözəl cütü bitirdik.
Loğman/31:11 Bu Allahın yaratmasıdır. Ondan başqasının nələr yaratdığını mənə göstərin. Zalımlar, gerçəkdən açıq-aşkar bir azğınlıq içindədirlər.

Nəml/27:60 Göyləri və yeri yaradan, göydən bir su yağdırıb, onunla sizin bir ağacını belə bitirə bilməyəcəyiniz gözəl bağçalar bitirən kimdir? Allah ilə birlikdə başqa bir tanrımı? Doğrusu, onlar azmış bir camaatdır.
Nəml/27:61 Yer üzünü bir məskunlaşma mərkəzi edən, aralarından çaylar çıxaran, üzərinə sağlam dağlar yerləşdirən və hər iki suyun arasına bir əngəl (maneə) qoyan kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Doğrusu, onların çoxu bilməz.
Nəml/27:63 Qurunun və dənizin qaranlıqlarında sizə yol göstərən kimdir? Rəhmətindən öncə küləkləri müjdə olaraq göndərən kimdir? Allah ilə birlikdə başqa bir tanrıdır? Allah ortaq qoşduqlarından çox ucadır.

Fatir/35:3 Ey insanlar, Allahın sizə olan nemətlərini xatırlayın. Sizi göydən və yerdən ruziləndirən Allahdan başqa bir yaradıcımı var? Ondan başqa tanrı yoxdur. Necə olur ki, azdırılırsınız?

Əraf/7:191 Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?
Əraf/7:192 Bütlər, nə onlara yardım edə bilər, nə də özlərinə yardım edə bilərlər.
Əraf/7:193 Onları doğruya çağırsanız sizə uymazlar. Onları çağırsanız da, sussanız da, sizin üçün eynidir.
Əraf/7:194 Allahdan başqa çağırdıqlarınız, sizin kimi qullardır. Haydı, sözünüzdə doğrusunuzsa, onları çağırın, sizə cavab versinlər.
Əraf/7:195 Üzərində yeriyə biləcəkləri ayaqlarımı var? Tutmaları üçün əllərimi var? Görmələri üçün gözlərimi var? Eşitmələri üçün qulaqlarımı var? De ki: "Ortaqlarınızı çağırın və mənim üçün plan qurun. Heç dayanmayın!"
Əraf/7:196 "Bir tək Sahibim (Vəlim), kitabı nazil edən Allahdır. O, dürüst insanları qoruyar."
Əraf/7:197 "Ondan başqa çağırdıqlarınız nə sizə yardım edə bilərlər, nə də özlərinə yardım edə bilərlər."
Əraf/7:198 Onları hidayətə çağırsan, eşitməzlər. Onların sənə baxdığını görərsən; fəqət onlar görməzlər.

Yunus/10:34 De ki, "Ortaqlarınızdan hansı yaratmağı başladıb təkrarlaya bilir?" De ki: "Allah yaratmağı başladır və onu təkrarlayır. Necə də döndərilirsiniz?"
Yunus/10:35 De ki, "Ortaqlarınızdan hansı gerçəyə yetişdirə bilir?" De ki, "Allah gerçəyə yetişdirir. Gerçəyə yetişdirənmi tabe olunmağa daha uyğundur, yoxsa gerçəyə yetişdirilmədikcə gerçəyi tapa bilməyənmi? Necə hökm verirsiniz?"

Qasas/28:71 De ki, "Allah gecəni dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı sizə bir işıq gətirə bilər? Eşitmirsiniz?
Qasas/28:72 De ki, "Allah gündüzü dirilmə gününə qədər üzərinizdə daimi etsəydi, nə deyə bilərsiniz? Allahdan başqa hansı tanrı dincələcəyiniz gecəni sizə gətirə bilər? Görmürsünüz?"

Rum/30:40 Allah sizi yaratdı, sonra sizə ruzi verdi, sonra sizi öldürür, sonra sizi dirildir. Ortaqlarınızdan hansı bunlardan birini edə bilir? Təriflər Ona aiddir. Onların ortaq qoşduqlarından çox Ucadır.

Ənam/6:46 De: "Bir düşünün, Allah sizin eşitmə və görmə qabiliyyətinizi alıb yaddaşınızı qapasa, Allahdan başqa hansı tanrı onları sizə geri verə bilər?" Ayələri necə açıqladığımıza və buna rəğmən necə də üz çevirdiklərinə diqqət et!

Fatir/35:40 De ki, "Allahdan başqa çağırdığınız ortaqlarınızı düşündünüzmü; onlar yer üzündə nəyi yaratmışlar mənə göstərin?" Yoxsa onların göydə bir ortaqlıqlarımı var? Və ya onlara bir kitab verdik ki, ondakı bir dəliləmi istinad edirlər? Həqiqətən, Zalımlar bir-birlərinə ancaq aldadıcı sözlər verirlər.
Fatir/35:41 Allah, göyləri və yeri xaosa girməkdən qorumaqdadır. Xaosa girsələr Ondan başqa kim onu əngəlləyə bilər? O Şəfqətlidir, Bağışlayandır.

Əraf/7:191 Bir şey yarada bilməyən, əksinə yaradılmış olan şeylərimi ortaq qoşurlar?

İsra/17:42 De ki: "İddia etdikləri kimi onunla yanaşı başqa tanrılar olsaydı, onlar da Hökmranlığın Sahibinə doğru yol axtarardılar."
İsra/17:43 O, onların dediklərindən uzaqdır və çox ucadır.

Həcc/22:62 Bu gerçəkləşəcəkdir. Çünki Allah Gerçəkdir, Ondan başqa yalvardıqları isə gerçək olmayandır və Allah Ucadır, Böyükdür.

Furqan/25:61 Göy üçün bürclər yaradan və ona bir lampa və parlayan bir ay yerləşdirən çox ucadır.

Bəqərə/2:255 Allah: Ondan başqa tanrı yoxdur, Yaşayandır, Sonsuzdur. Onu nə mürgü, nə də yuxu tutmaz. Göylərdə və yerdə nə varsa Onundur. İzni olmadan kim Onun qatında vasitəçilik edə bilər? Onların keçmişini və gələcəyini bilir. İstədiyi miqdardan başqa Onun biliyindən heç bir şeyi qavraya bilməzlər. Hökmranlığı göyləri və yeri əhatə etmişdir. Onları qorumaq Onu yormaz. O Ucadır, Böyükdür.

Ya sin/36:82 Bir şeyi istədiyi zaman, ona sadəcə "Ol!" deyər və o da dərhal olar.
Ya sin/36:83 Hər şeyin hökmranlığını əlində tutan Çox Ucadır və siz də Ona döndəriləcəksiniz.

Ğafir/40:64 Allah yer üzünü sizin üçün bir məskən, göyü də bir yapı edəndir. Sizə surət verib surətinizi gözəl edən və sizi qidalarla bəsləyəndir. Rəbbiniz olan Allah budur. Aləmin Rəbbi olan Allah nə Ucadır!

Həşr/59:23 O Allahdır ki, Ondan başqa Tanrı yoxdur. Hökmrandır, Müqəddəsdir, Salamdır (Sülh və salamatlıq bəxş edəndir), Güvəniləndir, Qoruyandır, Üstündür, Güclüdür, Uludur. Allah onların ortaq qoşduqlarından çox Ucadır.

Bəqərə/2:22 O, yer üzünü sizin üçün yaşanacaq hala saldı və göyü də bir yapı etdi. Göydən su endirdi və onunla ruzi olaraq sizə müxtəlif məhsullar çıxardı. Bilə-bilə Allaha ortaqlar qoşmayın.
Bəqərə/2:29 Yer üzündə hər şeyi sizin üçün yaradan Odur. Sonra göyə yönəlib onu yeddi göy olaraq nizamladı. O, hər şeyi bilər.

İbrahim/14:32 Allah göyləri və yeri yaradan, göydən bir su endirib sizin üçün müxtəlif meyvələrdən qidalar çıxarandır. Qoyduğu qanuna görə sizi dənizdə daşıması üçün gəmiləri əmrinizə verdi. Eyni şəkildə çayları da əmrinizə verdi.

Hicr/15:20 Orada həm sizin üçün, həm də sizin qidalandırmadığınız canlılar üçün yaşaya biləcək bir mühit yaratdıq.

Nəhl/16:5 Və kənd təsərrüfatı heyvanlarını da sizin üçün yaratdı. Onlarda istilik və digər faydalar vardır və onlardan yeyirsiniz.
Nəhl/16:6 Ayrıca boş zamanlarınızda və səyahətlərinizdə sizin üçün onlarda bir komfort və zövq vardır.
Nəhl/16:10 O ki, göydən bir su endirdi, ondan içərsiniz və yenə faydalandığınız ağacları onunla sulayarsınız.
Nəhl/16:11 Onunla sizin üçün əkin, zeytun, xurma ağacları, üzümlər və hər növ meyvələr bitirməkdədir. Düşünən bir camaat üçün bunda əlbəttə bir ayə (dərs) vardır.
Nəhl/16:12 Gecəni, gündüzü, günəşi və ayı xidmətinizə sundu. Ulduzlar da Onun əmri altındadır. Ağlını istifadə edən bir camaat üçün əlbəttə bunda işarətlər vardır.
Nəhl/16:13 Və sizin üçün yer üzündə yaratdığı müxtəlif rəngli şeyləri də... Düşünən bir camaat üçün əlbəttə bunda bir dərs vardır.
Nəhl/16:14 O ki, dənizi əmrinizə sunmuşdur; ondan təzə ət yeyirsiniz, ondan geyim və zinət üçün süslər çıxarırsınız. Gəmilərin dənizi yara-yara axıb getdiyini görürsünüz. Beləcə Onun lütfünü axtararsınız və bəlkə Ona şükür edərsiniz.
Nəhl/16:15 Və silkələnməməyiniz üçün yer üzünə tarazlıq təminedicilər atıb yerləşdirdi, yolu tapa bilməniz üçün də çaylar və yollar,
Nəhl/16:16 Və gözə dəyən işarətlər... Ulduzlarla da yol tapırlar.
Nəhl/16:66 Sizin üçün kənd təsərrüfatı heyvanlarında da dərslər vardır. İçməyiniz üçün qarınlarından, yəni həzm olunmuş qida ilə qan arasından çıxan bir maddəni sizə sunuruq. İçilməsi ləzzətli (olan) saf süd.
Nəhl/16:72 Və Allah öz cinsinizdən sizin üçün zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün övladlar və nəvələr yaratdı və sizə gözəl ruzilər verdi. Belə olduğu halda onlar batilə iman edib Allahın nemətinə nankorluqmu edirlər?
Nəhl/16:80 Və Allah evlərinizi sizin üçün sığınacaqlar (yaşayış yeri) etdi. Kənd təsərrüfatı heyvanlarının dərilərindən, yolçuluq (səfər) günü və bir yerdə yerləşib qalmaq üçün istifadə edəcəyiniz çadır evlər təmin etdi. Yunlarından, kürklərindən və tüklərindən də bir müddətə qədər geyinib, döşəyəcəyiniz əşyalar çıxartdı.
Nəhl/16:81 Və Allah, yaratdığı şeylərdən sizin üçün kölgələr əmələ gətirdi, sizin üçün dağları sığınacaq etdi, sizi istidən qoruyacaq paltarlar və sizi savaşlarınızda qoruyacaq paltarlar hazırladı. Təslim olasınız deyə nemətlərini sizə bu cür tamamlayır.

Ta ha/20:53 O ki yer üzünü sizin üçün yaşayış yeri etdi, sizin üçün onda yollar açdı, göydən bir su endirdi və həmçinin onunla cürbəcür bitkilər bitirdik.

Muminun/23:17 Üstünüzdə yeddi yol yaratdıq və Biz əsla yaradılmışlardan (məxluqatdan) xəbərsiz olmadıq.
Muminun/23:18 Göydən müəyyən bir ölçüdə su endirdik və onu torpaqda (yığıb) saxladıq. Şübhəsiz onu ortadan qaldırmağa da (yox etməyə də) gücümüz yetər.
Muminun/23:19 Onunla, sizin üçün bir çox meyvələr olan xurma və üzüm bağçaları yaratdıq; onlardan yeyirsiniz.
Muminun/23:20 Sina Dağı ətrafında yetişən və yeyənlər üçün yağ və ləzzət verən bir ağac...
Muminun/23:21 Kənd təsərrüfatı heyvanlarında sizin üçün bir dərs vardır. Qarınlarındakı maddədən sizə içirdirik, onlarda sizin üçün bir çox faydalar mövcuddur; hətta onlardan yeyirsiniz.
Muminun/23:22 Onların üzərində və gəmilər üzərində daşınırsınız.

Səba/34:24 De ki, "Sizin üçün göylərdən və yerdən kim qida təmin edir?" De ki, "Allah!" Elə isə biz və ya siz, ya doğru yoldadır, ya da açıq-aydın bir azğınlıq içindədir."

Zuxruf/43:12 O ki, bütün cütləri yaratdı və minəsiniz deyə sizin üçün gəmilər və kənd təsərrüfatı heyvanları yaratdı.

Rad/13:3 O ki, Yer üzünü inşa edib, üzərinə sağlam dağlar, çaylar və erkəkli-dişili yaratdığı hər cür meyvəni yerləşdirdi. Gecəni gündüzə bürüyür. Düşünən bir camaat üçün əlbəttə bunda işarətlər və dərslər vardır.

Rahmən/55:11 Orada meyvələr, salxımlı xurma ağacları vardır.
Rahmən/55:12 Qabıqlı dənli və xoş qoxulu bitkilər (ədviyyat bitkiləri).

Yusuf/12:101 "Rəbbim, Sən mənə hökmranlıq verdin və yuxuların yozumunu öyrətdin. Yeri və göyü ayıraraq yaradansan. Dünya və axirətdə Sənsən mənim Vəlim (Sahibim). Canımı müsəlman olaraq al və məni yaxşılara qat."

Mulk/67:2 Hansınızın daha gözəl işlər görəcəyini sınamaq üçün ölümü və həyatı yaradandır. O, Üstündür, Bağışlayandır.
Mulk/67:3 O Yeddi göyü qat-qat yaratmışdır. Rəhmanın yaratmasında hər hansısa bir qüsur tapa bilməzsən. Baxışlarını yönəlt və bax; hər hansısa bir çatlaq görə bilirsənmi?

Ğaşiyə/88:17 Dəvələrə baxmırlarmı, necə yaradıldı?