Fussilət - 41:19
Allahın düşmənlərinin atəşə sürüklənərək topladılacaqları gün...
Cəhənnəm əzabının məcazi tərifi:
Bəqərə/2:24
Bunu edə bilməsəniz, – əsla edə bilməyəcəksiniz – o təqdirdə inkarçılar üçün hazırlanan və yanacağı insanlar ilə daşlar olan atəşdən çəkinin.
Hicr/15:43
"Cəhənnəm hamısının görüşmə yeridir."
Hicr/15:44
"Onun yeddi qapısı vardır və hər bir qapı üçün onlardan müəyyən bir pay vardır."
Əla/87:12
Və böyük atəşə girəcəkdir.
Əla/87:13
Əslində, orada nə öləcək, nə də yaşayacaqdır.
Nəbə/78:21
Cəhənnəm isə gözləməkdədir:
Nəbə/78:22
Azğınlar üçün bir varış yeri olaraq...
Nəbə/78:23
Orada çağlar boyu (sonsuzadək) qalacaqlar.
Nəbə/78:24
Orada bir sərinlik və bir içki tapa bilməzlər;
Nəbə/78:25
Ancaq qaynar su və acı bir yeyəcəkdən başqa.
Sad/38:55
Bu belədir; azğınlar isə pis bir yerə layiqdirlər.
Sad/38:56
Cəhənnəmdə yanarlar; nə pis bir məskəndir!
Sad/38:57
Bax onu dadsınlar: Qaynar su və irin.
Sad/38:58
Bunlara bənzər daha başqaları da vardır.
Vaqiə/56:51
"Sonra da siz, ey yoldan çıxmışlar, ey yalanlayanlar,"
Vaqiə/56:52
"Zəqqum ağacından yeyəcəksiniz."
Vaqiə/56:53
"Onunla qarnınızı dolduracaqsınız."
Vaqiə/56:54
"Və üzərinə qaynar su içəcəksiniz."
Vaqiə/56:55
"Susamış dəvənin içməsi kimi içəcəksiniz."
Vaqiə/56:56
Haqq-hesab günündə bax belə qarşılanacaqlar.
Hud/11:106
Bədbəxtlər atəşdədir. Onlar orada sızlayıb inləyərlər.
Hud/11:107
Göylər və yer durduğu müddətcə orada qalacaqlar; ancaq Rəbbin istəyərsə başqa. Rəbbin, İstədiyini Edəndir.
Furqan/25:13
Zəncirlənmiş olaraq onun dar bir yerindən atıldıqları zaman ölümü çağırarlar.
Furqan/25:14
Bu gün bir ölüm deyil, çoxlu ölüm çağırın.
Fatir/35:36
İnkar edənlər üçün cəhənnəm atəşi vardır. Nə ölmələrinə izin verilər, nə də onlardan cəhənnəm cəzası yüngülləşdirilər. Nankorları belə cəzalandırırıq.
Fatir/35:37
Orada, "Rəbbimiz, bizi çıxart ki, etdiklərimizdən fərqli işlər edək," deyə fəryad edərlər. Öyüd alabiləcək bir nəfərin öyüd alabiləcəyi qədər uzun bir müddət sizi yaşatmadıqmı? Sizə xəbərdarlıq edən də gəlmişdi. Elə isə dadın. Zalımların yardımçısı yoxdur.
Zuxruf/43:77
"Ey Malik, artıq Rəbbin bizim işimizi bitirsin," deyə səslənərlər. O da, "Siz belə qalacaqsınız," deyər.
Yunus/10:4
Hamınızın dönüşü Onadır. Bu, Allahın verdiyi gerçək sözdür. O, yaradılışı başladır və sonra təkrarlayar; beləcə iman edib müttəqi işlər görənləri ədalətlə mükafatlandırır. Kafirlərə isə, inkar etmələrindən ötrü isti bir içəcək və ağrılı-acılı bir əzab vardır.
İbrahim/14:49
O gün günahkarları, zəncirlərə vurulmuş olaraq görərsən.
İbrahim/14:50
Geyimləri qatrandandır və üzlərini atəş bürüyər.
Ğafir/40:71
Boyunlarında halqalar və zəncirlərlə sürüklənəcəklər.
Ğafir/40:72
Qaynar suda, sonra da atəşdə yandırılacaqlar.
Haqqə/69:25
Kitabı solundan verilənlərə gəlincə, onlar, "Kaş ki, kitabım mənə verilməsəydi," deyər,
Haqqə/69:26
"Hesabımın nə olduğunu öyrənməyəydim."
Haqqə/69:27
"Kaş ki, ölümüm sonsuz olsaydı."
Haqqə/69:28
"Param (pulum) mənə fayda vermədi."
Haqqə/69:29
"Bütün gücümü itirdim."
Haqqə/69:30
Tutun, bağlayın onu.
Haqqə/69:31
Və sonra cəhənnəmdə yandırın.
Haqqə/69:32
Sonra, onu yetmiş arşın (dirsək) uzunluğunda bir zəncirə vurun!
Haqqə/69:33
Çünki o, Uca Allaha iman etmirdi.
Muzzəmmil/73:12
Yanımızda zəncirlər və cəhənnəm vardır.
Muzzəmmil/73:13
Udulması çətin bir yeyəcək ve ağrılı-acılı bir əzab...
İnsan/76:4
İnkar edənlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq.
Məryəm/19:68
Rəbbinə and olsun, onları və şeytanları toplayacağıq. Sonra onları cəhənnəmin ətrafına gətirəcəyik. Diz çökmüş halda...
Məryəm/19:69
Sonra hər qrupdan, Rəhmana qarşı azğınlıqda irəli gedənləri seçib-ayıracağıq.
Məryəm/19:70
Orada yanmağa ən çox kimin layiq olduğunu əlbəttə Biz daha yaxşı bilirik.
Ğafir/40:47
Atəşdə höcətləşərlərkən, gücsüzlər, təkəbbür göstərənlərə, "Biz sizin davamçılarınız idik, elə isə bu atəşin bir hissəsini bizdən dəf edə bilərsinizmi?" deyərlər.
Ğafir/40:48
Təkəbbür göstərənlər, "Hamımız onun içindəyik. Allah qulları arasında artıq hökm vermişdir," deyərlər.
Ğafir/40:49
Atəşdəkilər, cəhənnəmin gözətçilərinə, "Rəbbinizə yalvarın ki, bizdən əzabı heç olmasa, bircə gün yüngülləşdirsin," deyərlər.
Ğafir/40:50
Onlar da deyərlər ki, "Elçiləriniz sizə açıq-aşkar dəlillərlə gəlməmişdimi?" "Bəli," deyərlər. Bunun üzərinə onlar, "Elə isə özünüz yalvarın. Halbuki inkar edələrin yalvarması nəticə verməz."
Mulk/67:6
Rəblərini inkar edənlər cəhənnəm cəzasına layiqdirlər. Necə də pis bir məskəndir.
Mulk/67:7
Oraya atıldıqları zaman, onun qaynayıb-tüstülənərkən uğultusunu eşitdilər.
Mulk/67:8
Az qala öfkədən partlayacaq! İçinə hər nə zaman bir qrup atılsa, oranın gözətçiləri, "Sizə bir xəbərdar edici gəlmədimi?" deyə soruşdular.
Mulk/67:9
Onlar da dedilər ki, "Bəli, bizə bir xəbərdar edici gəlmişdi, amma biz yalanladıq və 'Allah heç bir şey nazil etməmişdir. Siz tamamilə yoldan çıxmışsınız', dedik."
Təhrim/66:6
Ey iman edənlər, yanacağı insanlar və daşlar olan atəşdən özünüzü və ailənizi qoruyun. Atəşin üzərində sərt və güclü mələklər var ki, Allahın əmrinə qarşı gəlməzlər və onlara nə əmr edilmişsə onu yerinə yetirərlər.
Qaf/50:19
Nəhayət ölüm sərxoşluğu gerçəkdən gəlmişdir; məhz sənin qaçdığın şey budur.
Qaf/50:20
Boruya üfürülmüşdür. Bu, söz verilən gündür.
Qaf/50:21
Hər can yanında bir sürücü və bir şahid ilə gələr.
Qaf/50:22
Sən tamamilə bundan qafil (xəbərsiz) idin. İndi Biz pərdəni qaldırdıq; bu gün gözün polad kimi itidir.
Qaf/50:23
Yanındakı yoldaşı, "Bu yanımdakı hazırdır" deyər.
Qaf/50:24
Haydı ikiniz atın cəhənnəmə hər inadçı kafiri,
Qaf/50:25
Yaxşılığı əngəlləyən, azğın, şübhə edəni...
Qaf/50:26
O ki, Allah ilə birlikdə başqa tanrı qəbul etdi. Onu o çətin (şiddətli) cəzanın içinə atın.
Qaf/50:27
Yoldaşı, "Rəbbim, mən onu azdırmadım; fəqət o özü dərin bir azğınlıq içində idi," deyər.
Qaf/50:28
O da deyər ki, "Hüzurumda höcətləşməyin. Sizə daha öncədən xəbərdarlıq göndərmişdim."
Qaf/50:29
"Mənim qatımda söz dəyişdirlməz və Mən qullara əsla haqsızlıq etmərəm."
Qaf/50:30
O gün cəhənnəmə, "Doldunmu?" deyərik. O, "Daha yoxdurmu?" deyər.
Saffat/37:19
O, bir tək toxunmadır. O zaman (qalxıb) sağa-sola baxarlar.
Saffat/37:20
"Vay halımıza! Bu Haqq-hesab günüdür," deyərlər.
Saffat/37:21
Bu, sizin yalanlamış olduğunuz qərar günüdür.
Saffat/37:22
Zalımları toplayın. Həmtaylarını və,
Saffat/37:23
Allahdan başqa qulluq/xidmət etdiklərini... Onlara cəhənnəmin yolunu göstərin.
Saffat/37:24
Və dayandırın onları; sorğu-suala çəkiləcəklər.
Saffat/37:25
"Nə üçün bir-birinizə yardım etmirsiniz?"
Saffat/37:26
Xeyr, o gün tamamilə təslim olmuşdurlar.
Saffat/37:27
Dönüb bir-birlərini sorğu-suala çəkərlər.
Saffat/37:28
"Siz bizə sağ tərəfimizdən yaxınlaşırdınız," deyərlər.
Saffat/37:29
Deyərlər ki, "Əslində siz iman etmiş kimsələr deyildiniz."
Saffat/37:30
"Bizim sizin üzərinizdə hər hansısa bir gücümüz yox idi. Əksinə siz azmış bir topluluq idiniz."
Saffat/37:31
"Rəbbimizin haqqımızdakı sözü gerçəkləşdi, artıq dadacağıq."
Saffat/37:32
"Biz azmışdıq. Sizi də azdırdıq."
Saffat/37:33
Beləcə, o gün onlar əzabda ortaqdırlar.
Saffat/37:34
Biz günahkarlar üçün belə edərik.
Nisa/4:145
İkiüzlülər (münafiqlər) Atəşin ən aşağı qatındadır; Onlara yardım edəcək kimsə tapa bilməzsən.
Nisa/4:56
Ayə və möcüzələrimizi inkar edənləri bir atəşə atacağıq. Dəriləri yandıqca, əzabı dadmaları üçün, başqa dərilərlə yeniləyəcəyik. Allah Üstündür, Hikmət Sahibidir.
Maidə/5:36
İnkar edənlər, yer üzündəkilərin hamısına və bir o qədərinə də sahib olsaydılar və onları dirilmə gününün əzabından qurtulmaq üçün fidyə versəydilər onlardan qəbul edilməzdi. Onlara ağrılı-acılı bir əzab var.
Maidə/5:37
Atəşdən çıxmaq istəyərlər; amma çıxa bilməzlər. Onlar sürəkli bir cəzaya məhkum olmuşlar.
Əraf/7:38
"Sizdən öncə gəlib-keçən cin və insan topluluqarı ilə birlikdə atəşə girin," dedi. Hər nə vaxt bir topluluq girdisə bir öncəkinə lənət etdi. Hamısı oraya daxil olduğunda sonrakılar öncəkilər üçün: "Rəbbimiz, bizi bunlar azdırdı. Bunlara atəşdən bir qat daha artıq əzab ver," dedilər. "Hamısı üçün iki qat vardır. Ancaq bilmirsiniz," dedi.
Əraf/7:39
Öncəkilər sonrakılara, "Sizin bizə bir üstünlüyünüz yoxdur. Qazandıqlarınıza görə əzabı dadın," dedilər.
Əraf/7:40
Ayələrimizi inkar edənlərə və onlara qarşı təkəbbür göstərənlərə göyün qapısı açılmaz və dəvə iynə deşiyindən keçmədikcə də Cənnətə girə bilməzlər. Günahkarları belə cəzalandırırıq.
Ənam/6:27
Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!
Əraf/7:44
Cənnət əhli cəhənnəm əhlinə səslənər: "Rəbbimizin bizə söz verdiyinin gerçək olduğunu gördük. Rəbbinizin sizə söz verdiyini, siz də gerçək olaraq gördünüzmü?" "Bəli!" deyərlər. Biri aralarında bunu elan edər: "Allahın lənəti zalımların üzərinə olsun."
Əraf/7:46
Aralarını bir pərdə bölər. Orta yerdə də bəzi kimsələr var ki, hər kəsi görünüşlərindən tanıyırlar. Cənnət əhlinə, "Salam sizə," deyə səslənərlər. Bunlar oraya (cənnətə), canları istədikləri halda girə bilmədilər.
Əraf/7:47
Gözləri atəş əhlinə çevrildiyində, "Rəbbimiz, bizi zalım topluluqla bir yerdə tutma," deyərlər.
Əraf/7:48
Orta yerdə olanlar, görünüşlərindən tanıdıqları kimsələrə səslənərlər: "Sizin camaatınız və təkəbbürlənməyiniz sizə heç bir fayda vermədi."
Əraf/7:49
"Allah onlara bir rəhmət toxundurmayacaq deyə and içdiyiniz kimsələr bunlar idimi?" (Orta Yerdəkilərə bunlar deyiləcəkdir:) "Cənnətə girin; sizə bir qorxu yoxdur və üzülməyəcəksiniz də."
Əraf/7:50
Atəş əhli, cənnət əhlinə səsləndi: "Suyunuzdan, yaxud Allahın sizə verdiyi bəzi nemətlərdən üstümüzə axıdın." Onlar da dedilər ki: "Allah bu ikisini kafirlərə haram etmişdir."
Tovbə/9:35
Gün gələr o topladıqları qızıllar və pullar Cəhənnəm atəşində qızdırılaraq onlarla alınları, yanları və kürəkləri dağlanar: "Özünüz üçün topladığınız bax budur. Topladığınızı dadın."
Mursəlat/77:29
Haydı, yalan hesab etdiyiniz şeyə doğru gedin.
Mursəlat/77:30
Gedin, (cəhənnəm alovunun) üç qollu kölgəsinə doğru...
Mursəlat/77:31
O nə kölgələndirər, nə də alovdan qoruyar.
Mursəlat/77:32
Qığılcımlar saçar, saraylar kimi...
Mursəlat/77:33
(Rəngi də) Sarı dəvə kimi.
Mursəlat/77:35
Bu, onların danışa bilməyəcəyi bir gündür.
Mursəlat/77:36
Və üzr istəmələri üçün onlara izin də verilməz.
Mursəlat/77:37
Yalanlayanların vay halına o gün!
Mursəlat/77:38
Bu, Qərar Günüdür. Sizi və öncəkiləri toplamışıq.
Mursəlat/77:39
Bir planınız varsa, mənə qarşı onu tətbiq edin!
Nisa/4:97
Özlərinə zülm edənlərin canlarını alarkən mələklər: “Nə halda idiniz?”– deyərlər. “Biz yer üzündə əzilmiş kimsələr idik," - deyə cavab verərlər. “Allahın yeri geniş deyildimi ki, oralara köç edəydiniz?”– deyərlər. Onların yeri Cəhənnəmdir. O nə pis bir dönüş nöqtəsidir.
Ənam/6:27
Atəşin başında saxlanıldıqları vaxt onların, "Kaş ki, geri döndərilsəydik və Rəbbimizin ayələrini (vəhy və möcüzələrini) inkar etməsəydik və iman edənlərdən olsaydıq," dediklərini bir görəsən!
Səcdə/32:28
"O zəfər nə zaman gerçəkləşəcək, doğru sözlüsünüzsə?" deyə meydan oxuyurlar.
Səcdə/32:29
De ki, "Zəfər günü, inkar edənlərə iman etmələri bir fayda verməyəcəkdir; onlara başqa bir şans da verilməyəcəkdir."
Ta ha/20:124
"Kim mesajımdan üz çevirərsə, sıxıntılarla dolu bir həyata məhkum olar. Dirilmə günü də onu kor olaraq meydana çıxararıq."
Ta ha/20:126
(Allah) deyər ki: "Çünki sənə ayələrimiz və möcüzələrimiz gəldiyində, sən onları unutdun. Bu gün də sən unudulursan!"
Muminun/23:99
Onlardan birinə ölüm gəlib çatdığı zaman belə deyər, "Rəbbim, məni geri döndərin."
Muminun/23:100
"(Ona görə) ki, tərk etdiyim şeylərdə müttəqi işlər görüm." Xeyr! Bu onun söylədiyi boş bir sözdür. Dirilmə gününə qədər onların ardında bir əngəl (maneə) vardır.
Muminun/23:101
Boruya üfürüləcəyi gün artıq aralarında əqrəbalıq yoxdur və bir-birləri ilə də marağlana bilməzlər.
Muminun/23:102
Tərəziləri ağır gələnlər, məhz onlar qazanacaqlar.
Muminun/23:103
Tərəziləri yüngül gələnlər isə, onlar, şəxsiyyətlərini itirənlərdir. Cəhənnəmdə əbədi qalacaqlar.
Muminun/23:104
Onlar orada pərişan vəziyyətdə ikən, atəş də üzlərini yalayacaqdır.
Muminun/23:105
Ayələrim sizə oxunmurdumu və siz də onları yalanlamırdınızmı?
Muminun/23:106
(Onlar) deyəcəklər, "Rəbbimiz, bizi talehsizliyimiz (bədbəxtliyimiz) məğlub etdi; biz azan bir camaat olduq."
Muminun/23:107
"Rəbbimiz, bizi buradan çıxart! Əgər (köhnə vəziyyətimizə) dönərsək artıq biz gerçəkdən zalımlarıq."
Muminun/23:108
Deyəcək ki, "Qalın orada, Mənimlə danışmayın."
Muminun/23:109
"Qullarımdan bir qrup, 'Rəbbimiz, iman etdik, bizi bağışla, bizə mərhəmət et! Sən mərhəmət edənlərin ən mərhəmətlisisən!' deyirdi."
Muminun/23:110
"Siz isə onları məsxərəyə qoyurdunuz və onlar üzündən Məni xatırlamağı unutdunuz. Onlara gülürdünüz."
Muminun/23:111
"Bu gün Mən, onlara səbr etmələrinin qarşılığını verdim. Qazananlar məhz bunlardır."
Ali İmran/3:192
"Rəbbimiz, Sən kimi atəşə salarsansa əlbəttə onu rəzil etmiş olursan. Zalımlara yardım edən olmaz."
Kəhf/18:53
Günahkarlar atəşi gördülər və içinə düşəcəklərini anladılar; ondan qaçacaq bir yer də tapa bilmədilər.
Ğaşiyə/88:1
Sənə o bunaldanın (halı pis edənin) xəbəri yetişdimi?
Ğaşiyə/88:2
O gün üzlər hörmət göstərər.
Ğaşiyə/88:3
Çalışmışdır, yorğun düşmüşdür.
Ğaşiyə/88:4
Qızmar atəşə girərlər.
Ğaşiyə/88:5
Qaynar bir çeşmədən içirdilərlər.
Ğaşiyə/88:6
Dəyərsiz bir yeyəcəkdən başqa bir şeyləri yoxdur;
Ğaşiyə/88:7
Nə qidalandırar, nə də aclığı aradan qaldırar.
Huməzə/104:1
Təəssüflər olsun hər dedi-qoduçuya və iftiraçıya.
Huməzə/104:2
(Ona görə) ki, o para (pul)/mal yığıb-toplayır və onu elə hey sayır.
Huməzə/104:3
Sanki parası (pulu)/malı onu ölümsüz edəcəkmiş kimi.
Huməzə/104:4
Əsla; onu Hutəməyə atacağam.
Huməzə/104:5
Hutəmənin nə olduğunu bilirsənmi?
Huməzə/104:6
Allahın alışdırılmış atəşidir.
Huməzə/104:7
(Elə bir atəş) ki, beyinlərə işləyər.
Huməzə/104:8
Onların üzərinə qapanmışdır.
Huməzə/104:9
Uzadılmış sütunlar içində olaraq.
Əhqaf/46:19
Hər biri üçün, etdiklərinə görə dərəcələr vardır. Etdiklərinin qarşılığı, haqsızlıq edilmədən tam verilər.
Əhqaf/46:20
İnkar edənlər atəşə göndərildikləri gün: "Dünya həyatında bütün gözəl şeylərinizi boşa xərcləyib onların ləzzətini çəkdiniz. Yer üzündə haqsız yerə təkəbbürlənmənizin və yoldan çıxmanızın qarşılığında bu gün alçaldıcı əzabı görəcəksiniz."
Rahmən/55:39
O gün nə insandan, nə də cindən günahı soruşulmaz.
Rahmən/55:41
Günahkarlar üzlərindən tanınar və zorla götürülərlər.
Rahmən/55:43
Bax bu, günahkarların yalanlayıb durduğu cəhənnəmdir.
Rahmən/55:44
Onunla qaynar su arasında dönüb dolanarlar.
Nəml/27:90
Kim pislik gətirərsə, atəşə üzüstə düşər. "Etdiklərinin qarşılığından başqasınımı gözləyirdin?"
Qamər/54:46
Saat onları gözləməkdədir, daha qorxunc və ağrılı-acılıdır.
Qamər/54:47
Günahkarlar bir azğınlıq və cəhənnəm içindədir.
Qamər/54:48
Üzüstə atəşə sürüklənəcəkləri gün: "Cəhənnəmin təmasını dadın."
Duxan/44:40
Hamısı Qərar Günü toplu şəkildə cəmlənəcəklər.
Duxan/44:41
O gün dost, dostunu heç bir şeydən qoruya bilməz və yardım da görməzlər.
Duxan/44:42
Yalnız Allahın mərhəmət etdikləri xaric. O, Üstündür, Rəhmlidir.
Duxan/44:43
Əlbəttə, zəqqum ağacı
Duxan/44:44
Günahkarın yeyəcəyidir.
Duxan/44:45
Konsentratlı turşu kimi və mədələrdə qaynayacaqdır.
Duxan/44:46
Qaynar suyun qaynaması kimi.
Duxan/44:47
Onu yaxalayın və cəhənnəmin ortasına sürüyün.
Duxan/44:48
Sonra başına qaynar su əzabından tökün.
Duxan/44:49
"Dad görək; sən çox üstün və şərəfli idin!"
Duxan/44:50
"Bu, məhz şəkk edib durduğunuz şeydir."
Rad/13:5
Təəccüblənəcəksənsə, onların bu sözlərinə təəccüblənməlisən: "Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?" Bax onlar, Rəblərini inkar edənlərdir. Onlar, boyunlarına qandallar vurulmağa layiq olanlardır. Onlar Atəşin əhlidir; həqiqətən orada əbədi qalacaqlar.
Həcc/22:19
Bax bunlar, Rəbləri haqqında mübahisə edən iki zidd qrupdur. İnkarçılar üçün atəşdən paltarlar biçilər və başlarından aşağı qaynar su tökülər.
Həcc/22:20
Onunla, qarınlarında nə varsa, dəriləriylə birlikdə əridilər.
Həcc/22:21
Onlar üçün dəmirdən toppuzlar vardır.
Həcc/22:22
Hər nə vaxt oradakı sıxıntıdan çıxmaq istəsələr, oraya geri çevrilərlər: "Yandırıcı əzabı dadın."
Zumər/39:68
Boruya üfürülən kimi göylərdə və yerdə kim varsa, Allahın istədikləri xaric, özlərindən gedib bayılarlar. Sonra ona təkrar üflənər, onlar da ayağa qalxıb baxışarlar.
Zumər/39:69
Yer, Rəbbinin nuru ilə parlayar. Kitab qoyular. Peyğəmbərlər və şahidlər gətirilər. Aralarında gerçəyə görə hökm verilər və onlara zülm edilməz.
Zumər/39:70
Hər kəsə etdiyinin qarşılığı tam olaraq verilər. O, onların etdiyi hər şeyi ən yaxşı biləndir.
Zumər/39:71
İnkar edənlər dəstə-dəstə cəhənnəmə götürülərlər. Oraya yetişdiklərində onun qapıları açılar və gözətçiləri onlara, "Sizə, Rəbbinizin ayələrini oxuyan və bu gününüzlə qarşılaşacağınız mövzusunda sizi xəbərdar edən öz içinizdən elçilər gəlməmişdimi?" deyərlər. "Bəli. Ancaq 'cəza' sözü inkar edənlər haqqında gerçəkləşmişdir," deyə qarşılıq verərlər.
Zumər/39:72
"Təməlli qalacağınız Cəhənnəmin qapılarından girin. Təkəbbür göstərənlərin sonu necə də pismiş!" deyilər.
Əhzab/33:66
Üzləri atəşdə çevrildiyi gün, "Kaş ki, Allaha itaət etsəydik, kaş ki, elçisinə itaət etsəydik," deyərlər.
Əhzab/33:67
Deyərlər ki, "Rəbbimiz, sadatlarımıza (seyidlərimizə, ağalarımıza) / şeyxlərimizə və böyüklərimizə tabe olduq; onlar da bizi yoldan çıxartdılar (azdırdılar)."
Şuəra/26:96
Orada höcətləşərək belə danışacaqlar:
Şuəra/26:97
"Allaha and olsun, biz gerçəkdən çox açıq-aydın bir azğınlıq içində imişik."
Şuəra/26:98
"Çünki sizi aləmlərin Rəbbinə tay tuturduq."
Şuəra/26:99
"Bizi azdıranlar günahkarlardı."
Şuəra/26:100
"İndi bizim nə şəfaətçimiz var,"
Şuəra/26:101
Nə də yaxın bir dostumuz."
Şuəra/26:102
"Kaş bir də şansımız olsaydı, iman edənlər olsaydıq."
Şuəra/26:103
Əlbəttə bunda bir dərs vardır; amma çoxları iman etməzlər.
Fussilət/41:27
İnkar edənlərə şiddətli bir əzabı daddıracağıq və etdiklərinin ən pisi ilə onlara qarşılıq verəcəyik.
Fussilət/41:28
Allahın düşmənlərinin cəzası bax bu atəşdir. Ayələrimizi bilə-bilə inkar etmələrinin bir qarşılığı olaraq orası onların əbədi yurdu olacaqdır.
Fussilət/41:29
İnkar edənlər, "Rəbbimiz, cinlərdən və insanlardan bizi azdıranları bizə göstər, onları ayaqlarımızın altına alaq və ən alçaq olanlardan olsunlar," deyərlər.
Hədid/57:13
O gün, ikiüzlü kişilər və qadınlar iman edənlərə, "Bizə baxın ki, sizin nurunuzdan alaq," deyəcəklər. Onlara, "Geriyə dönün ki, nur axtarın," deyilər. Aralarına, iç tərəfdəki mərhəmətlə, çöl tərəfdəki əzabı ayıran qapılı bir əngəl qoyulacaqdır.
Hədid/57:14
"Biz sizinlə birlikdə deyildikmi?" deyə onlara səslənərlər. "Bəli," deyərlər. "Ancaq siz özünüzü aldatdınız, gözlədiniz, şübhələr bəslədiniz və Allahın qərarı gəlincəyə qədər yersiz və yanlış düşüncələrlə özünüzü məşğul edib zamanınızı xərclədiniz. Aldadıcı, sizi Allah haqqında yanıltdı.
Hədid/57:15
Bu gün nə sizdən, nə də inkar edənlərdən bir fidyə qəbul edilməz. Yeriniz cəhənnəmdir; mövlanız/sahibiniz odur. Nə pis bir məskəndir.
Bələd/90:19
Ayələrimizi inkar edənlər isə talesizlərdir (bədbəxtlərdir).
Bələd/90:20
Onlar atəşə qapadılacaqlar.
Kəhf/18:29
De ki, "Bu gerçək sənin Rəbbindəndir." İstəyən iman etsin, istəyən inkar etsin. Biz zalımlar üçün onları hər tərəfdən bürüyəcək bir atəş hazırladıq. Onlar hər nə vaxt fəryad edərək yardım istəsələr, konsentratlı turşu kimi üzləri qaynadan su verilər. Necə də pis bir içəcək, necə də pis bir sondur!"
Nisa/4:121
Varacaqları nöqtə Cəhənnəmdir; Ondan qaça bilməzlər.
Ənbiya/21:98
Siz və Allahla yanaşı qulluq/xidmət etdikləriniz cəhənnəmin yanacağısınız; siz oraya girməyə layiqsiniz.
Ənbiya/21:99
Onlar tanrılar olsaydı, oraya girməyəcəkdilər. Halbuki hamısı orada əbədi qalacaqlar.
Tur/52:15
Bu bir sehrdir, yoxsa siz görmürsünüz?
Tur/52:16
Orada yanın. İstər səbr edin, istər səbr etməyin sizin üçün dəyişməyəcəkdir. Etdiyinizin qarşılığını görməkdəsiniz.
Yunus/10:27
Pislik və günah qazananlara isə pisliyinin eynisi ilə qarşılıq verilər. Üzlərini bir alçalma hissi bürüyər. Allahdan başqa bir qoruyucuları yoxdur. Üzləri sanki qaranlıq gecədən bir parçayla bürünmüşdür. Onlar atəş əhlidir; onlar orada əbədi qalacaqlar.